1 May 23:39
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qarajda yanğın olub.

Teleqraf.com xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonunda ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 5 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində yerləşən qarajın yanar konstruksiyaları 20 m² sahədə və 2-ci mərtəbəsində bir otağın döşəməsi 2 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər