25 Fevral 2018 11:55
26 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yaşayıb yaradan, öz əsərləri ilə alman ədəbi mühitində sözünü deyə bilmiş Azərbaycan yazıçı-publisisti Vüqar Dəmirbəylinin “Sollar” povestini təqdim edirik. Əsər hissə-hissə nəşr edilir...

Vüqar Dəmirbəylinin əsərləri rus və alman dillərində nəşr edilib. Almaniyada çəkilmiş “Həyata aparan yol” (Der Weg in das Leben) qısa metrajlı və “Diananın xidmətçiləri" (“Dianas Bediener”) bədii filminin ssenari müəlifidir.

“Sollar” povestində iki məsələ mərkəzdə dayanır: 2004-2014-cü illərdə alman cəmiyyətinin amerikan-ingilis boyunduruğundan xilas olmaq, müstəqillik, azadlıq, demokratiya uğrunda apardığı mübarizə və alman gettolarında yaşayan əcnəbilərin ağır, üzüntülü, sevincsiz həyatı.

Qısaca giriş

Hər şey Bundestaqın - Ümumalman Məclisinin 2004-cü ilin payızında Hartz IV qanununu qəbul etməsindən sonra başladı. Onun müəllifi Hartz familiyalı bir deputat idi, özü də bu onun qırmızı-yaşıl hökumət, yəni sosial-demokratlarla yaşılların koalisiyası tərəfindən qəbul edilmiş dördüncü qanun layihəsi idi. Buna görə də bu qanuna Hartz IV deməyə başladılar. Yaxşı, bu Hartz zalım oğlu necə bir qanun layihəsi ortaya qoydu ki, bütün Almaniya bir-birinə dəydi?

Adətən belə hesab edilir ki, fransızlar üsyankar xalqdır və inqilabi ruha malikdirlər: görün, son iki yüz ildə onlarda neçə inqilab olub. Almanlara qalanda isə, onların işi ilk növbədə qanuna əməl etmək, hökumətin tələblərini yerinə yetirmək və nizam-intizamı, təmizliyi, səliqə-sahmanı gözləməkdir. İtaətsizlik edib küçələrə çıxmaq, nümayişlər keçirmək, barrikadalar qurmaq almanların işi deyil. Amma sən demə, almanların da üsyankar ruhu varıymiş, sadəcə onlara güclü bir təkan lazım imiş.

Hartz IV qanununun hökumət tərəfindən qəbul edilməsinə qarşı narazılıqlar əvvəlcə Şərqi Almaniyada, yəni keçmiş Almaniya Demokratik Respublikası ərazisində başladı. Almaniyanın əvvəllər sosialist rejimin hökmran olduğu şərqinin qərbinə birləşdirilməsi orada vəziyyəti bir yandan yüngülləşdirmiş, bir yandan isə daha da ağırlaşdırmışdı. Almaniyanın birləşməsinə lazım olan bir neçə trilyon markanı məlum idi ki, ən böyük qərbi alman şirkətləri və konsernləri ödəmişdilər. Almaniyanın birləşməsi elan olunan kimi də bu şirkətlər sözün əsil mənasında şərqə doğru hücuma keçdilər. Beləcə, hökumətin verdiyi dəstək və imtiyazlardan faydalanaraq həriflər tez bir zamanda, az qala ildırım sürətilə Şərqi Almaniyanı öz nəzarətləri altına aldılar. Keçmiş sosialist quruluşundan qalmış, SED (Almaniya Sosialist Birliyi) partiyasına və ictimai qurumlara aid olan yerləri, binaları, fabrikləri pulsuz — rəmzi olaraq bir marka ödəməklə ələ keçirdilər. Sosializmin cəngindən yenicə qurtarmış Şərqi Almaniya əhalisi indi də vəhşi, yırtıcı kapitalizmin əlinə düşdü. 2001 - ci ilin payızında «Terrorçuluğa qarşı mübarizə» elan edəndən az sonra isə Qərb kapitala böyük sərbəstlik verdi və öz yeni siyasətini «neoliberalizm» adlandırdı. Bu da “yırtıcı kapitalizmin” artıq Qərbi Almaniyada da öz zəfər yürüşünə başlamasına gətirib çıxardı.

Neoliberalizm siyasətinə keçilməsi əslində hər şey indən belə pulla alınıb-satılır demək idi. Məktəblər şagirdlərə, universitetlər tələbələrə, kitabxanalar oxuculara başqa cür yanaşmağa başladılar. Hər tərəfdə təmtəraq, bər-bəzək, parıltı yenə dəbə mindi.

Hartz IV qanununa görə işini itirənlər əvvəlki maaşlarına uyğun dövlət vəsaitini daha qabaqkı tək yeni iş tapana kimi yox, ancaq altı ay müddətində ala biləcəkdilər. Bundan sonra isə onlar sayı neçə milyona çatan işsizlər ordusuna qatılacaq və başqaları kimi ancaq mənzil kirayəsi və tibbi sığortaya və bir də acından ölməmək üçün ərzaq almağa çatacaq sosial yardım alacaqdılar. Hartz IV ilə həm də bir növ məcburi əmək həyata keçirilirdi. İşsizləri aldıqları yardımın müqabilində sosial idarələr hər cür təmizlik işlərində saatına bir avro əlavə ödəməklə işlədə bilərdilər. Bu cür işləməkdən imtina edənlərinsə aldığı yardım iki dəfə qismən kəsiləndən sonra üçüncü dəfə üç aylığa tam kəsilirdi. Bu qanunla yeni iş axtarma mərkəzi yaradılır, işsizlər, o cümlədən onların iş axtarması daha ciddi nəzarətə alınırdı.

Şərqi Almaniya əhalisi aydın məsələdir ki, kapitalistləşdirmə siyasətindən daha çox zərər çəkmiş, onların böyük hissəsi işini itirmişdi, yeni şəraitdə isə iş tapmaq onlar üçün qərblilərə nisbətən daha çətin idi. Şərqi Almaniyada başlayan etiraz nümayişləri bir azdan geniş vüsət almağa başladı. Keçmiş ADR — in şəhərləri bir-birinin ardınca ayağa qalxır, bu mübarizə təkcə yeni qanuna deyil, həm də bütövlükdə ölkədəki ictimai-siyasi duruma qarşı yönəlirdi.

Belə bir vəziyyətdə, heç kimin gözləmədiyi halda, artıq neçə ildən bəri təqaüddə olan məşhur Oskar Lafonten yenidən siyasətə qayıtdığını elan etdi. Lafonten uzun müddət SPD - yə, yəni Sosial demokratlar partiyasına başçılıq etmiş, amma nəyə görəsə kansler seçkilərində özünün deyil, onun müavini Şröderin namizədliyini irəli sürmüşdü. Bu da heç kimə sirr deyildi ki, Şröderin kansler seçilməsində onun rolu böyük olmuşdu. Bundan sonra da maliyyə naziri kimi kiçik bir vəzifə tutsa da, Lafonten əslində sosial-demokratlarla yaşılların yaratdığı yeni hökumət koalisiyasına qeyri-formal şəkildə başçılıq edirdi. Amma Şröderin buna uzun müddət səbri çatmadı və aradakı getdikcə artmaqda olan narazılıq gətirib ona çıxardı ki, Lafonten həm tutduğu vəzifədən, həm də partiya sədrliyindən istefa verdi. Cəmi altı ay sonra dərc etdirdiyi kitabında isə Lafonten kansler Şröderi və onun ətrafını kəskin tənqid edərək, bu siyasətin nəyə görə tezliklə iflasa uğrayacağından yazmışdı.

İstefasından beş il sonra Lafonten Hartz IV qanununa qarşı etirazların daha geniş vüsət aldığı Drezdenə yollanaraq kütləvi nümayişlərdə «Wir sind das Volk» («Bizik xalq») şüarı altında çıxış etdi və oradaca yeni partiya yaratmaq qərarı haqda məlumat verdi: Wahlalternative und soziale Gerechtigkeit (Seçki aletrnativi və sosial ədalət) partiyası, qısa WASG. Çoxları isə Lafontenin partiyasını sadəcə Ədalət partiyası adlandırmağa başladılar. Bundan sonra isə etiraz nümayişləri bütün Almaniyanı bürüdü.

Alman sosial-demokrat partiyası marksizm təlimi əsasında yaransa da, o hələ 1914-cü ildə, Birinci Dünya müharibəsinin başlanğıcında, bolşeviklərin irəli sürdüyü radikal tələbləri qəbul etməmiş və marksist sözdə beynəlmiləlçi prinsiplərini qismən milli və vətənpərvərlik prinsipləri ilə əvəz etmişdi. Birinci Dünya müharibəsi sona yetəndən sonra yaranan Veymar Respublikasında sosial demokratlar aparıcı qüvvə olsalar da, kapitalizmə toxunmamış, bir qisim sosial islahatlar həyata keçirməklə kifayətlənmişdilər. Hitlerin qadağan etmiş olduğu SPD, müharibədən sonra Qərbi Almaniyada yenidən bərpa olunmuş, amma amerikanların yeritdiyi soyuq müharibə siyasəti nəticəsində güclü təzyiqə məruz qalmışdı. Nəticədə 1950-ci illərdə SPD sosializm ideyalarından tam imtina etmiş, sol mərkəzçi partiyaya çevrilmişdi. Amma Lafontenin indi Drezdendə etdiyi çağırışlar Sosial-demokrat partiyasının ilkin şüarları ilə qismən üst-üstə düşürdü və bu da tezliklə SPD daxilində onu müdafiə edən sol qanadın yaranmasına gətirib çıxardı.

SED (Almaniya Sosialist Birliyi) partiyasına qalanda isə, ADR-in süqutundan və Almaniyanın birləşməsindən sonra o özünü PDS (Partei des Demokratischen Sozialismus – Demokratik sosializm partiyası) adlandırırdı, amma bu partiyanın Almaniyanın şərqində belə nüfuzu getdikcə azalmaqda idi.

Bu deyilənlərin başqa tərəfi də vardı. Həmin hadisələr başlanmazdan bir az əvvəl alman kansleri Şröder xarici işlər naziri Joşka Fişerlə birgə amerikanların Səddam Hüseynə qarşı planlaşdırdıqları 2003-cü il hərbi kampaniyasında iştirak etməkdən imtina etdi. Alman hökuməti Jak Şirakın idarə etdiyi Fransa və Putin Rusiyası ilə birləşib bir növ İraq müharibəsinə qarşı siyasi koalisiya yaratdı. Bunun məhz İkinci Dünya müharibəsindən sonra hələ də Amerikanın buxovlarından tam azad olmamış Almaniyaya və xüsusən də onun kanslerinə baha oturacağını çoxları qabaqcadan deyirdilər.

SOLLAR

Ədalət partiyası

Bir dəfə “Grüntaler Zetung” qəzetində gözümə maraqlı bir elan dəydi. Burada deyilirdi ki, Lafontenin yenicə yaratmış olduğu WASG - Ədalət partiyası öz bölgə təşkilatını təsis etmək üçün Qrüntalda tezliklə yığıncaq keçirəcək və kim istəsə, burada iştirak edə bilər.

Yığıncaq Qrüntalın mərkəzindəki restoranlardan birində, daha doğrusu onun arxasındakı kiçik yığıncaq zalında keçirilirdi. Mən gələndə içəridə artıq iyirmiyə yaxın adam toplaşmışdı. İçəridəkiləri salamlayandan sonra yer seçib oturdum və ətrafıma göz gəzdirdim. Oturanlardan kimlərisə tanıyırdım, bəziləri iləsə ən azından bir neçə dəfə şəhərdə qarşılaşmışdım. Yığıncağı aparan təxminən əlli yaşında bir adam idi. O özünü Simon kimi təqdim etdi və sözə başladı:

- Wir sind heute hier um die Gründung der Lokalabteilung der Partei WASG zu erklären (Biz bu gün buraya yığışmışıq ki, Ədalət partiyasının yerli özəyinin açılmasını bəyan edək).

Sonra Simon Qrüntaldakı partiya özəyinin Koblenzə bağlı olduğunu dedi və bildirdi ki, oradakı, bizim bölgə üçün əsas olan, partiya özəyi bugünkü yığıncağımızın qərarını gözləyir.

Bunun ardınca başladı nə başladı: iştirakçılar bir-birinin sözünü kəsə-kəsə, öz fikirlərini bildirməyə, bir-birinin ardınca suallar yağdırmağa başladılar. Həmin axşamkı yığıncaqda o vaxta qədər heç yanda eşitmədiyim, heç əvvəllər təsəvvür də eləmədiyim cəsarətli fikirlər səsləndi. Buraya yığışanlar hökuməti qəbul eləmək istəmir, ona necə alternativ yaratmaq haqqında fikirlər söyləyirdilər. Həmin axşam ən çox diqqətimi çəkənlərdən biri kepkalı və nisbətən yaşlı bir adam oldu: Qünter. Qünterin bütün davranışı nasional sosialistlərin hakimiyyətə gəlməsindən əvvəl Almaniyada meydan sulayan köhnə sosial-demokratların, sol kommunistlərin, trotskiçilərin davranışını xatırladırdı.

Qünter ədalətli cəmiyyət və sosial ədalət ideyalarının istər sosial-demokratlar, istərsə də kommunistlər tərəfindən necə sui-istifadə edildiyindən və ayaqlar altına salınıb tapdandığından şikayət etdi:

- Es ist sehr wichtig, dass in der Gesellschaft die Freiheit und die Wohl herrschen. Die Politiker stören das, egal zu welcher Partei sie auch gehören. Deswegen soll es zur Selbstverwaltung in jedem Ort kommen. Wie kann ein Politiker, der in Berlin sitzt, die Probleme, die wir hier in Grüntal haben, lösen? Wir müssen uns selbst um unsere Probleme kümmern (Cəmiyyətdə ədalətin və firavanlığın hökm sürməsi çox mühümdür. Buna mane olan isə siyasətçilərdir, hansı partiyadan olursa olsunlar. Buna görə də hər yerdə yerli özünüidarəetmə yaradılmalıdır. Yoxsa Berlində oturan bir siyasətçi bizim burada Qrüntaldakı problemlərimizi necə həll edə bilər axı? Problemlərimizi həll etməyin qayğısına da biz özümüz qalmalıyıq).

“Aha, bu anarxistdir”, - deyə düşündüm.

Simon ondan sonra söz aldı və dedi ki, sosial-demokratların da, kommunistlərin də vaxtı keçib. Sosial-demokratlarla kommunistlər hakimiyyətdə olanda göstərdilər ki, onların ideyaları ilə insanları xoşbəxt etmək mümkün deyil. Hitlerin Nasional sosialist fəhlə partiyası isə hakimiyyətə bu adla gəlmişdi: alman xalqını Versal sülh müqaviləsinin ağır nəticələrindən, iqtisadi böhrandan, işsizlikdən qurtarmaq. Stalinizmin və hitlerizmin həm öz ölkələrində, həm də dünyanın bir çox ölkələrində nə fəsadlar törətdiyini hamı yaxşı bilir. Sosializmdən keçmiş Almaniya Demokratiya Respublikasında nə kimi ağır nəticələrin miras qalması da məlumdur və bu indi də orada həyatı ağırlaşdırır. Bununla belə ədalətli cəmiyyət, sosial ədalət insanların ümdə arzusu olaraq qalır.

“Wir wollen die Gerechtigkeit erreichen, damit die Menschen auch gerecht gehandelt werden können, wir wollen, dass die Menschen davon auch gut leben können, was sie von ihrer Arbeit verdienen. Wir lassen es nicht zu, dass in unserer Gesellschaft alles nur das Geld entscheiden würde. Wie in einem alten deutschen Sprichwort: hast du was, bist du was, hast du nichts, bist du nichts (Biz istəyirik ədalətə nail olaq, biz istəyirik insanlarla ədalətlə davranılsın, biz istəyirik ki, insanlar işləyib qazandıqları puldan həm də yaxşı yaşaya bilsinlər. Biz imkan verməyəcəyik ki, bizim cəmiyyətdə hər şey pul ilə həll olunsun. Köhnə bir alman məsəlində deyilən kimi: pulun varsa, özünün də dəyərin var, pulun yoxsa, dəyərin də yoxdur).

Mənim yanımda hamının Hans dediyi, təxminən otuz yaşında iri gövdəli bir gənc oturmuşdu. O müzakirələrə sakitcə qulaq asır, özü isə danışmırdı. Hansın yanındakı orta yaşlı bir qadın ondan aradabir nə isə soruşur, Hans isə ona ancaq başını tərpətməklə cavab verirdi. “Bəlkə bu laldır?” - deyə düşündüm. Hər halda yığıncaqdan sonra özüm ondan nə isə soruşmaq istəyərdim.

Amma bundan əvvəl söz istəyib özümü təqdim etdim:

- Ich heiße Ajas Safarov. Ich bin geboren und aufgewachsen in der ehemaligen Sowjetunion, selbst komme aus Aserbaidschan. Ich möchte hier über die Probleme der Ausländer sprechen. Das Wort Ausländer wurde heute zum Schimpfwort in Deutschland und es gibt hier niemanden, der die Ausländer unterstützt (Mənim adım Ayaz Səfərovdur. Mən keçmiş Sovet İttifaqında anadan olmuşam və orada boya-başa çatmışam, özüm isə əslən Azərbaycandanam. Mən istəyirəm burada əcnəbilərin problemlərindən danışam. Bu gün əcnəbi sözü Almaniyada söyüş kimi istifadə olunur və bir kimsə yoxdur ki, əcnəbiləri müdafiə etsin).

Simon dedi ki, buradakıların mənə məmnuniyyətlə qulaq asmağa hazır olduğuna inanır, amma indi yığıncağın vaxtı sona yetdiyindən çıxışımı gələn dəfəyə hazırlamalıyam. Sonra da Simon bir həftə sonra Qrüntaldan bir az aralıdakı Linden şəhərində toplanacağımızı deyib bugünkü yığıncağı bağlı elan etdi. Mən isə dağılışmazdan əvvəl imkan tapıb Hansdan özü haqqında bəzi şeylər soruşa bildim. Hans birinci növbədə bildirdi ki, onun nənəsi Hitlerin vaxtında rejimə müqavimət göstərdiyinə görə xeyli müddət konslagerdə qalıb.

Yığıncaqdan sonra da Hansla və Qünterlə yolumuz bir düşdü. Hansın dili açılmışdı; indi o özü həvəslə nənəsindən, onun nasional sosialist rejiminə qarşı apardığı mübarizədən danışırdı. Qünter isə Hans gedəndən sonra mənə ondan şikayətləndi:

- Hans sympathisiert mit den Kommunisten. Man soll diesen keine Chance geben, unsere Bewegung zu zerstören (Hans kommunistlərə rəğbət bəsləyir. Bunlara imkan vermək olmaz ki, bizim hərəkatı dağıtsınlar).

- Was meinen Sie (Nəyi nəzərdə tutursunuz)? – deyə Qünterdən soruşdum.

Cavab olaraq Qünter mənə öz gəncliyindən, 1960-cı və 1970-ci illərin tələbə hərəkatından danışdı.

- Wir träumten von einem freien und demokratischen Land und kämpften darum. Wer und wie die kommunistische Lehre hinein gebracht hatte, haben wir damals sogar nicht gemerkt. Als Ergebnis ging die Bewegung unter, die anderen radikalisierten sich und wurden zu marxistischen Terroristen. Rote Armee Fraktion nannten sie sich. So etwas darf nie wieder geschehen (Biz özümüzə azad və demokratik bir ölkə arzulayırdıq və onun uğrunda mübarizə aparırdıq. Kommunist təlimini kim və necə bizim hərəkata gətirdi, onda heç sezmədik də. Bunun nəticəsində hərəkat tənəzzülə uğradı, digərləri isə daha da radikallaşdılar və marksist terrorçu oldular. Onlar özlərinə “Qızıl Ordu fraksiyası” deyirdilər. Buna bir daha imkan vermək olmaz).

Biz azdan Qünterlə də ayrıldıq. Ayrılarkən o mənə dedi:

- Es freut mich sehr, dass so jemand wie Sie heute auch dabei sind. Sie haben dort die Schrecke des Kommunismus erlebt und können die anderen davon warnen. Es gibt hier immer noch Leute, die eine romantische Vorstellung über den Kommunismus und Marxismus haben. Sie können uns aber davon erzählen wie diese in der Realität waren (Bu məni çox sevindirir ki, bu gün Sizin kimi bir adam da bizim yanımızdadır. Siz orada kommunizmin dəhşətlərini görübsünüz və başqalarını bu haqda xəbərdar edə bilərsiniz. Burada hələ də bəzi adamlar kommunizm və marksizm haqqında romantik təsəvvürlərə malikdirlər. Amma Siz bizə bunun reallıqda necə olduğundan danışa bilərsiniz).

Lindendəki yığıncaq da bir restoranın tədbirlər üçün nəzərdə tutulmuş arxa zalında keçirdi. yığıncaq elan edilməmişdən ofisiantlar gəlib bizdən nə içmək istədiyimizi soruşdular, mən də alma şərabı sifariş etdim.

Yenə də məclisə Simon rəhbərlik edirdi. Onun yanında bir nəfər hündür boylu, qara dəri şalvar geyinmiş adam da var idi. Simon onu təqdim edib dedi ki, bu adam Koblenzdən gəlib, oradakı partiya özəyinin rəhbərliyindəndir. O da çıxış edib Sosial ədalət və seçki alternativi partiyasının necə mühüm bir vaxtda meydana gəlməsindən, bu gün Almaniyada həqiqi azadlıq və birbaşa demokratiya uğrunda mübarizə aparmaq üçün yeni şərait yarandığından danışdı. Simon qonağa təşəkkür edib, yenidən nitqə başladı:

“Was ist die direkte Demokratie? Das bedeutet, dass nicht jemand von oben es uns mehr diktiert wie wir leben müssen und uns es einredet wie wir frei und glücklich sind, weil er an der Macht ist! Die direkte Demokratie bedeutet, dass wir selbst unser Schicksal und unser Leben in eigene Hand nehmen und uns entscheiden wie wir leben müssen. Das ist die direkte Demokratie (Birbaşa demokratiya nədir? Bu o deməkdir ki, daha bizə heç kim yuxarıdan necə yaşamalı olduğumuzu diktə etmir, bizə təlqin etmir ki, bizlər xoşbəxt və azadıq ona görə ki, hakimiyyətdə məhz odur. Birbaşa demokratiya o deməkdir ki, biz taleyimizi və həyatımızı özümüz ələ alırıq və özümüz də necə yaşayacağımız haqqında qərar veririk)!

Simondan sonra yenə də bir neçə nəfər danışdı; danışanlar yenə də əsasən hökumətin siyasətini tənqid etdilər. Yaşıllar partiyasının yerli özəyinin sədri bir qadın idi, o da yığıncaqda qonaq kimi iştirak edirdi və nəhayət dözməyib hökuməti müdafiəyə qalxdı.

- Ihr werdet jetzt sehen, wer in Deutschland an die Macht kommt, wenn die rote-grüne Regierung aufgelöst wird (Əgər qırmızı-yaşıl hökumət (sosial-demokratlarla yaşılların koalisiyası) ləğv edilsə, siz kimin hakimiyyətə gələcəyini görəcəksiniz).

Yer-yerdən çoxu dedi ki, yaxın vaxtlarda qırmızı-yaşıl hökumətin ləğv ediləcəyi gözlənilir. Çünki bu hökumət İraq müharibəsində amerikanlara dəstək vermədi. Amerikanlardan dəstək almayan bir hökumətin Almaniyanı idarə etməsi isə olduqca çətin bir məsələdir. Bəziləri isə Merkelin indi alman kansleri olmaq üçün böyük imkan qazandığını dedilər: çünki bu qadının amerikanpərəst olması çoxdan məlum idi.

Müzakirənin bu qızğın yerində Simon yığışanlardan sakit olmağı xahiş etdi və sonra da məni göstərib dedi:

- Auf der letzten Versammlung habe ich einem Herrn versprochen, ihm heute Wort zu geben; er will über die Probleme der Ausländer sprechen. Ja bitte schön! Wie hören Ihnen zu (Son yığıncaqda mən bir cənaba vəd etdim ki, bu gün ona söz verəcəyəm; o bizə əcnəbilərin problemləri haqqında danışmaq istəyir. Hə buyurun! Biz Sizə qulaq asırıq)!

Mən masanın arxasından qalxdım və sözə başladım.

- Ich heiße Ayaz Safarov. Das letzte Mal sprach ich davon, wie das Wort Ausländer in Deutschland zu einem Schimpfwort wurde. Warum ist dazu gekommen ist, ist es wichtig zu wissen (Sonuncu yığıncaqda mən bəyan etdim ki, „əcnəbi“ sözü Almaniyada söyüş kimi işlənməkdədir. Buna gətirib çıxaran nədir, bunun özünü bilmək mühümdür).

Sonra mən dedim ki, hakimiyyətdə olan Yaşıllar partiyası özünü sözdə əcnəbilərin müdafiəçisi kimi göstərsə də, əməldə bunu etmir. Bu gün Almaniyada milyonlarla əcnəbi yaşayır, onların içərisində xeyli Almaniya vətəndaşı olanları da var. Bu insanları müdafiə edən, onların sözünü deyən bir siyasi qurum isə yoxdur. Bu gün “paralel cəmiyyətlər” deyilən gettolarda yaşayan insanlar köməksiz və ümidsizdirlər. Onlar çox vaxt bu gettolardakı dağıdıcı qüvvələrin əlində bir oyuncağa çevrilirlər. Bu insanların vəziyyəti heç kimi maraqlandırmır, nə hökuməti, nə də müxalifət partiyalarını. Amma əgər bu cür davam edərsə, bir gün gettolarda insanlar üsyana qalxa bilərlər. Bunun isə necə və nə ilə nəticələnəcəyini heç kim bilmir.

- Was sollen wir jetzt tun (Biz indi nə etməliyik)? – Simon məndən soruşdu.

Mənsə cavabında dedim ki, ən birincisi elə etmək lazımdır ki, gettolardakı vəziyyət alman ictimaiyyətinə çatdırılsın. Sonra da dəfələrlə bu mövzuya aid məqalələri qəzetlərə təklif etsəm də, bunu heç kimin dərc etmək istəmədiyindən danışdım. Gettolarda yaşayan insanlar özləri məmnuniyyətlə alman ictimaiyyəti ilə ünsiyyətdə olmaq istəyərdilər, amma onların belə bir imkanı yoxdur. Yeni yaranmaqda olan partiya belə bir məsələni öz üzərinə götürə bilər: ayda bir dəfə gettolardakı insanları ziyarət etmək, onlarla ünsiyyət yaratmaq, onlara alman dili öyrətmək.

Mənim bu təklifimə cavab olaraq Simon dedi:

- Wir wollen sowieso die Menschen in unserem Kreis besuchen, mit ihnen Gespräche führen. Für die Menschen in den Parallelgesellschaften braucht man ein spezielles Programm und noch jemanden, der es übernimmt, dieses Programm zu leiten und zu verwirklichen. Könnten Sie das übernehmen, Herr Safarow? Sie kennen sich in der Situation der ausländischen Mitbürger gut aus; ich habe nun so einen Eindruck bekommen auf jeden Fall (Biz onsuz da bölgəmizdəki insanları ziyarət etmək, onlarla söhbət aparmaq istəyirik. Paralel cəmiyyətlərdəki insanlar üçün xüsusi proqram lazımdır, həm də bir şəxs bu proqrama rəhbərlik etməli və onun həyata keçirilməsini öz üzərinə götürməlidir. Siz bunu üzərinizə götürə bilərsinizmi, cənab Səfərov? Siz əcnəbi həmvətəndaşların vəziyyətini yaxşı bilirsiniz; hər halda məndə belə bir təəssürat yarandı).

Bu mənim üçün gözlənilməz idi. Ona gərə də belə cavab verdim:

- Vielen Dank für Ihr Vertrauen! Ich muss aber noch überlegen (Etibarınıza görə çox sağ olun. Amma mən hələ bir az fikirləşməliyəm).

Mən yenidən oturandan sonra ətrafda bir neçə nəfər dediklərimi müzakirə etdi.

- Das ist Ajas Safarov: ich kenne ihn. Er schreibt für die Zeitung Koblenzer Nachrichten (Bu Ayaz Səfərovdur: mən onu tanıyıram. O “Koblenzer Nachrichten“ qəzeti üçün yazır), - dedi biri.

Başqa bir neçə nəfər də mənim bu qəzetdə və başqa qəzetlərdə çıxmış olan məqalələrimi oxuduqlarını dedilər.

Yığıncaqdan sonra çoxu maşınlara doluşub getdilər, mən, Hans və Qünter qatarla qayıtmalı olduq. Hans mənim bugünkü yığıncaqda səsləndirdiyim fikri bəyəndiyini dedi və razılaşdı ki, Almaniyada heç kim əcnəbilərin problemləri ilə maraqlanmır və onları öz ümidlərinə buraxıblar. Qünter isə bu sahədə konkret addımlar atmağın mühümlüyünü qeyd etdi. Hans Qrüntal ilə Lindenin arasındakı kiçik bir qəsəbədə qalırdı, oraya çatanda bizimlə sağollaşıb qatardan düşdü. O gedəndən sonra isə Qünter mənə dedi:

- Die ausländischen Gettos in Deutschland sind ein großes Problem. Das ist aber eine lange Geschichte. Und hier hängt nicht alles von Deutschland ab (Almaniyadakı əcnəbi gettoları böyük problemdir. Amma bu uzun bir tarixdir. Həm də burada heç də hər şey Almaniyadan asılı deyil).

Qünterlə Qrüntalın vağzalında ayrıldıq. O mənə yenə də bəzi qisim adamlardan hərəkatı qorumağın mühümlüyünü deyəndən sonra avtobusa minib getdi. Mən isə piyada mənzilimə yol aldım.

Növbəti yığıncaq yenə də həmin Qrüntaldakı restoranın tədbir otağında keçirdi. Bu dəfə gələnlərin sayı daha çox idi. Simon yenidən yığıncağı açıq elan edib sözə başladı:

- Unsere Bewegung nimmt immer größere Maßstäbe an. Immer mehr Menschen wollen sich an uns anschließen. Hier geht es nicht nur um die soziale Gerechtigkeit, hier geht es um die Gerechtigkeit überhaupt. Seit vierzehn Jahren ist Deutschland wiedervereinigt. Ostdeutschland ist nun befreit vom Sozialismus. Norddeutschland, das mehrere Jahrzehnte nach dem Kriegsende als amerikanische Kolonie galt, ist danach wieder unabhängiger geworden. Obwohl sind wir in vielem noch weiterhin von den USA abhängig. Wie haben nun auch eine neue Situation: viele osteuropäische Länder sind einige Monate her die Europäische Union beigetreten. Man soll nun auch wissen, wie wir uns in der neuen Realität orientieren müssen. NATO hat nach dem Angriff nach Afghanistan einen neuen Krieg gegen den Irak angefangen. Noch ein wichtiges Problem ist der vorstehende EU-Beitritt der Türkei. Wir sollen uns zu allen diesen Problemen äußern (Bizim hərəkatımız getdikcə daha böyük vüsət alır. Get-gedə daha çox insan bizə qoşulmaq istəyir. Burada söhbət təkcə sosial ədalətdən getmir, həm də ümumiyyətlə ədalətdən gedir. On dörd ildir ki, Almaniya yenidən birləşib. Şərqi Almaniya sosializmdən qurtarıb, Qərbi Almaniya uzun müddət Amerika müstəmləkəsi olduqdan sonra yenidən daha çox müstəqillik qazanıb. Baxmayaraq ki, biz çox şeydə yenə də ABŞ - dan asılıyıq. Biz indi həm də yeni şəraitdəyik: bir çox Şərqi Avropa ölkələri bir neçə ay əvvəl Avropa İttifaqına üzv olublar. Bunu da bilmək vacibdir ki, biz yeni şəraitdə necə davranmalıyıq. NATO Əfqanıstana hücum etdikdən sonra İraqa qarşı yeni müharibə başlayıb. Mühüm məsələlərdən biri də Türkiyənin Avropa İttifaqına üzv olması məsələsidir. Biz gərək bütün bu problemlərə öz münasibətimizi bildirək).

- Man soll eins nicht vergessen: die vierzehn neue EU-Länder sind zunächst NATO beigetreten, dann EU. Jetzt kommt es in Frage: wessen Wille ist das, die neuen EU-Länder, wessen Wille ist das, der EU-Beitritt der Türkei (Bir məsələni unutmaq olmaz: yeni on dörd Aİ ölkələri əvvəlcə NATO-ya üzv oldular, bundan sonra Aİ-yə. Buna görə sual yaranır: yeni Aİ - ölkələri kimin iradəsidir, Türkiyənin Aİ-yə daxil olması kimin iradəsidir)? - Qünter oturanlara xitabən soruşdu.

- Das ist Wille Washingstons (bu Vaşinqtonun iradəsidir), - yerbəyerdən dilləndilər.

- Das meine ich auch (Mən də bu fikirdəyəm), - dedi Qünter.

Bu dəfə başqa bir adam yerindən qalxdı və özünü Seilmann kimi təqdim etdi. Seilmann dedi ki, onun təşəbbüsü ilə Qrüntalda neçə ildir bir dərnək fəaliyyət göstərir. Dərnəyin əsas məqsədi həm yerli, həm də qlobal problemlərlə məşğul olmaqdır. Qrüntalın həm ekoloji, həm də sosial problemləri var, dərnək birinci növbədə bunların həlli üçün çalışmağı qarşısına məqsəd qoyub. Əsas problemlərdən biri də Seilmanna görə əcnəbilərlə ünsiyyətin olmaması idi. Sonra da kişi mənim dediklərimə qüvvət verdi və dedi ki, bu sosial problemdir və onunla məşğul olmaq vaxtı çatıb. Onun dərnəyi Qrüntalda bu problemin həlli üçün səy göstərməyə hazırdır. O özü isə yeni partiyanın üzvü olmaq istəyir, həm də ümid edir ki, onun dərnəyinin fəaliyyəti partiyanın fəaliyyəti ilə üst-üstə düşəcəkdir.

Yığıncaq bitəndən sonra Seilmann mənə yaxınlaşdı, əcnəbilərin problemləri ilə bağlı dediklərimin çoxu ilə razı olduğunu dedi və sonra da məni gələn bazar günü, saat üçdə birgə qəhvə içmək üçün evinə dəvət etdi.

Seilmann Qrüntalın kəndlərindən birində yaşayırdı. Mən oraya velosipedlə getdim və çətinlik çəkmədən də onun evini tapdım. Xanım Seilmann məni gülərüzlə qarşıladı; bir azdan isə diqqətimə çatdı ki, bu qarayanız, sadə qadının əsas işi hər şeydə ərinin dediyinə qulaq asmaqdır. Mən isə yumşaq təbiətli adam təsiri bağışlasa da, Seilmanın avtoritar bir ailə başçısı olduğunu başa düşdüm.

Ər-arvad hər ikisi artıq təqaüddə idilər, üç övladlarından ikisi Qrüntalda, biri isə Almaniyanın cənubunda yaşayırdı.

- Das ist gut, dass zu uns auch manchmal solche Leute kommen wie Sie, Herr Safarov. Ich kannte Sie auch früher, ich habe viele Artikel von Ihnen gelesen (Yaxşı ki, bəzən bizə Sizin kimi adamlar da gəlir, cənab Safarov. Mən Sizi əvvəldən tanıyırdım, xeyli məqalənizi oxumuşam).

Seilmann mənə bir az da öz dərnəyinin fəaliyyətindən, hələ çox iş görmək istədiklərindən danışdı. Sonra da dedi ki, dindar adamdır, amma onun üçün din kilsəyə gedib ibadət etmək demək deyil. Dindar olduğuna görə də uzun müddət CDU - Xristian-demokratlar partiyasının üzvü olub. Amma son vaxtlar partiyanın tutduğu mövqe, xüsusən də 11 sentyabr hadisələri ilə əlaqədar müsəlmanlara qarşı etdiyi çağırışlar onu qane etmədiyindən partiyadan çıxıb. Şəxsən özünün müsəlmanlarla problemi yoxdur və istəyir ki, onlarla arada qarşılıqlı ünsiyyət və hörmət yaransın.

- Sind Sie selbst auch Moslem, ja? (Siz özünü də müsəlmansınız elə deyilmi)?

Bunu almanlara izah etməyin nə qədər çətin olduğunu yaxşı bilirdim. Burada cəmiyyətdən tam izolə edilmiş toplum halında yaşayan islam fundamendalistlərindən başqa müsəlman görməyən almanlar hamını onlarla ölçür, guya ki müsəlmanlığın bu cür yaşamaq demək olduğunu zənn edirdilər.

Mən isə ona başa salmağa çalışdım ki, dünyəvi müsəlmanam. Yəni ki, Allaha inanıram, amma belə hesab etmirəm ki, gündə beş dəfə namaz qılmaq vacibdir. Din mənim üçün Yaradan ilə aranda yarada biləcəyin səmimiyyətdir, nə qədər səmimi olub, pis əməllərdən uzaq dursan, Allaha bir o qədər yaxınlaşa bilərsən. Sonra da bütün dinlərə qarşı dözümlü olduğumdan dedim.

Bunların Seilmanna nə dərəcədə çatıb-çatmadığını başa düşmək çətin idi, çünki ərz etdiklərimə o heç bir münasibət bildirmədi və əvəzinə məndən soruşdu:

- Sind Sie bereit, sich für die Ausländer in unserer Stadt einzusetzen (Siz bizim şəhərdə əcnəbilər üçün işləməyə hazırsınızmı)?

Mən bir az özlüyümdə götür-qoy edib ona müsbət cavab verdim. Seilmann dedi ki, onun dərnəyi yeni yaranmaqda olan Ədalət partiyası ilə birlikdə əcnəbilərlə iş aparmaq istəyir. Mən isə bu işin birbaşa icraçısı ola bilərəm. Sonra mənə vəd etdi ki, yaxın günlərdə bununla bağlı proqram hazırlayacaq və gələn yığıncaqda bunu təqdim edəcək.

Mən Seilmannlardan ayrılıb piyada evə qayıdanda elə hey mədəniyyətlər arasında mübadilənin, qarşılıqlı anlaşmanın mümkün olub-olmadığını fikirləşirdim. Axı nədir, görəsən, buna mane olan?

Partiyanın növbəti yığıncağında Simon elan etdi ki, artıq hərəkat bütün Almaniyanı bürüməkdədir, hakimiyyət də artıq yeni hərəkatla dil tapmağa çalışır. Ən mühümü isə odur ki, bir neçə gündən sonra Lafonten üç gündən Koblenzə gələcək və yeni partiyanın tərəfdarları qarısında çıxış edəcək. Kim istəyirsə, həmin görüşə elə buradan bir yerdə gedə bilərik. Seilmann mənimlə olan söhbətin mövzusunu burada bir daha bəyan etdi, bir daha əcnəbilərlə ünsiyyət qurmağın vacibliyindən danışdı.

- Wenn die Partei Herrn Safarov unterstützen wird, wird unser Verein das auch tun (Cənab Səfərova partiya dəstək versə, bunu bizim dərnək də edəcəkdir), - dedi kişi.

Simon isə cavabında ərz etdi ki, bu məsələ ilə gələn partiya yığıncağında məşğul olmaq mümkündür. Başqa bir məsələ də var ki, söhbət təkcə Qrüntaldakı partiya özəyinin əcnəbilərlə əlaqə yaratmasından getmir, söhbət birinci növbədə alman cəmiyyəti ilə əlaqə yaratmaqdan gedir. Yəni ki, cəmiyyətlə əlaqə yaratmaq, həm də əcnəbilərlə əlaqə yaratmaq deməkdir. Gettolara qalanda isə partiyanın qarşısına qoyduğu məqsəd onların ləğv edilməsidir: burada yaşayan əcnəbilər alman cəmiyyətinə qaynayıb qarışmalı, onun üzvü olmalıdırlar. Partiya isə bu işdə onlara köməklik göstərməyə hazırdır. Cənab Səfərovun bu istiqamətdə atdığı hər bir addım isə partiyanın dəstəyini alacaqdır.

Üç gündən sonra Koblenzə qatarla bir yerdə getdik: mən, Qünter və Hans. Şəhərin meydanlarından birində mitinq üçün icazə alınmışdı, meydanın özündə isə adam əlindən tərpənmək olmurdu. Tribunada Ədalət partiyasının Koblenzdə yerləşən və bizim bölgə üçün əsas olan özəyinin rəhbərləri dayanmışdılar, Hans onların arasındakı qırx-qırx beş yaşlarında bir qadını mənə göstərib dedi.

- Das ist Linda - die Leiterin der Parteiabteilung in Koblenz (Bu Lindadır – Koblenz partiya özəyinin rəhbəri).

Linda isə birdən kənara çəkilib əl telefonu ilə danışmağa başladı, sonra isə sonra qabağa çıxıb dedi:

- Oskar Lafonten ist in Koblenz angekommen. Er ist schon unterwegs zu unserem Platz. In zehn Minuten werde er hier sein: er hat mir das gerade telefonisch mitgeteilt (Oskar Lafonten Koblenzdədir. O artıq bizim meydana yol alıb. On dəqiqədən sonra burda olacaq: o özü mənə indicə bunu telefonda dedi).

Meydandakılar bu xəbəri sevinclə qarşıladılar və əl çalıb Lindanı alqışladılar. Mən dönüb meydana göz gəzdirdim: burada hər cür ünsür gözə dəyirdi. Bəziləri əllərində “Lafonten, du wirst der nächste Bundeskanzler” (Lafonten, sən növbəti kansler olacaqsan) şüarını tutmuşdular, bir qisim hökumət əleyhinə durmadan çağırışlar edirdi, kimlərsə də meydanı gəzib cürbəcür vərəqələr paylayırdı. Saqqallı, uzun saçlı bir kişi mənə yaxınlaşıb kiçik bir qəzet verdi. Qəzetin adı “Spartakist” (Spartakçı) idi: qəzet isə “Spartak” qrupunun bərpa edilməsini təbliğ edirdi. Mən “Spartakın” vaxtilə Roza Lüksemburq və SPD-nin yaradanlardan biri olan Vilhelm Libknextin oğlu Karl tərəfindən təşkil edildiyini bilirdim. Bu da mənə məlum idi ki, bu qurum həmin vaxtlar Almaniyada kommunist inqilabı etməyi planlaşdırırdı. “Spartakın” hər iki rəhbərinin Veymar hökuməti tərəfindən həbs edilib, sonra da gizlicə öldürülmüş olduqlarını da bilirdim. İndi belə bir radikal qrupun bərpa edilməsinə çağırış yadıma Qünterin dediklərini saldı; deməli, Qünter əbəs yerə keçmiş kommunistlərin fəallaşmaq təhlükəsindən və bununla da yenicə cücərməkdə olan azadlıq və ədalət uğrundakı hərəkata zərər vura biləcəklərindən ehtiyatlanmırmış.

Az keçmiş Lafonten doğrudan da tribunada göründü. Sosial Demokrat Partiyasının keçmiş rəhbəri alqışlar altında nitqinə başlayıb meydanda bu qədər adamın toplanmasına sevindiyini dedi. Sonra da alman hökumətinin siyasətini, Amerika və NATO-nun “Terrorizmə qarşı mübarizə” şüarı altında Yaxın Şərqdə yeni işğalçılıq müharibələri, yeni səlib yürüşləri başladığını qeyd etdi. Bizləri isə möhkəm durmağa, siyasi yalan və uydurmalardan xilas olmaq, ədalət və həqiqi demokratiyanın cəmiyyətdə bərqərar olması uğrunda daha əzmlə mübarizə aparmağa çağırdı.

Onu yenidən möhkəm alqışladılar. Mən isə Lafontenin qocaldığını düşündüm; hər halda bu bir neçə il əvvəl, təqaüdə getməmişdən qabaq öz fövqəl fəallığı ilə seçilən həmin Lafonten deyildi.

Mən Qünteri və Hansı meydanda gözdən itirdiyimdən geriyə tək qayıtmalı oldum. Meydanda görüb keçirdiklərimdən bir qədər dilxor idim, ən çox da Lafontenin başladığı bu hərəkata nə nəzarət edə bilmək, nə də onu uğurla davam etdirmək iqtidarında olmadığını başa düşməyim məni məyus edirdi. Keçmiş kommunist şüarlarının, qismən də olsa, yenidən meydanda səslənməsi isə hərəkatın əleyhdarlarına ona qarşı daha güclü kartlar verəcəkdi.

Qayıdandan sonra Seilmanla zəngləşib bir daha əcnəbilərlə iş aparılması məsələsini müzakirə etdik. O gələn yığıncaqda özü bununla bağlı çıxış etməyə hazırlaşdığını dedi.

Növbəti yığıncağa isə şəhərdə görüşüb bir yerdə getdik. Lap əvvəldə söz alan Seilmann dedi:

- Nächste Woche hat der Vorstand unseres Vereins einen Termin beim Bürgermeister. Wir werden mit ihm auch über die geplante Arbeit mit den ausländischen Mitbürgern dort reden. Dass Herr Safarov dafür bereit sei, sich dabei ehrenamtlich einzusetzen, ist eine gute Möglichkeit für uns (Gələn həftə bizim dərnək rəhbərliyi bələdiyyə rəisi ilə görüşəcək. Biz onunla həm də əcnəbi vətəndaşlarla planlaşdırılan iş haqqında danışacağıq. Cənab Səfərovun bunu ictimai iş kimi öz üzərinə götürməyə hazır olması isə bizim üçün yaxşı imkandır).

Yığıncaq iştirakçılarının çoxu Seilmanın dediklərini maraqla qarşıladı. Bir neçə nəfər də Qrüntalda əcnəbilərə belə bir ictimai xidmətin yaradılmasının onlar ilə alman cəmiyyəti arasında ünsiyyət yaratmaq baxımından gözəl bir addım olacağını qeyd etdi. Hans isə buna öz fikrini başqa cür bildirdi:

- Es gibt doch schon in Grüntal Migrationdienst von Caritas; das macht Stefan Wiemer und macht auch gut (Qrüntalda Xristian şəfqəti idarəsinin miqrasiya xidməti var axı; bunu edən Stefan Viemerdir, özü də o bu işi yaxşı görür).

İçəridəkilərin hamısı dönüb mənə baxdı. Mən isə izahat verdim ki, Vimer doğrudan da bu sahənin gözəl mütəxəssisidir, amma o bu işi tək Qrüntal üçün yox, bütün bölgə üçün görür. Bu olduqca böyük gərginlik tələb etdiyindən Vimerin işində də müəyyən məhdudiyyətlər var. Həm də mənim təklif etdiyim xidmət müəyyən yeni keyfiyyətlərə malikdir. Özüm onlardan biri olduğum üçün əcnəbilərin bəzi problemlərinə daha yaxşı kömək edə biləcəyim qənaətindəyəm. Bunun Vimerin özünə də kömək edəcəyinə əminəm.

Yenə müzakirələr davam etdi və son qərar belə oldu: Ədalət partiyası bu təşəbbüsü alqışlayır, amma ona həqiqi dəstəyi ancaq növbəti seçkilərdə şəhər parlamentində yer alacağı təqdirdə verə bilər.

Bələdiyyə rəisi

Mən Seilmannın arzusu ilə onun dərnəyinə üzv oldum və yazılı şəklidə bildirdim ki, dərnəyin fəaliyyəti çərçivəsində əcnəbilərə xidmət ictimai işini yerinə yetirməyə hazıram. İndi qalırdı bu məsələni şəhərin bələdiyyə rəisi ilə müzakirə etmək.

Seilmann mənə artıq nə vaxt bələdiyyə rəisinin qəbulunda olacağımızı xəbər vermişdi. Həmin gün çatanda isə bələdiyyə idarəsinin qarşısında görüşdük: o dərnəkdən bir nəfəri - müavinini özü ilə götürəcəyini də mənə qabaqcadan demişdi. Üçlükdə yuxarı qalxdıq, katibə bizə yer göstərib gözləməyimizi xahiş etdi. Haradasa yarım saat keçmişdi ki, katibə bizi içəriyə dəvət etdi.

Mən bələdiyyə rəisinin kim olduğunu bilirdim, onun iki il əvvəl seçkilərdə iştirakını diqqətlə izləmişdim. O yerli adam idi, və mən artıq bir neçə yerdə bələdiyyə seçkilərini müşayiət edəndən sonra belə bir qənaətə gəlmişdim: Almaniyanın harası olursa olsun, ancaq orada doğulmuş adam həmin yerin bələdiyyə rəisi ola bilər. Bu dəfə də belə oldu: yerli adam, yəni indiki bələdiyyə başçısı başqa şəhərdən gəlmiş rəqibini üstələdi. Düzdü, vəkil kimi fəaliyyət göstərən həmin gəlmə adam çox müqavimət göstərdi, seçkilərin nəticələrini məhkəməyə verdi, şəhərin bir-iki yerində seçkilərin yenidə keçirilməsinə nail oldu. Amma axırda yenə də uduzdu.

Qrüntalın yeni bələdiyyə rəisi iri gövdəli, yoğun bir adam idi; o bizi qarşılamaq üçün heç ayağa da durmadı, sadəcə yer göstərib oturmağımızı xahiş etdi. Yanında bir nəfər də var idi, rəis də onu təqdim etməklə sözə başladı və həmin kəsin bələdiyyənin ictimai şöbəsinə başçılıq etdiyini dedi.

Seilmann sözə başlayıb əvvəlcə Qrüntalın problemlərindən danışdı, sonra da dedi ki, şəhərdə ciddi ekoloji və sosial problemlər peyda olub, onun rəhbərlik etdiyi dərnək də bu işlərə əncam çəkmək üçün yaradılıb. Bələdiyyə başçısı əvvəlcə birinci problemin nədən ibarət olduğunu soruşdu.

- Die neue Bundesstrasse, die durch Grüntal liegt, macht nicht nur Stau und Staub, sondern wird dadurch auch die Luft bei uns schmutziger (Qrüntaldan keçən yeni magistral yolu təkcə avtomobil tıxacı və toz yaratmır, həm də bundan yana havamız getdikcə daha da çirklənir), - deyə Seilmann ərz etdi.

- Sie meinen die Verschmutzung durch die Vergasung (Siz motor qazından yaranan çirklənmənimi nəzərdə tutursunuz)? - deyə rəis soruşdu.

- Ja das meine ich (Bəli, bunu nəzərdə tuturam).

- Die modernen Autos haben aber alle Katalysator, die alten müssen das unbedingt zusätzlich einbauen lassen, sonst dürfen diese nicht fahren. Ausserdem ist die neue Bundestrasse ein Projekt der Bundesregierung. Wie können wir denn das ändern (Müasir avtomobillərin hamısında katalizator var, köhnələri də bunu hökmən əlavə olaraq qurmalıdırlar, yoxsa ki, hərəkət edə bilməzlər. Bundan başqa yeni magistral yolu Ümumalmaniya hökumətinin layihəsidir. Biz bunu necə dəyişdirə bilərik axı)? - bələdiyyə rəisi çiyinlərini çəkdi.

Cavab olaraq Seilmann portfelindən tez bir qovluq çıxardı və, oradakı bir neçə sənədi masanın üstünə qoyub, dedi:

- Hier sind einige Dokumente über den Luftbestand vor dem Bau der Bundesstrasse und nachher (Burada havanın magistral yol çəkilməzdən əvvəl və istifadəyə verildikdən sonrakı tərkibi haqqında bəzi sənədlərdir).

Seilmann sonra bildirdi ki, mühərrik katalizatoru qazın havaya atılmasının qarşısını ala bilmir, onu ancaq azalda bilir. Sonra da kişi bu sənədlərdən bir neçəsini müqayisə edib havanın çirklənməsi dərəcəsinin getdikcə artdığını bəyan etdi.

- Was wollen Sie uns anbieten, Herr Seilmann? Können Sie das konkretisieren? (Siz bizə bunun üçün nə təklif edə bilərsiniz, cənab Seilmann? Dediklərinizi konkretləşdirə bilərsinizmi), – bunu bələdiyyənin şöbə müdiri soruşdu.

Seilmannın isə təklifi bu oldu: magistral yolunun şəhərin içərisindən keçən hissəsinin sökülüb ətrafdan salınması bu problemin qarşısını ala bilər. Bələdiyyənin rəisi və şöbə müdiri cavab olaraq ancaq başlarını buladılar və məmnun olmadıqlarını göstərdilər: bu olduqca mürəkkəb bir məsələdir, bunu bir çox yerlərdə müzakirə etmək lazımdır. Sonra da ikinci suala keçməyi xahiş etdilər.

Seilmannın dərnəyinin ikinci təklifi enerji mənbələri ilə bağlı idi. Dərnəyin rəhbəri əvəzedici mənbələrin tapılmasının mühümlüyünü bir neçə dəfə vurğuladı; İraqa qarşı müharibə aparıldığı, ərəb ölkələri ilə münasibətlərin getdikcə gərginləşdiyi bir vaxtda tək Yaxın Şərqdən gələn neftə ümid etmək olmaz. Rusiya qazına da tam bel bağlamaq olmaz. Putin bu gün kansler Şröderlə dost olsa da, yeni kanslerin gəlməsi ilə vəziyyət əks tərəfə dəyişə bilər. Buna görə lazımdır ki, Almaniyada hər bir yaşayış məskəni öz enerji mənbələrini yaratsın. Təbii tullantılardan başlamış ətrafdakı su hövzələrinin, küləyin, günəşin enerjisini toplamaq üçün cihazlar çoxdan yaradılıb, onların həm də Qrüntalda tətbiq edilməsindən söhbət gedir. Bir sözlə, Qrüntalda belə bir enerji qülləsinin qoyulmasının vaxtı çoxdan çatıb. Bu mövzu da deyəsən bələdiyyə rəisini heç açmadı:

- Wie viel wir dadurch die importierten Öl und Gas maximal ersetzen können, Herr Seilmann, wenn wir überall die neuen Energie – Türme bauen, Naturwerfen und alles Mögliche als die neuen Energiequellen verwenden (Əgər hər yanda yeni enerji qüllələri tiksək, təbii tullantılardan və başqa hər şeydən yeni enerji mənbələri kimi yararlansaq, bununla ən çoxu nə qədər idxal neft və qazını əvəz edə bilərik, cənab Seilmann)?

Seilmanın cavabı qısa oldu: on beş-iyirmi faiz, həm də Almaniyanın özünün kömür ehtiyatlarını daxil etməklə.

