1 May 23:00
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bavariya” klubunu yeni mövsümdən etibarən almaniyalı mütəxəssis çalışdıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Fabrizio Romanonun məlumatına görə, Ralf Raqnik Almaniya klubu ilə şəxsi razılığa gəlib və müqavilənin şərtlərini son dəfə nəzərdən keçirmək istədiyini bildirib.

Almaniya mediası təcrübəli mütəxəssisin müqaviləni bu həftənin sonunadək imzalayacağı barədə xəbərlər yayıb.

Qeyd edək ki, Ralf Raqnik son olaraq Avstriya millisini çalışdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər