Beynəlxalq reytinq agentliyi "Fiç" SOCAR-a verdiyi reytinqlə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, "Fiç"in yaydığı məlumata əsasən, iri layihələr və Türkiyədəki STAR neft emalı zavodunun inşası başa çatana qədər SOCAR-ın kapital xərcləri 2018-ci ilədək yüksək olaraq qalacaq.
"Fiç" Azərbaycan Dövlət Neft Şirkətinin emitentin uzunmüddətli defolt reytinqini "BB+", qısamüddətli defolt reytinqini "B" və təminatsız reytinqini "B" səviyyəsində təsdiqləyib.
"Fiç" həmçinin, SOCAR-ın bütün reytinq kateqoriyaları üzrə "neqativ" proqnozunu sildiyini və Azərbaycanın suveren reytinqi üzrə proqnozu - "stabil" ilə eyniləşdirdiyini bildirir.
Agentliyin mütəxəssisləri hesab edir ki, yüksək neft qiymətləri və dövlət tərəfindən bu il üçün 1,9 mlrd. dollar subsidiyanın verilməsi gələcəkdə SOCAR-ın ümumi borcunun artmasını məhdudlaşdıracaq.
"İri layihələr və Türkiyədəki STAR neft emalı zavodunun inşası başa çatması 2019-2020-ci illərədək SOCAR-ın kapital xərclərini 2 milyard manatadək azaldacaq", - deyə məlumatda vurğulanıb.