- Das heißt, wir sind weiterhin vom Nahen Ost und Russland abhängig und über achtzig Prozent vom Öl und Gas, die wir hier brauchen, aus diesen Ländern importieren müssen. Denn wir selbst kein Öl u Gas haben (Deməli, biz bundan sonra da Yaxın Şərqdən və Rusiyadan asılı olacağıq, çünki istifadə etdiyimiz neft və qazın səksən faizindən çoxunu bu ölkələrdən ixrac etməliyik. Axı bizim öz neftimiz və qazımız yoxdur).

Rəis bununla belə yeni enerji qülləsinin quraşdırılması ilə bağlı müzakirələr keçirməyə hazır olduğunu, bunun üçün hansı sənədləri və hesablamaları istədiyini dedi. Sonra isə üçüncü suala keçməyi xahiş etdi.

Seilmann dərnəyin ictimai istiqamətdə görmək istədiyi işlərdən birinin əcnəbilərlə ünsiyyətin yaradılması, onlara pulsuz sosial xidmətin göstərilməsi olduğunu dedi.

- Gute Idee! Wie will der Verein das organisieren (Yaxşı ideyadır! Bunu dərnək necə təşkil etmək istəyir)?

Seilmann isə məni göstərib dedi:

- Herr Ajas Safarov sei bereit, sich dafür als Berater einzusetzen. Er ist auch Mitglied unseres Vereins (Cənab Ayaz Səfərov bunu məsləhətçi kimi həyata keçirməyə hazırdır. O da bizim dərnəyin üzvüdür).

Bələdiyyə rəisi mənim qəzetdə çıxan məqalələrimi oxuduğunu və indi bu işə hazır olduğuma sevindiyini dedi; bildirdi ki, buraya gələnlərin əksəriyyəti sadə insanlar olduğundan mühacirlər içərisində savadlı, oxumuş adamlara az-az rast gəlinir. Məhz mühacirlərdən belə bir şəxsin yerli hökumətin dəstəyi ilə əcnəbilərlə iş aparması olduqca müsbət haldır və ümidvericidir. Sonra da dedi ki, şəhərin bir neçə başqa qurumu ilə də danışıb bizi bu işin müzakirəsi ilə bağlı bələdiyyədə nə vaxt görüşə biləcəyimiz haqda xəbərdar edəcək.

Bundan sonra rəis və onun yanındakı ilə xudahafizləşib bələdiyyə idarəsini tərk etdik. Yolda Seilmann onların hər iksindən şikayət etdi, ən çox da həmin şöbə müdirindən. O adamın ziyankar birisi olduğunu deyib, bələdiyyə rəisinə keçdi; bələdiyyə rəisi ilə əvvəllər həmişə yaxşı münasibətləri olub, bu gün dediklərinin bir qismini vaxtilə onunla müzakirə edib, amma şəhərə rəhbərlik edəndən bəri kişi elə bil dəyişib başqa adam olub.

Bələdiyyədən məktubu bir neçə gündən sonra aldım; rəis məni əcnəbilər üçün şəhərdə yaradılacaq yeni sosial xidmət haqqında bələdiyyə idarəsində keçiriləcək məşvərətə dəvət edir, burada həm də şəhərin bir sıra başqa qurumlarının da nümayəndələrinin iştirak edəcəyini bildirirdi.

Həmin günün axşamı Seilmannla görüşüb yenə də bələdiyyə başçısının hüzuruna bir yerdə getdik. Bu dəfə şəhərin başçısı bizi bələdiyyənin geniş vətəndaş otağında qəbul edirdi. Görüşə kimlər dəvət olunmamışdı: katolik kilsəsinin keşişi ilə incilçi (evangelist) kilsəsinin keşişi, bağça tərbiyəçisi ilə ibtidai sinif müəlliməsi və daha nə bilim nə kimi başqa qurumları təmsil edənlər. Həmişədən tanıdığım Miqrasiya xidmətini həyata keçirən Ştefan Vimer də burada idi.

Bələdiyyə rəisi gələnləri salamlayıb bu gün əcnəbi toplumları ilə ünsiyyətin yaradılmasının çox vacib olduğundan danışdı. Özünün də aid olduğu Sosial-demokratlar partiyasının vaxtilə bu sahədə necə mühüm işlər görmüş olduğundan bəhs edib bu gün yenidən belə bir fəaliyyətin aparılmasına ehtiyac olduğunu dedi. Sonra da sözü yerli kilsə başçılarına verib onlardan əcnəbilərlə yaranmış vəziyyətə münasibət bildirməyi xahiş etdi. Əvvəlcə incilçi kilsənin keşişi fikrini bildirdi:

- Es gibt nur einen einzigen Ausweg aus dieser Situation: alle Christen der Welt müssen sich vereinigen. Danach müssen alle Völker der Welt christianisiert werden. Nur dann herrscht der Frieden auf der Erde, wenn alle Christen sind (Bu vəziyyətdən tək bircə çıxış yolu var: bütün dünyanın xristianları birləşməlidir. Bundan sonra isə dünyanın bütün xalqları xristianlaşdırılmalıdır. Ancaq hamı xristian olandan sonra Yer üzündə əmin-amanlıq bərqərar olacaq)...

Katolik keşişi onu saxladı:

- Es ist unmöglich, alle Völker zu christianisieren. Viele von ihnen wollen in eigenen traditionellen Religionen weiter leben. Hier kann man keine Gewalt verwenden (Bütün xalqları xristianlaşdırtmaq mümkün deyil. Onların çoxu öz ənənəvi dinlərində yaşamağa davam etmək istəyirlər. Burda zorakılığa yol vermək olmaz).

- Schau mal, wer spricht aber gegen Gewalt! War es nicht die katholische Kirche, die immer die Gewalt verwendet hatte, um den katholischen Glauben zu verbreiten (Bax bir, kim zorakılığın əleyhinə danışır? Məgər katolik inancını yaymaq üçün həmişə zorakılıq tətbiq edən katolik kilsəsi deyildimi)? – incilçi keşiş opponentinə sərt cavab verdi.

- Das gehört zur Vergangenheit: die Kreuzzüge sind schon von Vatikan als Eroberungskriege anerkannt. Unser Papst machte letztes Jahr einen historischen Schritt, indem er eine Moschee in Damaskus besucht hatte (Bu artıq keçmişdir: səlib yürüşləri artıq Vatikan tərəfindən işğalçılıq müharibələri kimi tanınıb. Bizim papa ötən il Dəməşqdə bir məscidi ziyarət etməklə tarixi bir addım atdı), - katolik keşişi bu dəfə dedi.

- Die Kreuzzüge waren aber nicht nur gegen die Muslime, sie waren auch gegen die Orthodoxen; das christliche Konstantinopel haben auch die Kreuzzügler zerstört. Später führte man das gegen uns im dreißigjährigen Krieg (Səlib yürüşləri təkcə müsəlmanlara qarşı deyildi; xristian şəhəri Konstantinopolu da səlibçilər yerlə yeksan etdilər. Sonradan isə bunu bizə qarşı çevirdilər, otuzillik müharibədə), - deyə incilçi kilsənin başçısı həmkarını bir də sancmağa cəhd göstərdi.

Katolik keşişi isə ona yenə də təmkinlə cavab verməyə çalışdı:

- Das, was in der Vergangenheit passierte, kann man nicht ändern. Katholische Kirche ist aber heute den Andersglaubenden, Nicht-Christen gegenüber viel toleranter als evangelische. Es gibt Konzilien Vatikans noch vor fünfzig Jahren, wodurch jüdische, muslimische, hinduistische und buddhistische Religionen anerkannt sind. Die evangelische Kirche erkennt bis jetzt die anderen Glauben nicht an (Keçmişdə baş verənləri dəyişdirmək olmaz. Amma Katolik kilsəsi bu gün başqa inanclılara qarşı İncilçi kilsədən xeyli dözümlüdür. Vatikanın hələ əlli il əvvəlki məşvərətləri yəhudi, müsəlman, hindu və buddist dinlərini tanıyıb. İncilçi kilsəsi isə indiyə qədər başqa inancların heç birini tanımayıb).

- Was sollten denn wir anerkennen (Biz nəyi tanımalıyıq axı)? – yerli incilçi kilsənin başçısı yenə də tənə ilə soruşdu. – Es gibt Evangelien Gottes, die für alle Menschen auf der Erde gesandt sind. Wer diese vier Evangelien nicht anerkennt, ist Heide und die Heiden können und werden wir nie anerkennen (Allahın yer üzündə yaşayan bütün insanlar üçün göndərmiş olduğu incilləri var. Kim bu dörd incili tanımırsa, cahildir, cahilləri isə biz tanımırıq və tanımayacağıq da).

Bayaqdan başqaları ilə bahəm iki keşişin çəkişməsini sakitcə izləyən bələdiyyə rəisi nəhayət sükutunu pozmağa qərar verdi:

- Liebe Priester, wir sind aber heute nicht hier, über die Religionen zu diskutieren, sondern darüber, wie wir unseren ausländischen Mitbürgen behilflich sein können, sich in die deutsche Gesellschaft zu besser integrieren (Hörmətli keşişlər, biz bu gün dinlər haqqında müzakirə keçməyə yığışmamışıq, yığışmışıq ki, əcnəbi vətəndaşlara alman cəmiyyətinə inteqrasiya etmək üçün necə kömək edə biləcəyimizi müzakirə edək).

Sonra da Vimerə müraciət edib onun əcnəbilərlə iş üçün yeni xidmətin yaradılması ilə fikrini söyləməsini xahiş etdi.

Vimer əvvəlcə bu təşəbbüsü alqışladı, sonra da dedi ki, əlindən gələn köməyi etməyə hazırdır. Onun rəhbərlik etdiyi miqrasiya xidməti yeni yaradılacaq xidmətə həm dəstək verə, həm də bəzi istiqamətlərdə onunla birgə işləyə bilər.

Bələdiyyə rəisi Vimerə təşəkkür edib bağça tərbiyəçisindən və ibtidai sinif müəlliməsindən də deyilənlərə münasibət bildirməyi xahiş etdi.

- Wir hatten früher mehr Probleme mit den Kindern aus den Migrantenfamilien, mit ihrer Adaptation und Integration (Bizim əvvəllər miqrant ailələrindən olan uşaqlarla daha çox problemimiz var idi, onların uyğunlaşması və inteqrasiyası ilə), - bağça müəlliməsi dedi. – In letzter Zeit ist das jedoch besser geworden. Aber trotzdem ist es für uns nicht einfach, das Verhältnis zu den Migrantenfamilien zu pflegen. Besonders ist das schwierig mit den muslimischen Familien (Düzdür, son vaxtlar burada bir az irəliləyiş var. Amma bununla belə bizim üçün miqrant ailələri ilə münasibətləri tənzimləmək çətindir. Xüsusilə də müsəlman ailələri ilə bunu etmək çətindir).

- Es geht uns genau so: mit den muslimischen Kindern, mit ihren Familien haben wir am meisten Probleme (Bizdə də vəziyyət eynidir: ən çox müsəlman uşaqları və onların ailələri ilə problemimiz var).

Seilmann burada öz fikrini bildirdi: problem ondan irəli gəlir ki, həmin miqrant uşaqları ilə məşğul olan, onlara nəzarət edən yoxdur.

Tərbiyəçi də, müəllimə də bir-birinin ardınca müsəlmanlarla yola getməyin çətinliyindən danışdılar və çıxış yolunun nədə olduğunu bilmədiklərini dedilər.

Bələdiyyə rəisi onları saxlayıb soruşdu:

- Möchte noch jemand etwas sagen (Yenə də nəsə demək istəyən varmı)?

- Ich möchte dazu noch etwas sagen (Mən nəsə demək istəyirəm), - deyə bildirdim.

Sonra da miqrantlarla az işin aparıldığını, çox vaxt onlarla heç kimin maraqlanmadığını dedim. Əslində isə vəziyyət başqadır. Bu adamlarla, o cümlədən müsəlmanlarla işləmək olar və bunu hökmən etmək lazımdır. Əks halda yerli cəmiyyətlə gəlmələrin yaşadıqları gettolar arasında uçurum get-gedə daha da dərinləşəcək, gəlmələr də getdikcə daha çox təcrid olunacaq. Bu da gec-tez gətirib toqquşmaya çıxaracaq.

- Und wo sehen Sie Ausweg (Çıxış yolunu nədə görürsünüz)? – Vimer məndən soruşdu.

Mən cavab verdim ki, çıxış yolu gettolardakı həyatla maraqlanmaq, onlarda yaşayan insanların problemləri ilə məşğul olmaq, onlarla yerli cəmiyyətin ünsiyyətini yaratmaqdadır.

- Was soll man aber konkret tun (Amma konkret nə etmək lazımdır)? – bu dəfə katolik keşişi məndən soruşdu.

Dedim ki, tək mənim görmək istədiyim məsləhət işiylə gettolardakı vəziyyəti düzəltmək, onları yerli cəmiyyətə yaxınlaşdırmaq mümkün deyil. Yerli cəmiyyətdən könüllü adamlar olmalıdır ki, gettoda yaşayanları həftədə bir dəfə ziyarət etsin, onlara pulsuz alman dilini öyrətsin, yerində bu adamların güzəranı, çətinlikləri ilə maraqlansın. Bir də yaxşı olardı gələn görüşlərdə miqrantların da nümayəndəsi iştirak etsin.

- Wir haben schon mehr getan (Biz ondan da çox iç görmüşük), - dedi bələdiyyə başçısı.

Sonra da mənə otuz il əvvəl - yetmişinci illərin ortalarında miqrantlara münasibətin kəskin pisləşməsindən sonra alman cəmiyyətində aparılan maarifçilik işlərində şəxsən iştirak etdiyindən danışdı. Miqrantların nümayəndəsinin gələn görüşlərə dəvət edilməsi müzakirə mövzusudur. Qrüntalda yaşayan əcnəbilər əsasən türklərdir, bölgənin Əcnəbilər Yan Şurasında da əsasən türklər təmsil olunublar. Qrüntalda bir neçə ay əvvəl ilk məscid istifadəyə verilib.

- Wenn einladen – den Imam der Mosche oder den Leiter des Ausländerbeirats, darüber müssen wir auch diskutieren (Kimi dəvət etmək – məscidin imamınımı, yoxsa Əcnəbilər Alt Şurasının başçısınımı – bunu da biz müzakirə etməliyik). Sonra da qarşısındakı iş planına baxıb dedi:

- Um die konkreten Schritten in diesem Bereich zu sprechen, müssen wir uns nochmals treffen. (Bu sahədə konkret addımlar atmaq üçün gərək yenidən görüşək).

Yeni görüşü iki aydan sonraya təyin edib, bələdiyyə başçısı bizimlə xudahafizləşdi.

Seilmann yolda yenə də bələdiyyə rəisindən şikayət etdi:

= Er hat unseren Verein nie erwähnt (O bizim dərnəyin heç adını da çəkmədi).

Mənim dinmədiyimi görən Seilmann Ədalət partiyasının növbəti yığıncağında görüşəcəyimizi deyib, mənimlə xudahafizləşdi.

Partiya yığıncağında isə Simon yenə də uzun-uzadı bir nitq söyləyib son vaxtlar baş verənlərə münasibətini bildirdi. O Lafontenin səhhəti ilə bağlı ciddi narahatlıq keçirdiyini deyib, o biri yandan da Demokratik Sosialist Partiyasının rəhbəri Qreqor Gizinin getdikcə fəallaşdığını qeyd etdi.

- Gisy strebt danach, sich mit der WASG anzunähern. Wenn es dazu kommt, geht unsere Bewegung runter (Gizi Ədalət partiyası ilə yaxınlaşmağa can atır. Əgər bu baş verərsə, onda bizim hərəkatımız tənəzzülə uğrayacaq).

Hans yerindən qalxıb etiraz etdi:

- Ob das, was Gisi sagt, anders ist, als Lafonten und WASG sagen? Diese Annäherung ist selbstverständlich (Məgər Gizinin dediyi Lafontenin və Ədalət Partiyasının dediklərindən fərqlidirmi? Bu yaxınlaşma təbiidir).

Qünter mənim yanımda oturmuşdu və Hansın dediklərini yanındakılar üçün yenə də belə yozdu:

- Sieht ihr? Ich habe doch gesagt, dass einige wieder das alte Stasi-System einführen wollen (Görürsünüzmü? Bəziləri köhnə ştazi (keçmiş ADR-in təhlükəsizlik sistemi) sistemini yenidən həyata keçirmək istəyirlər).

Simon isə, sanki Qünterin sözünə qüvvət verirmiş kimi, bildirdi ki, keçmiş sosialist Almaniyasının ideologiyasını, yəni kommunist ideologiyasını yenidən həyata keçirmək istəyənlərin hərəkatda güclənməsi gətirib ona çıxara bilər ki, onu bir çox adam tərk etsin, həm də Sosial-demokratlar partiyasının sol qanadı ləğv olsun. Sonra isə Simon Koblenz ilə əlaqələrin gücləndirməyin mühümlüyündən danışdı və bildirdi ki, ancaq həqiqi ədalət tərəfdarlarının fəallığı ilə hərəkatın kommunist meyllərindən qorumaq mümkün ola bilər.

Sonda isə yaxın günlərdə Koblenzdə böyük bir yürüş keçiriləcəyini deyib bizi onda iştirak etməyə çağırdı.

MARKUS

Yürüş keçirilən gün mən qatarla Koblenzə getdim. Qrüntaldan kimlərinsə oraya gələcəyinə şübhəm yox idi və şəhərin girəcəyində, şərtləşdirilmiş yerdə yığışanlar içərisində öz həmşəhərlilərimdən bəzilərini doğrudan da gördüm. Elə onlara tərəf yol almışdım ki, təsadüfən bir tanışıma rast gəldim.

- Markus! - deyə mən gənci səslədim.

O da məni tanıdı və ucadan:

- Ajas, - deyib üzərimə atıldı və məni qucaqladı.

Markusla, bu iyirmi beş yaşlı gənclə mən vaxtilə Koblenz universitetində keçirilən ədəbiyyat məşğələlərində tanış olmuşdum. Həmin vaxta qədər getdiyim ədəbi dərnəklərdə çox alman müəlliflərinin hekayə və şerləri əlimdən keçmişdi. Çoxu yeni mövzu axtarırdı, Şərqə, daha çox da Yaxın Şərqə meyl edirdi, amma tutarlı yazanlar çox az idi. Bir də ən təəssüf etməli olanı o idi ki, Almaniyanın problemlərindən, burada baş verənlərdən, demək olar ki, yazan yox idi. Universitetdəki ədəbi məşğələlərdə də bunun kimi. Amma Markusun bir dəfə burada təqdim etdiyi ruhən xəstə bir gəncin həyatından bəhs edən hekayəsi mənim çox xoşuma gəldi. Hekayəni müzakirə edəndə onun uğurlu alındığını dedim və bunu əsaslandırmağa çalışdım. Məşğələdən sonra Markus mənə yaxınlaşıb bu xoş sözlərə görə təşəkkür etdi, sonra da bir-birimizə email ünvanlarımızı verdik. O vaxtdan da mən onun xəbərlərini alanlardan biri oldum. Markus çox şey yazırdı; Almaniyadakı mədəni həyatla, öz fəaliyyəti ilə bağlı nə gəldi yazıb email ilə paylaşırdı. Bir dəfə də mənə təklif etdi ki, Koblenzdəki kafelərdən birində bərabər oxu keçirək: hərə bir hekayəsini oxusun. Mən razı oldum və həmin gün gözəl bir tədbir alındı. Kafe dolu idi: Markus tanıdıqlarının hamısı dəvət etmişdi yəqin. Həmin gün onun anası da orada idi. Mən Markusun anasının aktrisa olduğunu, Koblenzin teatrlarından birində işlədiyini onun özündən qabaqcadan eşitmişdim. Artıq cavanlıq dövrünü arxada qoymuş bu qadın həmin gün məndə ağır bir təəssürat oyatdı; onun sanki bütün daxili qurumuşdu, elə bil ki, bu qadın öz qəlbini, hisslərini kiməsə, ya nəyəsə qurban vermişdi.

Tədbirdən sonra qadın mənə yaxınlaşıb dedi:

- Sie haben gut gelesen, aber emotionslos (Siz yaxşı oxudunuz. Amma emosiyasız).

Mən heç nə deməyib eləcə gülümsədim və oradakılarla sağollaşıb getdim.

Bundan cəmisi bir neçə gün sonra Markusdan yeni bir email aldım:

“Markus heiratet, der alte Markus heiratet. Nehme alles als Hochzeitsgeschenk an: Autos, Bargeld, Gold, Diamanten!“ (Markus evlənir, qoca Markus evlənir. Toy hədiyyəsi kimi hər şeyi qəbul edirəm: avtomobillər, nağd pul, qızıl, brilyant).

Toyun keçiriləcəyi ünvan kimi Koblenzdə bir kafe göstərilmişdi. Mən bir şüşə qırmızı şərab alıb oraya yollandım. Toy məclisi bu xudmani kafedə xudmani də təşkil olunmuşdu: bir küncdə üç-dörd masanı birləşdirmişdilər, onların arxasında da on-on iki nəfər adam oturmuşdu. Əksərən də tələbə olduqları hiss olunurdu. Yadıma sovet dövrünün “komsomol toyları” düşdü. “Komsomol toyları” o vaxtlar qeyri-ənənəvi, daha çox da valideynlərin iradəsinə zidd olaraq keçirilən toylara deyirdilər. Bu toylarda da əsasən cavanlar iştirak edərdilər.

Markus asiyalı görkəmli gənc bir qızla yanaşı oturmuşdu; özü damalı təzə pencək geyinmiş, qalstuk taxmışdı, qızın isə əynində gəlinlik paltarı yox, adicə bir don idi. Mən onlara yaxınlaşan kimi Markus ayağa qalxıb əvvəlcə məni öz xanımına, xanımını da mənə təqdim etdi. Sonra da məni yanındakılara göstərib dedi:

- Ajas ist Schriftsteller aus Aserbaidschan, schreibt wunderbare Geschichten (Ayaz Azərbaycandan gəlmiş yazıçıdır, gözəl hekayələr yazır).

Sonra da qarşısında yer göstərib, əyləşməyimi xahiş etdi. Mən isə oturmazdan əvvəl gətirdiyim şərab şüşəsini Markusa verdim və xanımı ilə bahəm onun toyunu təbrik etdim. Markus gəldiyimdən çox məmnun olduğunu dedi, sonra da şərab şüşəsini məndən alıb onun üzərindəki yazıları diqqətlə nəzərdən keçirdi və (yəqin ki, zarafatla) məndən soruşdu:

- Ist das ein aserbaidschanischer Wein, eigentlich (Bu Azərbacan şərabıdırmı)?

- Nein, - dedim. - Das ist deutscher Wein. Aserbaidschan hat eigene Weine auch (Yox, bu alman şərabıdır. Azərbaycanın da öz şərabları var).

Oturanlar təəccüblə bir-birinə baxdılar. Neçəsi yerbəyerdən qayıtdı ki, bəs Azərbaycan müsəlman ölkəsidir, orada necə şərab ola bilər. Mən də bildirdim ki, ay canım, buna baxmayaraq Azərbaycanın qədim şərab ənənələri var. Azərbaycan orta əsrlər ədəbiyyatı şərabla xüsusən bağlıdır.

Yenə də çoxu başını buladı. Markus isə yəqin aradakı gərginliyi bir az zəiflətmək üçün dedi:

- Es gibt noch viele Länder auf dieser Welt, über diese wir noch kaum was wissen (Bu dünyada hələ çox ölkələr var ki, onların haqqında biz hələ heç nə bilmirik).

Sonra isə yenə də masa arxasında zarafatlar başladı. Gənclərdən biri mənim evli olub olmadığını soruşdu. Mən də dedim ki, heç vaxt evli olmamışam.

- Und haben Sie auch keine Freundin? – bunu bir gənc qız soruşdu.

Cavab verdim ki, rəfiqələrim olub, amma indi tək yaşayıram.

- Viele Schriftsteller denken, dass man nie heiraten sollte, wenn man Bücher schreiben will (Yazıçıların çoxu fikirləşir ki, kitab yazmaq istəyən gərək evlənməsin), - dedi Markus.

- Du schriebst doch selbst auch und heiratest du trotzdem (Sən özün də yazırsan, amma buna baxmayaraq evlənirsən), - dedi gənclərdən biri.

- Ich denke aber auch anders (Mən başqa cür düşünürəm), - Markus cavab verdi və xanımını qucaqlayıb öpdü. - Meine Sulima ist die Süßeste (Mənim Zulimam qızların ən şirinidir).

Bir az əvvəl bu qızın asiyalı yox, Perudan olduğunu öyrəndim. Zulima bayaqdan bəri sakitcə Markusun yanında oturmuşdu və öz heyranlıqla dolu nəzərlərini gələcək ərindən ayıra bilmirdi. Markus kifayət qədər bazburudlu idi: hündür, enlikürək, sarısaç, mavi gözlü belə bir gəncin əcnəbi qızın xoşuna gəlməsi təəccüblü deyildi. Amma alman qızlarının özünə qalanda onlar bu cür oğlanları sevməzlər, onların sino getdiyi cənub görkəmli gənclərdir, amma bir şərtlə ki, müsəlman, xüsusən də türk olmasınlar. Universitetə gedib-gəldiyim illərdə italyan, ispan, Cənubi Amerikadan gəlmiş gənclərin üstündə alman tələbə qızların az qala dava etdiyinin dəfələrlə şahidi olmuşdum.

Xudmani toy məclisimiz hələ xeyli davam etdi; Markus tez-tez zarafat edir, lətifə danışır, yeri gəldi-gəlmədi adaxlısını tərifləməkdən də qalmırdı. Zulima isə ona yönlənən suallara ancaq “hə”, “yox” deməklə cavab verir, ərini heyran baxışları ilə süzməkdə davam edirdi.

Məclis sona çatanda kafedən bir yerdə çıxdıq; Markus hamımızla gucaqlaşıb sağollaşdı, sonra təzətər arvadını da qoltuğuna vurub taksi dayanacağına getdi.

Üstündən üç ay keçmiş Markusa universitetdə rastladım: o mənə Zulima ilə artıq boşandığını dedi. İndi bundan da artıq bir ildən çox vaxt ötmüşdü.

Markus dedi ki, o da Ədalət partiyasının üzvüdür, yığıncaqlarda və nümayişlərdə fəal iştirak edir. Sonra da universitet tələbələri arasında hərəkat tərəfdarlarının getdikcə artmasından danışdı.

Yürüş başladı; biz şəhərdən keçərək Koblenzin mərkəzi meydanına doğru irəlilədik. Nümayiş iştirakçılarının çoxu əllərində şüarlar tutmuşdu, küçələrdən keçdikcə də hökumət əleyhinə çağırışlar, İraq müharibəsinin və Amerika siyasətinin əleyhinə şüarlar səslənirdi. Mərkəzi meydana çatanda burada artıq xeyli adam toplaşmış olduğunu gördük. Bir azdan yenə də artıq tanıdığım Linda adlı gənc qadın – Ədalət partiyasının Koblenz üzrə rəhbəri tribunaya qalxdı. Linda hamını salamlayaraq partiyanın getdikcə artmaqda olan nüfuzundan danışdı, amma bizləri qaragüruhdan qorunmağın mühümlüyü haqqında xəbərdar etməyi də unutmadı. Onun dediyinə görə bir çox siyasi qüvvələr Ədalət partiyasının artmaqda olan nüfuzundan qorxuya düşüb ona qarşı çirkli oyunlara başlamışdılar. Qadın bizləri möhkəm dayanmağa, təxribatlara uymamağa çağırandan sonra tribunada yerini növbəti natiqə verdi. Məlum oldu ki, təxminən əlli yaşlı bu kişi PDS - in (Demokratik sosializm partiyasının) nümayəndəsidir və nitqə başlayan kimi də o öz partiyası ilə Ədalət partiyasının arasındakı yaxınlaşmanın zirvəyə çatmasından danışdı. Axırda da dediyindən belə çıxdı ki, guya Lafonten ilə Gizi artıq hər iki partiyanı birləşdirməyə qərar veriblər. Meydanda onun bu sözlərinə reaksiya cürbəcür oldu; bəziləri onu alqışladılar, digərləri əksinə bu cür birləşməyə qarşı olduqlarını ərz etdilər. Mən bütün bu vaxt ərzində Markusla yanaşı dayanmışdım, mitinq bitəndən sonra da meydanı bir yerdə tərk etdik. Markus yolda mənə bildirdi ki, indi onun yeni rəfiqəsi var: dediyinə görə, haradasa ingilis dilindən dərs deyən bu qız nahara qayıtmalı, həm də yemək hazırlamalı idi. Qaldıqları mənzilin yaxında olduğunu deyən Markus məni nahara dəvət etdi, baxmayaraq ki, günortadan artıq xeyli keçmişdi. Mən razılıq verəndən sonra da rəfiqəsinə əl telefonundan zəng edib evə bir tanışı ilə bərabər qayıdacağını dedi.

Bu qızın da, özü Amerikada anadan olsa da, anası tailandlı, atası yamaykalı idi. O məni o qədər də gülərüzlə qarşılamadı: hiss olunurdu ki, gəlməyimə sən deyən də şad deyil. Markus bunları sanki görmürmüş kimi mənə rəfiqəsinin məziyyətlərindən danışdı, onun necə qabiliyyətli ev sahibəsi olduğunu dedi. Qız da sanki buna sübut kimi tez bişirdiyi spagettini və pomidor püresini çəkib masaya qoydu.

- Ah wieder Spaghetti! Das liebe ich am meisten (Ah yenə də spagetti! Ən çox sevdiyim yemək budur)!

Üçlükdə yemək yediyimiz vaxt Markus yenə də lətifələr, gülməli əhvalatlar danışıb bizi şənləndirməyə çalışdı. Mən ona qulaq asıb tez-tez gülürdüm, amma Markusun rəfiqəsinin sifətində bir dəfə də olsun təbəssüm peyda olmadı. Sonra da qız daha bizimlə qalmaq istəməyib o biri otağa keçdi. Markus mənə dedi ki, rəfiqəsi növbəti dərslərə hazırlaşmalıdır. Sonra yerindən qalxıb otağın ortasında qoyulmuş çox iri hantellərə yanaşdı; bunların hərəsi bəlkə də qırx kilo olardı. Markus onların hər ikisini asanlıqla yerdən qaldırıb məşq etməyə başladı. O hantelləri yerə qoyan kimi mən də onları qaldırmağa cəhd etdim. Amma neynədimsə, qaldıra bilmədim. Markus təvazökarlıqla:

- Man muss das üben (Bunu məşq etmək lazımdır), - dedi.

Mən artıq geriyə qayırtmaq istədiyimi deyəndə isə Markus mənə belə bir təklif etdi:

- Willst du ins Theater gehen? Meine Mutter gab mir zwei Eintrittskarten. Heute haben sie eine Premiere. Meine Freundin will nicht mitgehen (Teatra getmək istəyirsənmi? Anam mənə iki bilet verib. Bu gün onların bir ilk tamaşası var. Rəfiqəm getmək istəmir).

Mən buna sevindim və razılığımı bildirdim. Tamaşanın başlanmasına bir saat qalırdı. Biz Markusun mənzilini tərk edib teatra yol aldıq. Markus mənə yolda danışdı ki, anası otuz ildən artıqdır ki, bu teatrda işləyir. Onun da arzusu əvvəlcə aktyor olmaq imiş, amma sonra bu fikrindən daşınıb.

Teatr zalına girəndən sonra Markusla ön sırada yer tapıb oturduq. Bir azdan içəri ağzına kimi adamla doldu. Həmin günkü tamaşa nə isə bir məişət komediyası idi, yenə də kişi-qadın, ailə münasibətləri mərkəzdə dururdu. Sonda məlum oldu ki, kişinin kənarda bir məşuqəsi var. Bir gün bu məşuqə davam gətirməyib özü kişinin mənzilinə gəlir. Markusun anası ev sahibəsini oynayırdı: səhnədə də o çox yorğun və daxilən qurumuş kimi görünürdü, yeri gəldi-gəlmədi ərini yamanlayır, tez-tez də ucadan qışqırıb ağlayırdı. Sonuncu səhnədə peyda olan məşuqə əvvəlcə plaşa bürünüb ortaya çıxdı, sonra isə plaşı çıxarıb tək çimərlik paltarında o yan bu yana getməyə başladı. Uca boylu gənc qadının gözəl bədəni qocalmış ev sahibəsi ilə ziddiyyət təşkil edirdi: məndə belə bir təəssürat yarandı ki, gələnlərin hamısı teatrı yaddan çıxarıb bu gənc aktrisanın yarıçılpaq bədəninə tamaşa etməyə başladılar. Tamaşa isə belə bitdi: məşuqə aşnasının öz arvadı ilə necə qaba və saymazyana rəftar etdiyini görüb onunla münasibətlərini dayandırmağa qərar verdi və rəqibəsindən üzr istəyib getdi. Əri də diz çöküb arvada yalvardı ki, heç olmasa o kişini tərk etməsin. Qadın da hansı şərtlər daxilində onunla qalacağını deyəndən sonra tamaşa bitdi. Tamaşaçılar bəlkə düz yarım saat çəpik çaldılar, bununla aktyorları dəfələrlə yenidən səhnəyə çıxmağa vadar etdilər.

Mən isə teatrı çox məyus tərk etdim: bir yandan belə zəif bir pyesin niyə səhnələşdirilməli olduğunu başa düşə bilmirdim, o biri yandan isə alman teatrının tənəzzülə uğramaqda olduğunun bir daha şahidi olduğum fikrində idim. Foyeyə çıxanda tamaşanın afişalarına, bukletlərə diqqət etdim: hər yerdə yarıçılpaq aktrisa ön planda verilmişdi. Deməli tamaşaçılar cəzb edən də ilk növbədə bu çılpaqlıq idi.

Teatrdan çıxandan sonra Markus yenə evə getdi, mən isə qatarla Qrüntala qayıtdım.

Birləşmiş partiya

Partiyanın növbəti yığıncağı çox gərgin keçdi. Simon Lafontenin Gizi ilə birləşmək haqqında apardığı danışıqları böyük yanlışlıq adlandırdı və bunun baş tutacağı təqdirdə hərəkatın iflasa uğrayacağını bildirdi: çünki onun dediyinə görə bundan sonra çox adam daha burada qalmaq istəməyəcəkdi. Qünter də onun dediklərinə qüvvət verib Lafontenin bu hərəkətindən sonradan peşman olacağını dedi:

- Was ist PDS? Das sind die Stasis, die die Leute in der ehemaligen DDR folterten. Ich will nicht mit denen zur gleichen Partei gehören (PDS (Demokratik Sosializm partiyası) nədir? Bu həmin ştazilərdir ki (təhlükəsizlik orqanlarının əməkdaşları), keçmiş ADR-də insanlara işgəncə verirdilər. Mən onlarla eyni partiyaya aid olmaq istəmirəm).

Yenə yerbəyerdən cürbəcür fikirlər səsləndi: bəziləri bu birləşmədə qeyri-adi heç nə görməsələr də, çoxluq bunun əleyhinə idi.

Sonuncu yığıncaqdan bir neçə gün keçmiş alman mətbuatı və televiziyası bar-bar bağırmağa başladı: Lafonten Gizi ilə bir yerdə yeni partiya yaratdı! Yeni partiya eləcə “Sollar” adlanacaq.

Mən Ədalət partiyasının üzvü deyildim, amma bu partiyanın yerli özəyinin yaranmasında həvəslə iştirak edənlərdən biri idim. Növbəti yığıncaq və tədbirlər haqqında məlumatı bizə özəyin rəhbəri Simon özü emeyl ilə göndərirdi. Amma mətbuatın bu hay-küyündən sonra daha Simondan heç bir məlumat almadım. O çox güman ki, yeni partiyada təmsil olunmaq istəmirdi. Az sonra təsadüfən Simona qatarda rast gəldim. O bunu təsdiq edib dedi ki, heç bir halda keçmiş kommunistlərlə bir partiyada olmaq istəmir. Özü isə yenidən SPD - yə qayıdıb və indi onun sol qanadına aiddir.

