1 May 21:25
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı futbolçu Musa Qurbanlı İsveç kubokunu qazana bilməyib.

Teleqraf.com xəbər verir ki, onun çıxış etdiyi “Yurqorden” turnirin finalında uduzub.

“Malmö” ilə oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. Qurbanlının komandası lotereyada cəmi 1 dəfə dəqiq olaraq, 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Musanın adı iştirak ərizəsinə daxil edilsə də, o, meydana çıxmaq şansı qazanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər