1 May 11:25
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl arasındakı görüşdən narahat olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyət” qəzetinin yazarı Abdulkadir Selvi yazır.

“Gözlənilən görüş CHP ilə bağlı planları olan Kamal Kılıçdaroğlu, Əkrəm İmamoğlu və Mansur Yavaşı narahat edib. Kılıçdaroğlu sərt açıqlama verərək bildirib ki, sarayla danışıqlara getmək yox, mübarizə aparmaq olar. Əkrəm İmamoğlu da sabah keçiriləcək Ərdoğan-Özəl görüşünü sabotaj etmək üçün hərəkətə keçib”, - jurnalist bildirir.

Selvi hesab edir ki, CHP-nin bələdiyyə seçkilərindəki uğuru reytinqi aşağılarda olan Özgür Özəli adi bir partiya sədrliyindən müxalifət lideri səviyyəsinə qaldırıb. Kılıçdaroğlu, İmamoğlu və Yavaşı da narahat edən budur.

“Özgür Özəl bu fürsətdən yaxşı istifadə etməyi bacardı. Seçkilərdə qazandığı tarixi uğurun gücü ilə öz siyasətini formalaşdırmağa başladı. İndi Özəl bir tərəfdən hökumətlə danışıqlar aparır, digər yandan da mübarizəsini davam etdirir. Özgür Özəllə Prezident Ərdoğan arasında qurulan dialoq siyasi ab-havanın yumşalmasına səbəb olub”, - Selvi vurğulayır.

Özəl Ərdoğanla görüşdə Konstitusiya dəyişikliyi mövzusunun gündəmdə olacağını açıqlamışdı.

Prezident və CHP lideri mayın 2-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında görüşəcək.


Müəllif: Mənsur Rəğbətoğlu