Reper Elşad Xose Xəzər televiziyasına açıqlamasında efir məkanından uzaq dayanmasının səbəbindən danışıb.
Teleqraf.com-un xəbərinə görə, Elşad Xose deyib: "Rəsmi nikahım olan zaman toy mərasimi kimi təqdim etdilər. Xanımımın yanında köməkçi olan balaca qızı onun uşağı kimi təqdim etdilər. Ona görə efirlərlərlə işbirliyim olmasını istəmirəm.
Bir qədər musiqidən kənara çəkilmişəm. Çünki öz verilişim hazırlanır. Verilişimin adı "Xosun-Vay" olacaq. Proqramda müğənnilərdən Şəbnəm Tovuzludan tutmuş Röya Ayxana qədər qonaq olacaq".