1 May 16:14
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xarici agentlər haqqında” qanunun müzakirəsinə görə Avropa Birliyi (AB) Gürcüstana maliyyəni kəsməli və hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi Bidzina İvanişviliyə sanksiyalar tətbiq etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Parlamentinin almaniyalı deputatı Viola fon Kramon deyib.

Siyasətçi Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktorunun Gürcüstana gözlənilən səfəri ilə bağlı məlumatı şərh edib.

“Düşünməyin ki, indi Gürcüstan hökuməti ilə yeni layihələri açıqlamağın vaxtıdır. AB icra səviyyəsində maliyyələşdirməni dayandırmalı və Bidzina İvanişviliyə qarşı tez bir zamanda sanksiyalar tətbiq etməlidir. Gürcü xalqı bunu gözləyir və buna layiqdir”, - Kramon bildirib.

Deputat həmçinin Tiflisdəki etirazları və bunun xüsusi təyinatlı polis qüvvələri tərəfindən dağıdılmasını Ukraynada baş verən “Maydan” Hərəkatı ilə müqayisə edib.

Avropa Parlamentinin digər üzvü Miriam Leksman da İvanişviliyə qarşı sanksiyaların tətbiqini tələb edib.

Bundestaqın deputatı və Avropa Komissiyasının üzvü Tomas Haker də analoji çağırış edib, Gürcüstan hakimiyyətini sanksiyalarla cəzalandırmağın zəruriliyindən danışıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər