1 May 21:53
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dэ iki həftə ərzində universitetlərdə keçirilən Fələstinə dəstək aksiyaları zamanı 1,6 mindən çox şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post“ güc strukturlarına istinadən məlumat yayıb.

“Xəbərlərə, polis və universitetin açıqlamalarına görə, son iki həftə ərzində şəhərciklərdə keçirilən etirazlarda Fələstin tərəfdarı olan 1600-dən çox insan həbs edilib”, - məlumatda deyilir.

Hilsboro dairəsinin Şerif Ofisinin məlumatına görə, mayın 1-də Cənubi Florida Universitetində 10 etirazçı həbs edilib. Polis Fələstin tərəfdarı olan kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər