1 May 15:52
1 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı Rayon Mərkəzi Xəstəxanasının 3 il əvvəl həbs edilən baş həkimi Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Cəlil Nəzərovun 12 il 6 ay, Təranə Əliyevanın isə 9 il azadlıqdan məhrum edilməsini, onların məhkəmə zalında həbsə alınmalarını tələb edib. İtttihamçı Cəlil Nəzərovun üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə edilməsini istəyib.

Müdafiə tərəfinə çıxışa hazırlaşmaları üçün vaxt verilib.

Bu işin bu günə qədər uzanmasına səbəb təqsirləndirilən sabiq baş həkim Cəlil Nəzərovun ağır xəstəlikdən əziyyət əziyyət çəkməsidir. Bu səbəbdən məhkəmə istintaqı dövründə o, həbsdən buraxılıb, barəsində alternativ qətimkan tədbiri seçilib. Bizə çatan məlumata görə, Nəzərov məhkəmə proseslərinə əlil arabasında gəlib-gedir.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Təqsirləndirilən şəxslər təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

Cəlil Nəzərovdan sonra Masallının baş həkimi təyin edilmiş Eşqin Əliyev də rüşvət alma və dələduzluq cinayətlərinə görə həbs edilib. Bir müddət əvvəl 8 il 6 ay azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər