1 May 16:30
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Şimali Koreya raketlərini Ukraynada sınaqdan keçirir, bunların Xarkovda istifadəsi artıq təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

“BMT-nin Şimali Koreyaya qarşı sanksiyaların monitorinqi üzrə komissarları təsdiqləyiblər ki, 2024-cü il yanvarın 2-də Rusiya ordusu Şimali Koreyanın “Hwasong-11” ballistik raketi ilə Xarkova hücum edib. BMT komissarları ukraynalı ekspertlərin Şimali Koreya mənşəli raketlə bağlı gəldiyi qənaəti təsdiqləyiblər”, - məlumatda deyilir.

Mərkəz xatırladır ki, Şimali Koreya qonşularını raket hücumları ilə sistematik şəkildə qorxutduğuna görə BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilən beynəlxalq sanksiyalar altındadır. Qeyd olunur ki, Rusiyanın Şimali Koreyadan raket alması sanksiya rejiminin kobud şəkildə pozulmasıdır.

Mərkəz vurğulayır ki, Rusiya Şimali Koreya ilə yanaşı, İran PUA-larını da Ukraynada sınaqdan keçirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər