1 May 15:59
10 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Rusiya və Tacikistanın xarici işlər nazirləri arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Tacikistan xarici işlər naziri Sirojiddin Muxriddinin Kremlin Mərkəzi Asiyadan olan miqrantlara münasibətindən qəzəbləndiyini bildirib.

Tacik nazir rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında deyib ki, Moskvanın Rusiya ərazisinə daxil olan və çıxan miqrantlara nəzarət etmək səyləri Tacikistan-Rusiya münasibətlərini gərginləşdirir.

Muxriddin vurğulayıb ki, Rusiya Tacikistan vətəndaşlarının hüquq və azadlıqlarını pozur.

“İnsanlara bu cür münasibət Tacikistan-Rusiya dostluğu prinsiplərinə uyğun gəlmir, - Tacikistanın baş diplomatı vurğulayıb.

Nazir rusiyalı həmkarının “Krokus Siti Holl”da törədilən terror aktından sonra guya Kremlin Rusiyada yaşayan bu və ya digər etnik və dini qruplara qarşı konkret addımlar atmadığı barədə açıqlamalarını “yalan” adlandırıb. Muxriddinin sözlərinə görə, əksinə, Moskva yalnız Tacikistan vətəndaşlarına qarşı mənfi münasibət sərgiləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər