1 May 11:58
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu hücumun tempini aşağı salmağa başlayıb, çünki Toretsk istiqamətində hərəkətə keçmək üçün ehtiyat hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Rusiya aprelin 30-da Avdivdə bir neçə gün ərzində ilk dəfə olaraq heç bir təsdiqlənmiş hücum əməliyyatı keçirməyib. Ruslar Baxmut-Çasiv Yar istiqamətində Avdiv ətrafında olduğundan daha çox hücum əməliyyatları keçirib.

Ukrayna Baş Qərargahı dünən Rusiyanın Baxmut-Çasiv Yar istiqamətində 57 hücum əməliyyatı barədə məlumat verib.

ISW analitikləri deyirlər ki, bu, Rusiya qüvvələrinin Avdiv ətrafında hücumların sürətini bir qədər yavaşlatdığını, həmçinin Çasiv Yar ətrafında əməliyyatları bərpa etdiyini göstərə bilər.

Aprelin 20-dən etibarən Rusiya ordusu Oçeretnı və Novokalinovo ətrafında taktiki üstünlük əldə etməyə daha çox diqqət yetirir. Amma aprelin 30-dan hücumun sürətinin yavaşladığı görünür. Çox güman ki, ruslar Çasiv Yarla yanaşı, Avdivin şimalından Toretsk istiqamətində irəliləməyə qərar verə bilər. Bunun üçün Rusiyaya qüvvələrini hücuma yönəltmək üçün fasilə lazımdır.

Analitiklər qeyd edirlər ki, Çasiv Yar əməliyyat baxımından önəmli nöqtədir, çünki bura Donetsk vilayətinin qalan 4 şəhəri şəhəri üçün qala və körpü rolunu oynayır. Bunlar Donetsk vilayətinin Ukrayna ordusunun nəzarətində olan son şəhərlərdir.


Müəllif: Mənsur Rəğbətoğlu