Simondan eşitdiklərim məni çox məyus etdi. Ümid edirdim ki, Ədalət partiyası vasitəsi ilə alman cəmiyyətinin bir çox problemlərinə, o cümlədən əcnəbilərin gettodakı ağır güzəranına işıq gətirmək olacaq. Simonla müzakirə etdiyimiz gettoları yeni partiyanın adından ziyarət etmək təşəbbüsü də bununla sıradan çıxdı. Ədalət partiyası daha yox idi. Yerində isə keçmiş sosializm ideyalarına əsaslanan yeni bir partiya yaranmışdı. Bunu Simon mənə belə izah etdi:

- Sie sind sehr radikal geworden. Sie denken, dass sie alles wie in der DDR wieder sozialistisch machen und unter die Kontrolle der Stasis bringen können. Das wird aber nicht funktionieren (Onlar çox radikallaşdılar. Onlar fikirləşirlər ki, hər şeyi keçmiş ADR-dəki kimi sosialistləşdirə və ştazilərin nəzarəti altına keçirə biləcəklər. Bu amma işləməyəcək).

Simon o biri yandan mənə Sosial Demokratlar Partiyasında sol qanadın getdikcə güclənəcəyindən danışdı və məni də SPD - yə üzv olmağa çağırdı. Mənsə dedim ki, mən yazıçı babayam və heç bir partiyaya üzv olmaq fikrim yoxdur. Hansısa bir partiyanın işində, bir hərəkatda mən ancaq müşahidəçi kimi iştirak edə bilərəm.

Həmin günün axşamı Qünterə zəng vurdum və onunla görüşüb söhbət etmək istədiyimi bildirdim. Qrüntalın mərkəzindəki kafelərdən birində görüşməyi şərtləşdik.

Burası mənim ən çox sevdiyim kafe idi. Bu kafedə növbə ilə iki bacı ofisiant işləyirdi. Düzü, gəncliyimdə sarışın qızlardan daha çox xoşlansam da, Almaniyada bir müddət yaşayandan sonra onlara marağım, demək olar ki, söndü. Birinci ona görə ki, burada onların əksəriyyətinin saçlarını sadəcə rənglədiyini müşahidə etdim. O biri tərəfdən isə alman qadınlarının həqiqi gözəlliyinin nədə olduğunu başa düşəndən sonra daha sarı saçlılar məni o qədər də cəzb etmirdi. Bu hər iki bacının tünd rəngli saçları, qonur gözləri vardı, ağ, azacıq çilə səpmiş sifətləri, gözəl qamətləri məni valeh edərdi. Bir-birinə də çox bənzəyən bacıları çox vaxt seçə bilməzdim. Bir dəfə isə soruşanda ki, onlar əkizdirlərmi, yox cavabı aldım və öyrəndim ki, aralarında iki yaş fərq var.

Həmin gün kafedə bizə qulluq edən bacılardan birinə diqqətlə baxdığımı sezən Qünter qəflətən məndən soruşdu:

- Kennst du diese (Tanıyırsan bunu)?

Cavab verdim ki, tanımıram və tez də söhbəti dəyişib həmsöhbətimi birləşmiş partiya haqqında müzakirəyə cəlb etdim. Qünter də partiyadan çıxdığını, yeni Sollar partiyası ilə heç bir münasibət qurmaq fikrində olmadığını dedi.

- Wie soll es aber weiter gehen? Soll man nicht mehr um die Gerechtigkeit in der Gesellschaft kämpfen (Bəs bundan sonra necə olmalıdır. Cəmiyyətdə ədalət uğrunda daha mübarizə aparmaq lazım deyil)? – deyə soruşdum.

- Jetzt werden die Linken die führende Kraft sein in der linken Front. Sie werden aber nichts erreichen und sehr Vieles nur kaputt machen. Die Bewegung um die Gerechtigkeit in Deutschland gestört. Wer das getan hat, weiß ich auch nicht (İndi sol cəbhədə Sollar aparıcı qüvvə olacaqlar. Onlar amma heç nəyə nail ola bilməyəcəklər və çox şeyi məhv edəcəklər. Almaniyada ədalət uğrunda mübarizənin qarşısı alındı. Bunu kimin etdiyini mən də bilmirəm), - Qünteri izahatı da uzun olmadı.

Mən Qünterə 1980-ci illərin sonunda keçmiş Sovet İttifaqında ədalət və demokratiya uğrunda başlanmış hərəkata kənardan bəzi qüvvələrin yerləşdirilməsindən və onların da mübarizənin istiqamətini başqa səmtə yönəltməsindən danışdım.

- Ja es scheint auch hier so zu sein: die Menschen haben eine Bewegung angefangen um etwas in ihrem Leben zu ändern. Das wird aber nun von anderen ausgenutzt um eigene Ziele zu erreichen (Hə, görünür burada da elə olacaq: insanlar hərəkat başladılar ki, öz həyatlarında nəyisə dəyişdirsinlər. Bu indi başqaları tərəfindən sui-istifadə olunacaq, öz məqsədlərinə çatmaq üçün).

Qünter bundan sonra da keçmiş kommunistlərin qarasına çox deyindi, onların hərəkatı məhv etdiyini dedi və yenə də ərz etdi ki, o bu hərəkatla heç bir ünsiyyətdə olmaq istəmir.

Qünterdən ayrılandan sonra evə qanıqara gəldim. Belə çıxırdı ki, hərəkatın başlanması ilə məndə yaranmış ümidlərin hamısı indi doğrudan da puç olmuşdu. Elə yatağa girmək istəyirdim ki, telefon zəng etdi. Hans idi, əhvalımı xəbər alandan sonra, niyə daha baş verənlərlə maraqlanmadığımı soruşub məndən gileyləndi.

- Wie haben jetzt völlig andere Situation (Bizdə indi tamam başqa vəziyyətdir), - dedi mənə. – Da nach der Vereinigung wir viele Austritte hatten, konnte man in Grüntal keine Parteifiliale mehr haben. Jetzt haben wir die Filiale der Partei in Koblenz, alle Parteiversammlungen finden auch dort statt (Birləşmədən sonra bizi çoxları tərk etdiyinə görə daha Qrüntalda partiya filialı saxlamaq mümkün olmadı. İndi partiyanın filialı Koblenzdədir, bütün yığıncaqlar da orada baş tutur).

Sonra da Hans məni görüş üçün evinə dəvət etdi.

Hans anası ilə bahəm kiçik bir evdə qalırdı. Anası - bu çox danışmayan, sakit bir qadın idi - bir otaqda yerbəyer olandan sona bizə qəhvə gətirdi və sonra yenə də ev işləri ilə məşğul olmağa davam etdi. Oturduğumuz otaqda xeyli sayda böyüdülmüş şəkillər asılmışdı. Hans mənə dedi ki, bu vaxtilə mənə haqqında danışmış olduğu həmin nənəsinin şəkilləridir. Nənəsi sosial demokrat olduğuna və nasional sosialist rejiminə müqavimət göstərdiyinə görə konslagerdə dustaq kimi qalanda da şəkillər çəkdirmişdi, çox vaxt da başqa dustaq qadınlarla bir yerdə. Zolaqlı dustaq paltarındakı bir neçə arıq, sısqa, üzülmüş qadının gözlərində ifadə olunmuş dəhşət canıma yenə də üşütmə saldı. Lap kiçik yaşlarımda ilk gördüyüm film sovet-alman müharibəsi haqqında olan bir rus filmi idi. Sovet təbliğatının beynimizə yeritdiyi dəhşət səhnələri bu filmdə də bol idi. Alman əsgərlərinin işğal olunmuş torpaqlarda körpələri havaya atıb süngüyə keçirməsi haqqında səhnə beş yaşımda mənə çox təsir etmişdi. Bu doğru ya gerçək idimi, bilmirəm, amma o səhnə mənim uşaq qəlbimi sarsıtmışdı, onun dərinliyində özünə yuva qurmuşdu.

Hans mənim şəkillərə diqqətlə baxdığımı görüb dedi ki, istəyirəmsə, o mənə nənəsi haqqında daha ətraflı danışa bilər.

- Nein, - dedim. – Vielleicht ein anderes Mal. Jetzt erzähl mir besser etwas von der neuen Parteifiliale in Koblenz (Yox. Bəlkə başqa vaxt. Yaxşısı budur mənə Koblenzdəki partiya filialından danışasan).

Hans dedi ki, Koblenz partiya filialı fəaliyyətinə uğurla başlayıb, xeyli yeni üzvü var, fəhlələr və tələbələr arasında getdikcə daha çox populyarlaşır. Partiya filialının rəhbəri isə yenə də həmin Linda adlı qadındır və mənə bir neçə gündən sonra orada axşam bir yığıncaq olacağını deyib, ünvanı da verdi.

Çox götür-qoy edəndən sonra deyilən gün Koblenzə getməyə qərar verdim. Yeni partiya filialının bir neçə otaqdan və bir zaldan ibarət ayrıca qərargahı var idi. O axşam yığıncaq da onun zalında keçirdi. Hələ yığıncaq başa çatmamış Hans məni Lindaya təqdim etdi:

- Das ist Ayaz Safarov, Schriftsteller. Selbst stammt aus Aserbaidschan (Bu Ayaz Səfərovdur, yazıçı. Özü əslən Azərbaycandandır).

Linda xoş təbəssümlə məni salamladı və yığıncaqdan sonra mənimlə ayrıca söhbət etmək arzusunda olduğunu dedi. Sonra isə yenə də partiyada görülməli olan işlərdən danışdı. Əsas məsələ qarşıdan gələn torpaq parlament seçkilərinə hazırlaşmaq idi. Koblenz şəhəri Rheinland Pfalz deyilən torpağa aid idi, Linda ümid edirdi ki, Sollar partiyası bu torpağın parlamentində bir neçə deputat mandatı qazana biləcək.

Mən içəridə oturanlara fikir verdim, onların çıxışlarına, sondakı müzakirələrə qulaq asdım: bəzilərinin keçmiş kommunist fikirləri ilə bağlı olduğu dərhal sezilirdi, amma qeyri-marksist, qeyri-sovet tərzində düşünənlər də var idi. Bəziləri isə aşkar anarxizm mövqeyində dayanır, heç bir hakimiyyəti, heç bir siyasi platformanı qəbul etmək istəmirdilər. Hansın mövqeyi qeyri-müəyyən idi: o bilmirdi ki, hansı daxili qrupa meyl etsin və hələ sanki nəyisə gözləyirdi. Linda daha çox kompromis yaratmağa çalışır, bununla bir növ yeni partiyanın filialını parçalanmaqdan qorumaq istəyirdi. Məndə yaranan təsəvvürə görə yeni partiyanın filialında gənc oğlan və qızlar xüsusi çəkiyə malik idilər. Onların çoxu tələbə idi, çıxışlarında çılğınlıq göstərir, daha sərt, daha kəskin tələblər irəli sürürdülər.

Yığıncaqdan sonra Linda mənə yaxınlaşıb əlimi sıxdı:

- Das ist gut, dass so jemand wie Sie zu uns kommt. Sie sind jemand von der sozialistischen Praxis. Wir können bei Ihnen viel lernen (Sizin kimi adamın burada olması çox yaxşıdır. Siz sosialist təcrübə keçibsiniz. Biz Sizdən çox şey öyrənə bilərik).

Mən heç nə deməyib eləcə gülümsədim. Bu xanım bilsəydi ki, mənim gəncliyim sosializmə, sovet rejiminə qarşı mübarizədə keçib, onda nə deyərdi görəsən? Mənə ümid verən bu oldu ki, bu yeni partiya filialında da azadlıq uğrunda mübarizəni sosializmlə bağlamayan adamlar var idi. Mən başa düşdüm ki, bir azdan sonra partiya daxilində sosialist və qeyri-sosialist azadlıq tərəfdarları arasında mübarizə başlanacaq.

Bununla belə xudafizləşməzdən əvvəl öz kartımı Lindaya verdim.

Evə qayıdandan iki gün sonra Lindadan ilk emeyl gəldi. Bu əslində dairəvi emeyl idi, yəni partiya üzvləri və onun işi ilə maraqlanalar üçün yazılmış ümumi emeyl. Linda burada ötən tədbirdə müzakirə edilən mövzular haqqında geniş məlumat verir, həm də partiyanın yeni yığıncağının nə vaxt və harada olacağını, Koblenzdə iki həftə sonraya təyin edilmiş nümayişin zaman və məkanını bildirirdi. Məni təəccübləndirən bu oldu ki, bu məlumatın göndərildiyi bütün emeyl ünvanları açıq verilmişdi, yəni onların hamısı açıq görünürdü. Adətən bu cür emeylin göndərildiyi ünvanları gizli tuturdular, xüsusən də bu partiyanın adından ola. Bir az keçmiş Lindadan daha bir dairəvi emeyl gəldi; bu dəfə heç bir emeyl ünvanı görünmürdü. Linda indi sadəcə bundan əvvəlki emeyldə ünvanların açıq verilməsinə görə üzr istəyir, bunu təsadüfən baş vermiş texniki bir xəta kimi izah edirdi.

Əcnəbilər Yan şurası

Sabahısı gün isə şəhər bələdiyyəsindən məktub gəldi; burada bələdiyyə rəisinin əcnəbilər üçün Qrüntalda məşvərət yerinin yaradılması ilə bağlı bizi bir həftədən sonra qəbul edəcəyi bildirilirdi.

Həmin axşam yenə də bələdiyyə idarəsinin qarşısına toplaşdıq. Yenə də bağça tərbiyəsi, ibtidai sinif müəlliməsi burada olsalar da, nə Miqrasiya xidmətindən Ştefan Vimer yox idi, nə də keşişlər. Əvəzində bu dəfə bığlı sadə bir türk də gəlmişdi. Məlum oldu ki, bu adam Koblenzdə Əcnəbilər Yan şurasının sədridir. O tək deyildi, islamçıların son onilliklərdə “icad etdiyi” topuğa qədər uzun xələt geyinmiş, başını da yeni “icad edilmiş” şəkildə yaylıqla bağlamış xanımı da yanında idi. Əcnəbilər Yan şurası bizim bölgənin parlamentinin tərkibində idi. Parlamentə ancaq Almaniya, ya Avropa Birliyi ölkələrindən birinin vətəndaşı olanlar seçilə bilərdi deyə burada yaşayan əcnəbilər üçün bu Yan şura təsis edilmişdi. Bununla belə Əcnəbilər Yan şurası ayrıca fəaliyyət göstərir, parlamentin işinə qarışmırdı. Mən əvvəllər başqa yerlərdə də Əcnəbilər Yan şurası ilə qarşılaşmışdım. Məndə belə bir təsəvvür yaranmışdı ki, bu əslində heç bir fəaliyyəti olmayan bir qurumdur. İndi qatı dindar, almanların dediyi kimi “islamist” bir türkün öz xanımı ilə birgə bölgənin Yabançılar Yan şurasına rəhbərlik etməsi də əslində bu qurumun simvolik xarakter daşıdığını göstərirdi. Yəni guya ki, insan hüquqları, demokratiyanın təntənəsini bir daha göstərmək üçün belə bir yalançı qurum yaradılmış, o da “islamistlərin”, yəni mövhumatçı islamçıların ixtiyarına verilmişdi. Hökumətin bunda uduşunu isə mən özüm üçün belə müəyyən etmişdim: belə bir yalançı qurum avam qatı dindarların əli ilə müsəlman mühacirlərini nəzarət altında saxlamağa imkan verir, müsəlmanların bu ölkədə onlara qarşı olan haqsızlıqlara edə biləcəyi protesti yox səviyyəsinə endirirdi. Əcnəbilər Yan şurasına həmişə müsəlmanlar, əsasən də türk dindarları rəhbərlik edərdilər. Bununla onlar bir növ cami əhli ilə hökumət arasında nəzarət məntəqəsi rolunu öz üzərlərinə götürürdülər. Bu “şuranın” işi isə üç ayda, beş ayda bir yığıncaq keçirib, çay içə-içə islamın üstünlüklərindən dəm vurmaq idi. Guya siyasi bir qurum olan Əcnəbilər Yan şurası bununla işini bitmiş hesab edirdi.

İndi belə bir qurumun mənim Miqrasiya xidməti ilə bərabər yaratmaq istədiyim məşvərət yerinə nə qədər uyğun gəlməsi fikri məni narahat etməyə başladı. Axı burada məqsəd nə idi? Nəyə görə burada əcnəbilər üçün sərbəst bir məşvərət yerinin yaradılmasını istəmirdilər görəsən? Yox, belə olarsa, mən bu işdən imtina etməli olacam.

Bir saatdan artıq vətəndaşların qəbulu otağının qarşısında gözləyəndən sonra bələdiyyə idarəsinin bir qadın işçisi gəlib bildirdi ki, rəis bu gün gələ bilməyəcək, çünki ayrı bir işlə bağlı başqa şəhərə gedib. Yeni görüşün vaxtı isə bizə yenə də məktubla bildiriləcək.

Suyumuz süzülə-süzülə bələdiyyə idarəsini tərk etdik. Mən bir yandan dilxor olsam da, o biri yandan buna bir növ sevinirdim: deməli sərbəst məşvərət yeri yaratmaq bir əfsanə imiş, məni Əcnəbilər Yan şurasının nəzarətinə vermək istəyirlərmiş. Yox, keçəl suya getməz! Bələdiyyə rəisinin görüşə gəlməməsi də bir daha onun bu məsələyə necə barmaqarası baxdığını göstərirdi.

Sabahı gün Miqrasiya xidmətinə zəng edib yenidən Ştefan Vimer ilə danışdım. Dünən bələdiyyə rəisinin görüşə gəlmədiyini deyib bu işdən gözümün su içmədiyini və onu davam etdirmək fikrindən vaz keçdiyimi ərz etdim. Dediklərim Vimeri təəccübləndirdi, o mənə bu haqda bir az da fikirləşməyi təklif etdi. Mənim isə qərarım artıq qəti idi: mən şəhər üçün, əcnəbilər üçün iş görmək istəyirəm, özü də könüllü, pulsuz, şəhər isə buna barmaqarası baxır və bunun hansısa qurumların nəzarəti ilə həyata keçirilməsini istəyir. Bu cür yanaşma isə məni qətiyyən qane etmir. Vimer mənim gətirdiyim dəlilləri sakitcə dinlədi, sonra da bu işin baş tutmamasına təəssüf etdiyini bildirdi, amma sonda mənə yenə də uğurlar arzuladı.

“Didro” klubu

Bir dəfə isə Lindadan gələn bir emeyldə bir neçə gündən sonra Frankfurtun “Didro” klubunda antifaşistlərin yığıncağı keçiriləcəyi bildirilirdi. Məni burada ən çox maraqlandıran “antifaşist” sözü oldu. Bunun nə demək olduğunu, bu gün onların kimə “faşist” dediyini bilmək istəyirdim.

Frankfurt Koblenzdən əks istiqamətdə, Qrüntaldan yetmiş kilometr aralıda yerləşirdi. Həmin axşam mən “Didro” klubuna da ilk baş çəkdim. Aşağı, yəni klubun birinci mərtəbəsi kafe idi, tədbirin harada olacağını soruşanda mənə yuxarını göstərdilər. İkinci mərtəbədəki otaqda da mənə üçüncü mərtəbəyə qalxmalı olduğumu dedilər. Buradakı otaqda isə on nəfərə yaxın adam yığışmış olduğunu gördüm; bunlardan tək ikisi yaşlı kişi, yerdə qalanları isə gənc oğlan və qızlar idi.

Mən salam verib içəri keçəndən sonra lap başda oturmuş kişi mənə yanında yer göstərdi və əl verib özünü təqdim etdi:

- Wir duzen hier unter uns. Ich heiße Bernd und wie heißt du (Biz burada üz aramızda bir-birimizə „sən“ deə müraciət edirik. Mənim adım Bernddir, bəs sənin adın nədir)?

- Und ich bin Ajas (Mən isə Ayazam), – deyə cavab verdim.

- Und woher kommst du (Bəs özün haralısan)? – bunu gənclərdən biri soruşdu.

- Aus Aserbaidschan (Azərbaycandan).

- Aus Aserbaidschan (Azərbaycandan)? – Bernd sevincək soruşdu, sonra da üzünü içəridəkilərə tutub məlumat verməyi lazım bildi: - Aserbaidschan war eine der fünfzehn Republiken der Sowjetunion. Hauptstadt ist Baku. Baku ist eine bekannte Stadt und viel größer als Frankfurt (Azərbaycan Sovet İttifaqının on beş respublikasından biri idi. Paytaxtı da Bakıdır. Bakı tanınmış şəhərdir və Frankfurtdan da xeyli böyükdür).

Mən oturandan sonra isə Bernd mənə söhbətin nədən getdiyini başa saldı. Dediyinə görə Almaniyada yenidən sağ radikal elementlər fəallaşmış, onların tərəfdarlarının sayı çoxalmışdı. Özünə qısa “Antifa” deyən antifaşist qüvvələri isə onların qarşısını almaq üçün tədbirlər keçirir. Antifa bütün dünyada tərəfdarları olan bir qurumdur, Almaniyada bu hərəkatın mərkəzi Berlindir, Frankfurt isə onun bölgə mərkəzidir.

Bundan sonra müzakirə davam etdi. Gənclərdən bir neçəsi dalbadal çıxış edib, “nazi” (natsi) dedikləri sağ radikalların harada və nə vaxt tədbir keçirəcəklərindən danışdılar. Birinci növbədə, gənclərin dediyinə görə, “nazilərin” küçə yürüşlərinin, nümayişlərinin, açıq mitinqlərinin qarşısı alınmalıydı. Həm də anti-demo (əks-nümayiş) tədbirləri hazırlanmalı və həyata keçirilməliydi. Mən də burada deyilənlərə öz fikrimi bildirmək istədim; dedim ki, bu qatı millətçilikdə təkcə gəncləri günahlandırmaq doğru deyil. Çox vaxt onların arxasında böyüklər dayanır, baxmayaraq ki, nümayişə ancaq gənclər çıxır. Məhz böyüklərin rolu da çox vaxt nəzərdən qaçırılır. Buna görə radikal-millətçi gənclərə qarşı aparılan mübarizə də çox vaxt istənilən nəticəni vermir. Bernd mənim müşahidə və mülahizələrimin maraqlı olduğunu dedi, onlarla qismən razı olduğunu bildirib yenə də harada və vaxt anti-nazi tədbirlərinin keçiriləcəyindən danışdı.

Tədbir başa çatandan sonra Berndin təşəbbüsü illə vizit kartlarımızı dəyişdik. Bernd mənə “Didro” klubunda keçiriləcək digər tədbirlərlə bağlı da dəvət göndərəcəyini bildirib, sonra da dedi ki, məni burada yenidən görməyinə çox sevinəcək. O biri yaşlı adam da mənə yaxınlaşıb adının Aksel olduğunu dedi və mənə öz vizit kartını verdi. Aksel Bernddən daha yaşlı görünürdü: Berndə altmış beş yaş vermək olardısa, Akselə yetmiş yaş vermək olardı. Bernd işi olduğunu deyib gedəndən sonra Aksel məni klubun kafesində qəhvə içməyə dəvət etdi.

Kafe böyük idi, içərisi də adamla dolu idi. Bir çox masaların arxasında qızğın mübahisələr gedirdi. Biz Aksel ilə boş masa tapıb oturandan sonra qoca mənə öz həyatından danışdı. O köhnə frankfurtlu idi, altmışıncı illərdə Frankfurt universitetində Adornonun mühazirələrinə qulaq asmışdı. O, universitetə getdiyi illərdə, 1968-ci ildə başlanan tələbə hərəkatında iştirak etmişdi, Berndlə bərabər. Həmin vaxtlarda onu sosiologiya üzrə ixtisaslaşan Frankfurt məktəbinin nümayəndələri özünə çox cəlb edirmiş: Adornodan başqa Fromdan da çox oxuyurmuş. Onu tələbə hərəkatının qoynuna atan da bu olub.

- Bernd hat 1968, als die Studentenbewegung begann, gerade angefangen zu studieren, ich war aber schon am Ende des Studiums (Bernd 1968-ci ildə tələbə hərəkatı başlayanda universitetə yenicə qəbul olmuşdu, mən isə, demək olar ki, onda təhsilimi başa vurmaq üzrə idim).

Aksel sonra dedi ki, tələbə hərəkatının iştirakçılarının çoxu o zaman sovet sosializminə rəğbəti olanlar idi. O özü isə sosializmi kapitalizmdən üstün tutsa da, Fromun kitablarınn təsirilə sovet sosializminin həqiqi sosializm olmadığı qənaətində imiş və buna tənqidi yanaşırmış. Hərəkatın gedişində isə əmin olur ki, heç bir hakimiyyəti qəbul etmək istəmir. Çünki insan azadlığı ilə hakimiyyət arasında əzəldən bir ziddiyyət mövcud olduğu qənaətinə gəlir. Kapitalist siyasəti liberallıq adı altında sözdə insanı azad elan edir, əslində isə bu illuziyanı yaratmaqla insanı özünə tabe edir. Sosializm cəmiyyəti isə guya insanı digər insanın istismarından xilas etmək şüarı altında onu dövlətin istismarına məhkum edir. Aksel dediyinə görə o bunları hələ 1968-ci ildə, tələbə hərəkatının gedişində başa düşmüş və onda anarxizmə meyl yaranmışdı. Anarxizm isə o vaxt tələbə hərəkatının daxilində yaranmış qruplaşmalardan birinə çevrilir. Beləliklə bəziləri o vaxt tamamilə Sovet İttifaqının tərəfdarı olurlar, Bernd kimi, bir qisim Aksel kimi anarxizmə gəlib çıxır, başqa bir qrup isə terror yolunu seçir. Həmin RAF dedikləri ”Qızıl Ordu terror fraksiyası”, Akselin dediyinə görə, əslində bütün hərəkata zərbə endirmişdi. Onlar terror ilə nəyə çatdılar, yaxşı? Heç nəyə. Ancaq hakimiyyətin əlinə Almaniyada antikapitalist hərəkatını məhv etmək üçün bəhanə verdilər.

- Club Diderot haben damals auch wir die Anarchisten gegründet. Warum haben wir den Club so genannt? Diderot war ein Enzyklopädist aus Frankreich im 18. Jh. Er hat das erste Mal die englischen Enzyklopädien aus dem 17. Jh. ins Französische übersetzt, dann hat diese auch viel erweitert. Wir wollten damit sagen, Leute, ihr müsst die nötigen Wissen erlangen, bevor ihr irgendwelche Theorie unterstützt. Denn jemand, der genug Wissen hat, wird niemals für den Kapitalismus und niemals auch für den Sozialismus sein. Jemand, der genug Wissen über den Mensch, das Leben, Natur und Gesellschaft hat, wird sich nach Selbsterkenntnis und dadurch nach Freiheit streben. Unsre Richtung war anarchistische Aufklärung eher. Dafür haben wir auch den Club gegründet: um diese Ideen zu propagieren. Anfang der 1970er war das schon zu einem Anarchisten Club entwickelt. Dann kamen aber Bernd und seine Freunde und fingen an, hier die sozialistischen Ideen zu propagieren. Es kam immer öfter zu Diskussionen unter uns, wir Anarchisten waren aber weniger als diese und sie bekamen noch immer weitere Anhänger, bis sie uns einmal aus dem Club verdrängt hatten. Seitdem ist der Club in der Hand der Sozialismus-Anhänger, obwohl er weiterhin Diderot heißt.

(“Didro” klubunu da o vaxt biz anarxistlər yaratmışdıq. Klub niyə belə adlandırdıq? Didro XVIII əsrdə Fransada yaşamış bir ensiklopediyaçı olub. O ilk dəfə olaraq XVII əsrin ingilis ensiklopediyalarını fransız dilinə tərcümə edib və onları daha da genişləndirib. Biz bununla demək istəyirdik ki, insanlar, hər hansı bir nəzəriyyəni müdafiə etməkdən əvvəl sizə lazımi bilikləri əldə etmək lazımdır. Çünki kifayət qədər biliyi olan bir kəs heç vaxt nə kapitalizmi, nə də sosializmi müdafiə etməyəcək. Kimin ki insan, həyat, təbiət və cəmiyyət haqqında kifayət qədər bilikləri var, o özünü dərk etməyə və bunun üzərindən də azadlığa meyl edəcəkdir. Bizim istiqamətimiz bu mənada daha çox maarifçi anarxizm idi. Elə buna görə də klubu yaratmışdıq: bu ideyaları təbliğ etmək üçün. 1970-ci illərin əvvəllərində bu artıq anarxistlər klubuna çevrilmişdi. Amma sonra Bernd və onun dostları gəldilər və burada sosialist ideyalarını təbliğ etməyə başladılar. Aramızda tez-tez mübahisələr olurdu, biz anarxistlər amma onlardan az idik, həm də sosialistlərin tərəfdarlarının sayı getdikcə artırdı. Nəhayət onlar bir gün bizi klubdan sıxışdırıb çıxardılar. O vaxtdan klub sosializm tərəfdarlarının əlindədir, baxmayaraq ki, yenə də “Didro” adlanır).

- Wie sind eure Beziehungen mit Bernd heute (Berndlə bu gün münasibətləriniz necədir)? – deyə soruşdum.

- Wir waren immer Freunde und bleiben auch Freunde. Aber in den ideologischen Fragen gibt niemand nach (Biz həmişə dost olmuşuq, indi də dostuq, amma ideoloji məsələlərdə, bir-birimizə güzəştə getmirik).

Qocanın söhbəti məni çox mütəəssir etmişdi; mən ona həvəslə qulaq asırdım, birdən yadıma Qünter düşdü. Onun dediklərində Akselin fikirləri ilə üst-üstə düşən nə qədər məqamlar var idi! Qocadan Qrüntaldan Qünter adlı bir adamı tanıyıb-tanımadığını soruşdum. Aksel məndən həmin adamın necə görünüşü olduğunu soruşdu, mən də həmşəhərlimi həvəslə təsvir etdim, onun bəzi fikirləri, mülahizələri haqqında qısa danışdım.

- Ah Günter! Günter! Ja natürlich kenne ich ihn! Ich wusste nur nicht, dass er jetzt in Grüntal lebt (Ah Qünter! Qünter! Əlbəttə mən onu tanıyıram. Amma indi Qrüntalda yaşadığın bilmirdim).

Sonra da nəql etdi ki, bəs Qünter də həmin illərdə onlarla bərabər tələbə hərəkatında iştirak edib, maarifçi anarxist ideyalarının tərəfdarı, “Didro” klubunu yaradanlardan biri olub. O vaxt Berndin dəstəsinin onları klubdan çıxarması Qünterə necə təsir edibsə o Frankfurtdan baş götürüb gedib. O vaxtdan da Aksel onu görməyibmiş, harada olduğunu da bilmirmiş. Bundan sonra hər ikimiz bir müddət susduq. Aksel fikrə daldı; çox güman ki, o həmin mübarizə dolu illəri xatırlayırdı.

Mən isə bir az fasilə verəndən sonra Akseldən bu dəfə tamam başqa bir şey soruşdum: o gettoları qrup kimi ziyarət etməyin təşkilinə kömək edə bilərmi? Aksel də bu məsələni Bernd ilə müzakirə etməyin daha münasib olduğunu bildirdi. Dedi ki, Bernd Sollar partiyasının bölgə rəhbərliyində olmasa da, partiyanın fəallarındandır, partiya yığıncaq və tədbirlərinin çoxunu o aparır. Rəhbərlikdə olanların əksəriyyəti isə onun köhnə dostlarıdır. Mən bu partiyanın üzvü olmadığımı deyəndə isə Aksel onun özünün də Sollar partiyasının üzvü olmaq fikrinə heç vaxt düşməyəcəyini bəyan etdi. Amma bununla belə o bu partiyanın tədbirlərində müşahidəçi kimi çox vaxt iştirak edir. Bu gün Sollar partiyası yeganə etiraz partiyasıdır, istər-istəməz bununla hesablaşmalı olursan. Mən də dedim ki, Solların gələn tədbirinə gedib bu məsələni orada qaldıracam.

Beləliklə Sollar partiyasının bölgə filialı indi Frankfurtda idi, yerli filialı isə Koblenzdə. Mən həm Koblenzdə, həm də Frankfurtda keçirilən tədbirlərə emeyl ilə dəvət alırdım. Lindadan gələn emeyllərin göndəriş ünvanları yenə də aradabir açıq verilirdi. Linda hər dəfə üzr istəyir, bunun texnikli xəta kimi baş verdiyini yazırdı. Amma Bernddən gələn emeyllər həmişə qapalı olurdu, yəni bunun kimlərə ünvanlandığı görünmürdü.

İki həftədən sonra Frankfurtda bir tədbirdə iştirak etməli idim, Akselə dediyim kimi, bu dəfə gettoları ziyarət məsələsindən söz açmağı qərar almışdım.

Burada Aksel ilə Bernddən başqa, qətiyyən gözləmədiyim halda, bu dəfə həm də Markusa rast gəldim. Markus da görüşməyimizə sevindi və sonra da dedi ki, bu yaxından Sollar partiyasına üzv olub.

Çıxışlar və müzakirələr sona yaxınlaşanda tədbiri aparan Bernd daha nə kimi təkliflərin olduğunu soruşdu. Aksel mənim ideyam haqqında qısaca bildirib məndən mövzunu davam etdirməyi xahiş etdi. Mən isə bu dəfə gettoları ziyarət ideyasının nədən ibarət olduğunu daha geniş şərh etdim.

Bu içəridəkilərin bir çoxunda kinayəli təbəssüm, bəzilərində isə açıq gülüş doğurdu.

- Wen sollen wir besuchen, wo (Biz kimi ziyarət etməliyik, harda)? – deyə gənc bir qadın istehza ilə soruşdu.

- Das ist kein Witz (Bu zarafat deyil), - Markus mənim əvəzimə cavab verdi. - Ich kenne Ajas schon lange und weiß, dass er wieder von einer ernsthaften Sache redet. Ich bin meinerseits auch bereit, eine Parallelgesellschaft in Frankfurt mitzubesuchen (Mən Ayazı çoxdan tanıyıram və bilirəm ki, o yenə də ciddi bir məsələdən danışır. Mən öz tərəfimdən Frankfurtdakı paralel cəmiyyətlərdən birini birgə ziyarət etməyə hazıram).

Markusun dediklərini gənclərdən bir neçəsi də müdafiə edəndən sonra Bernd Frankfurtdakı gettoları ziyarət etmək üçün bir qrup yaradılmasını təklif etdi. Bu qrup ziyarətdən sonra orada keçirilən görüş, aparılan söhbətlər və gettodakı insanların yaşayışı haqqında gələn partiya yığıncaqlarından birində məruzə etməli idi. Mən, Markus, iki gənc qız və Aksel bu qrupa daxil olduq. Gələn həftə Frankfurtun harasında və saat neçədə görüşəcəyimizi şərtləşib ayrıldıq.

Türkiyə Almaniyası

Almaniya bu gün əslində ancaq qismən Almaniyadır. Belə ki, indi Almaniya qismən həm də əcnəbi toplumlarının yaşadığı məhəllələrdən ibarətdir. Son illərə qədər ən çoxsaylı əcnəbi təbəqəsi olan Türkiyə toplumunu indi burada «Rusiya almanları» adlandırılan, Qazaxıstandan çöllərindən gətirilmiş, kağız üzərində hələ də alman soyadını qismən saxlayan, qismən isə onu da itirmiş geridə qalmış və qaba rus toplumu sıxışdırmaqdadır, ən birinci sayca. Çünki Qazaxıstandan Almaniyaya rus almanlarının gətirilməsi indi Almaniyanın dövlət siyasətidir və hər ay bu ölkədə on minlərlə “rus almanına” alman vətəndaşlığı verilir. Və bu siyasət birinci növbədə əcnəbilərə, daha çox türklərə və ümumiyyətlə bu ölkədə getdikcə sürətlə artmaqda olan müsəlmanlara qarşı yönəlmişdir. Əsasən keçmiş Sovet İttifaqından gətirilən yəhudilər onlara məxsus tərzdə o qədər də gözə çarpmamağa çalışır və altdan-altdan, bütün başqa məmləkətlərdə oldüğu kimi, burada da öz işlərini görürlər. Son illərin süni, kütləvi ,,rus almanı» - yəhudi miqrasiyası və Şərqi Avropa ölkələrindən olan güclü insan axını türk toplumunun və digər müsəlman toplumlarının, həm də ümumiyyətlə bütün gəlmələrin nüfuzuna güclü zərbə endirmiş, onların vəziyyətini xeyli ağırlaşdırmışdır. Sonuncu illərin mühacirləri, yəni ,,rus almanlan» və yəhudilər, xüsusən də birinciiər əvvəlki gəlmələrdən özlərini qat-qat həyasız aparır və təkcə alman dövlətini deyil, bütövlükdə alman xalqını özlərinə borclu hesab edirlər: birincilər uzun illərin unutqanlığına görə, ikincilər isə yəhudi qırğınına görə. Həm də, Şərqi Avropadan gələnlərlə yanaşı, onlar tək özlərini Almaniyada yaşamağa və onun bugünkü nemətlərindən istifadə etməyə haqqı olan yeganə gəlmə toplum saymaqdadırlar və inanırlar ki, bütün yerdə qalan əcnəbiləri, xüsusən də türkləri və cəmi müsəlmanları, alman dövləti nə qədər gec deyil geriyə göndərməlidir. Müsəlman deyəndə çaşmamaq üçün, nəzərə almaq lazımdır ki, Almaniyada yaşayan müsəlmanlar da zatən bir-birini sevməyən ayrı-ayrı toplumlardan ibarətdir. Məsələn, ərəblərin, türklərin, iranlıların və digər çoxsaylı müsəlmanların hərəsinin öz məscidi var və biri o birinikinə heç vaxt ayaq basmaz. Bundan başqa türklərin aralarındakı kəskin siyasi ayrılıqlar onların dini cəhətdən də bölünməsinə gətirib çıxarmışdır. Belə ki, «Milli Görüş» ən böyük dini qurum olaraq təkcə Almaniyada deyil, bütün Avropa ölkələrində fəaliyyət göstərir. Böyük qurumlar sırasına türkeşçilər, yaxud millətçilər də daxildirlər ki, onlardan da „Ülgücülər” deyilən digər bir qrup ayrılmışdır. Bundan başqa ,,Dəyanət camisi“ deyilən bir qurum da vardır ki, onun da Türkiyə dövlətinə məxsus olduğunu söyləyirlər. Deyək ki, Koblenz kimi orta bir şəhərdə indi haradasa on-on beş cami fəaliyyət göstərməkdədir. Nə isə bunlar bir tərəfə, amma Almaniyada bu gün baş verənlər istər-istəməz erkən orta əsrlərin ,,Xalqların böyük yerdəyişməsi» deyilən prosesini yada salır. Almanların özlərinə gəlincə, bu deyilənlərdən çox narahatdırlar, çıxış yolunu əcnəbilər artdıqca özlərini daha çox izolə etməkdə görürlər ki, bu da eyni ölkədə müxtəlif qütblərin yaranması prosesini daha da gücləndirir. Sağ əhval-ruhiyyə də Almaniyada yenidən güclənməkdədir və bəziləri bu gün də əcnəbilərə qarşı zorakılıq tətbiq etməyi məqsədə uyğun sayırlar. Getdikcə sürətlə böyüməkdə olan əcnəbi toplumları burada indi evbəev, küçəbəküçə, məhəllələməhəllə yerləşirlər. Əcnəbi axını isə nəinki davam edir və hətta getdikcə çoxalır, buraya indi müsəlman ölkələrindən və keçmiş Sovet Ittifaqından başqa, Cənub-Şərqi Asiyadan, hətta Latın Amerikasından belə gələnlərin sayı getdikcə artmaqdadır. Əgər ,,rus almanlarını», yəhudiləri və Şərqi Avropa sakinlərini buraya rəsmən gətirməkdə davam edirlərsə, Əgər ,,rus almanlarını», yəhudiləri və Şərqi Avropa sakinlərini buraya rəsmən gətirməkdə davam edirlərsə, başqa ölkələrdən, хüsusilə də Тürkiyədən insanlar buraya bəzən hətta gizli yolla, qeyri-qanuni gətirilirlər. Türk toplumu isə bu yolla gələnləri öz mühafizəsi altına alaraq qoruyur, yəni ki, onların Almaniyada qeyri-leqal yaşamasını təmin edir. Türk toplumu əvvəlki illərə münasibətdə indi xeyli zəifləsə də yenə də mezvə-tərəvəz satışı kimi gəlirli bir sahəni öz əlində saxlaya bilir. Türklərin Almaniyadakı məhəllələrini isə tanımaq o qədər də çətin deyil. Çünki oradan, demək olar ki, almanlar, heç vaxt piyada keçmirlər, hər tərəfdə türksayağı dükanlar, dönərxanalar, alış-veriş, gözə çarpır, başı çarşablı qadınlar, əyni çirkli, üzü tüklü kişilər tənbəl-tənbəl o tərəf bu tərəfə gedir, ya da bir yerə yığışıb namazın vaxtını gözləyirlər. Bir də bu küçələr həm də natəmizliyi, tör-töküntülü olmaları ilə fərqlənirlər - bu cür şeylərə almanların yaşadığı məhəllələrdə rast gəlmək mümkün deyil. Bu məhəllələrin hər tərəfində ucadan səslənən türk mahnılarının sədalarını da eşitmək mümkündür. Almaniyanın bəzi hissələrində axan bu həyat Türkiyənin ən geridə qalmış əyalətlərindəki həyata o qədər bənzəyir ki, həmin bu hissələrin hamısını bir yerdə, ya da ayrı-ayrılıqda "Türkiyə Almaniyası" adlandırmaq olar.

Gettoları ziyarət

Tək mən haraya və necə gedəcəyimizi bildiyimdən görüşəndən sonra ziyarət qrupuna başçılıq edib onu Frankfurtun mərkəzi yaxınlığındakı bir körpünün yanına gətirdim; körpü ilə qatarlar hərəkət edir, aşağıdan isə tramvay yolu keçirdi. Mən əlimi bir istiqamətə tutub dedim:

- Hier vorne beginnt ein türkisches Getto. Gehen wir in diese Richtung (Qarşıda bir türk gettosu başlayır. Bu istiqamətdə getməliyik).

Cəmisi haradasa iki yüz addımdan sonra sola dönəcəyimizi dedim. Burada mən əvvəllər bir dəfə olmuş və ətrafa göz gəzdirmişdim. Bu uzun bir küçə idi ki, onun ortasındakı beşmərtəbəli həyət evinin birinci mərtəbəsini də cami etmişdilər. Küçə boyu yanyana və üzbəüz dayanan neçə-neçə dönərxana, qəhvəxana gözə dəyirdi. Hər yerdə oturan kişilər idi ki, onların da hamısı, hətta gənclərin əksəriyyəti belə, saqqallı idilər. Qarşımıza çıxan qadınlarım isə hamısı ya yaylıq, ya da çarşab bağlamışdılar; hamı bizim bu məhəllədə peyda olmağımıza təəccüblə baxır, bizi inamsız nəzərlərlə süzürdülər. Mən caminin həyətində böyük bir dükan olduğunu bilirdim və yanımdakıları oraya çağırdım. Yolda hamını başa salmışdım ki, mənim ana dilim olan Azərbaycan dili ilə türk dili yaxın və qohum dillərdir, ona görə də bu dili başa düşür və fikrimi də türklərə izah edə bilirəm. Bəzilərini bu təəccübləndirsə də, gettonu ziyarət üçün türk dilindən istifadə etməyin çox yararlı ola biləcəyini hamı başa düşürdü.

Caminin yerləşmiş olduğu böyük həyətə girəndə qızlar pıqqıldaşdılar. Biri dedi ki, sanki elə bil Yaxın Şərq ölkələrindən birinin bazarındasan, özü də Frankfurtun az qala mərkəzində. Qızda bu təəssüratı yaradan həm caminin girişində qurulmuş bər-bəzəkli tağ, onun bayır divarlarında və pəncərələrindəki ərəbcə gözəl nəqşli yazılar və naxışlar, həm də cami ilə dükan arasında düzülmüş, cürbəcür meyvələrlə dolu olan böyük yeşiklər idi. Bu mənzərə bayırdakı mənzərə və dükanın, böyük də olsa, boz görkəmi ilə kəskin bir təzad təşkil edirdi. Hər halda küçədən baxanda heç kimin ağlına gəlməzdi ki, həyətdəki caminin özü bu qədər bərbəzəkli ola bilər. Markus da burada gördüklərini bir neçə dəfə ucadan şərh edəndən sonra səs-küyümüzə camidən dini qiyafədə bir kişi çıxıb türkcə nə istədiyimizi soruşdu. Mən də ona yarı türk-yarı azərbaycanca başa saldım ki, dükandan ərzaq almaq istəyirik. Bu yəqin ki, caminin imamı idi, o yenə bizə bir az tərs-tərs baxandan sonra daha heç nə deməyib yenidən içəri keçdi.

Biz isə dükana girib onun özünü və oradakı malları diqqətlə nəzərdən keçirməyə başladıq. Markus mənə yaxınlaşıb yavaşca dedi ki, belə getsə bizim məruzə etmək üçün kifayət qədər materialımız olmayacaq. İnsanlarla ünsiyyətə girmək lazımdır, türk dilini bilən isə tək sənsən. Mən dükana bir də diqqət elədim; içəridə xeyli alıcı adam vardı, əksəriyyəti də çarşablı qadınlar idi, amma bir-iki gənc də gözə dəyirdi. Mən gənclərdən birinə yanaşıb yarı türk-yarı azərbaycanca hal-qəziyyəni necə var elə də izah elədim və onların mənzilinə baş çəkməyin mümkün olub-olmadığını soruşdum. Bir az duruxandan sonra gənc bunun mümkün olduğunu dedi və onun ardınca gəlməyimizi xahiş etdi. Biz yenidən küçəyə çıxanda həyət qapısının qarşısında xeyli adam toplaşmışdı: qocalı - cavanlı saqqallı kişilər. Onlar bizim caminin həyətindən çıxmağımızı görəndə çox təəccübləndilər və dəstəmizi ta küçənin qarşı tərəfindəki binaya girənədək nəzərləri ilə müşayiət etdilər.

Mənzilə gənc (yolda onun adının Yücəl olduğunu öyrənmişdim) əvvəl özü girdi, evdəkiləri tez xəbərdar edib bizi içəri dəvət etdi. İçəridə başqa bir gənc və iki qız var idi, bir də onların anası. Qadının da, qızların da başı yaylıqla örtülü idi.

İçəri keçəndən sonra bizi döşəməyə sərilmiş süfrə arxasında oturmağa dəvət edilər. Tək Aksel həm yaşlı olduğundan, həm də bir az axsadığından bardaş qurub oturmaq onun üçün bir az çətinlik törədirdi, amma qoca anarxist əsasını bir kənara qoyub bunun da öhdəsindən gələ bildi. Bir azdan ortaya çay gəldi.

Mən Yücəldən onun alman dilini bilib-bilmədiyini soruşdum. Dedi ki, bilir, burada əsas məktəbi bitirib. Mən bunu Markusa çatdırdım və dedim ki, o özü də gənclə birbaşa danışa bilər. Bundan sonra Markus gənci sorğu-suala tutdu, ondan ailəsi və qardaşları haqqında xəbər aldı. Məlum oldu ki, böyük qardaşı da onun kimi doqquzillik əsas məktəbi qurtarıb, indi mənzildə olmayan kiçik qardaşı isə bu il əsas məktəbin doqquzuncu sinfini bitirir, gimnaziyaya keçmək, attestat almaq və universitetə qəbul olmaq istəyir, amma bunun üçün gərək əsas məktəbin buraxılış imtahanlarını yüksək səviyyədə verə bilsin. Bu isə asan deyil.

- Ich bin Deutschlehrer (Mən alman dili müəllimiyəm), - dedi Markus. – Ich kann deinem jüngsten Bruder helfen (Mən sənin kiçik qardaşına kömək edə bilərəm).

Sonra da Markus gəncin özünün və böyük qardaşının hazırda nə ilə məşğul olduğunu soruşdu. Gənc cavab verdi mi, heç nə ilə məşğul deyillər, çünki iş tapa bilmirlər.

Bundan sonra böyük qardaş özü işin nə yerdə olduğunu izah etmək qərarına gəldi və dedi ki, türk olduğuna görə onu çox yerdə işə götürmək istəmirlər, çox yerdə iş ərizəsi rədd edilir. Bir də türklərə olan münasibət onu çox qıcıqlandırır. Guya ki, türklər insan deyillər və bir türklə kim necə istəyir elə davrana bilər. Səsini çıxaran kimi də deyirlər ki, xoşuna gəlmir, get Türkiyəyə.

Markus onunla razılaşmaq istəmədi:

- Die Türken arbeiten aber überall: im Flughafen, in der Post und was weis ich wo noch. Wo man nur hinguckt, sieht man die Türken (Türklər amma hər yerdə işləyirlər: hava limanında, poçtda və nə bilim daha harda. Hara baxırsan, türkləri görürsən).

Aksel burada söhbətə qarışdı:

- Ich verstehe doch, was der junge Mann meint. Überall sind heute die deutschen Rechtsradikalen zu treffen: sie sind öfter in der Führung jeglicher Organisationen. Dann machen sie auch Probleme mit den Ausländern, mit den Türken vor allem. (Mən amma bu gəncin nə demək istədiyini başa düşürəm. Bu gün hər yerdə alman sağ radikallarına rast gəlinir: onlar çox vaxt hər cür təşkilatın rəhbərliyində olurlar. Sonra da əcnəbilərlə problem yaradırlar, əsas da türklərlə).

Yenə də böyük qardaş dedi ki, terrorçuların şəklini qəzetdə çap edir, televiziyada, internetdə yayırlar, bunları da görənlər sonra səni həmin adama oxşadırlar. Hara gedirsən nifrətlə, həqarətlə qarşılaşırsan.

- Wir wollen mit den Deutschen zum Kontakt kommen, werden aber abgelehnt. Uns gepfählt es auch nicht, immer hier, getrennt unter den Türken zu leben (Biz istəyirik ki, almanlarla ünsiyyət yaradaq, amma bizi qəbul edən yoxdur. Həmişə burada ayrıca türklərin içində yaşamaq bizim də xoşumuza gəlmir), - Yücəl bu dəfə dedi.

- Mit den anderen Ausländern hat man hier wenig Problem. Viele mögen gerade die Türken nicht (Başqa əcnəbilərlə problem azdır. Ən çox sevilməyən məhz türklərdir), - Yücəlin böyük qardaşı davam etdi.

- Wenn man erfährt, dass du Türke bist, die Beziehung zu dir wird sofort geändert, Die meisten Deutschen wollen mit dir nicht mehr sprechen. (Biləndə ki, türksən, sənə münasibət dərhal dəyişir, almanların əksəriyyəti daha səninlə danışmaq da istəmir), - Yücəl deyilənlərin rəngini bir az da tündləşdirdi.

Aksel eşitdiklərimizə öz münasibətini bildirdi:

- Und was tut aber ihr selbst falsch? Ihr muss auch daran denken (Bəs siz özünüz nəyi düz etmirsiniz? Gərək bu haqda da fikirləşəsiniz)

Sonra da Markus dilləndi:

- Hier gibt es ein Problem, das von der Seite der Deutschen kommt. Es ist bekannt, dass in letzter Zeit die Fremdenfeindlichkeit in Deutschland zugenommen hat. Es gibt aber auch Problem, das von eurer Seite kommt. Wie viele Leute ich aus Marokko gesehen habe, waren alle gut gebildet. Sie bemühen sich darum, die Sprache zu lernen, mit den Einheimischen zu recht zu kommen, einen guten Job hier zu finden. Und den meisten gelingt das tatsächlich. Aber die Türken, die hier sind, kommen zumeist aus Ostanatolien. Sie sind nicht gebildet und bemühen sich auch nicht, die Sprache zu lernen, wollen in eigener Kultur und Traditionen isoliert leben. (Burada almanlar tərəfdən gələn problem var; məlumdur ki, son vaxtlar Almaniyada əcnəbi düşmənçiliyi güclənib. Amma sizin tərəfdən də problem var. Mən Mərakəşdən nə qədər adam görmüşəmsə, hamısı təhsil görmüş adamlar olub. Onlar zəhmət çəkib dil öyrənirlər, yerli adamlarla münasibət qururlar, çalışırlar özlərinə yaxşı iş tapsınlar. Və çoxuna bu doğrudan da müyəssər olur. Amma burada yaşayan türklərin əksəriyəti Şərqi Anadoludan gələnlərdir, təhsil almayıblar, dil öyrənmək üçün özlərinə əziyyət vermək istəmirlər və öz mədəniyyətlərində təcrid olunmuş yaşamaq istəyirlər).

Aksel yenə də sakitcə deyilənlərlə bağlı fikrini söylədi:

- Die jungen Leuten können aber in ihrem Leben etwas ändern. Sie müssen nicht unbedingt in einer Parallelgesellschaft leben (Amma gənclər öz həyatlarında nəyisə dəyişdirə də bilərlər. Onlar hökmən gettoda yaşamağa məcbur deyillər).

Bizimlə gələn qızlar da söhbətə qarışıb Akselin dediklərinə qüvvət verdilər və gənclərin başqa cür yaşaya biləcəklərinə inandıqlarını dedilər.

- Wir sollen etwas für diese Leute tun (Biz bu insanlar üçün nə isə etməliyik)! – dedi Aksel. – Das ist schon gut, dass Markus bereit sei, einem der Jungen mit dem Abitur zu helfen. Wer soll aber den Frauen helfen? - qoca bunu deyib tələbə qızlara baxdı.

Onlar isə bundan ürəklənib Yücəlin bacılarını sorğu-sual etməyə başladılar. Məlum oldu ki, qızlar daha yüksək təhsil qurumu olan real məktəbə gedirlər. Onlardan da böyüyü gimnaziyaya keçmək istəyir, amma buna lazım olan səviyyəni, hazırlığı əldə edə bilmir. Tələbə qızlar Yücəlin böyük bacısına dərslərdə kömək etmək üçün həftədə iki dəfə buraya gəlməyə hazır olduqlarını bildirəndə binəva çox sevindi. Bunu türkcə anasında da başa salanda, qadın da öz fikrini dedi:

- Bu benim için de iyi olur ya, benim de almanca bir kaç ders almam gerekiyor.

Qızlardan biri anasının dediklərini tərcümə edəndə almanlar hamısı gülüşdülər.

- Man muss nur etwas anfangen und die Menschen sind bereit, entgegen zu kommen (Bir işə eləcə başlamaq lazımdır, insanlar isə həmişə buna qarşı addım atmağa hazırdırlar), - Aksel bu gün olanları axırda belə yekunlaşdırdı.

Markus da, qızlar da gələn həftədən dərslərlə bağlı gələcəkləri vaxtı onlarla bir daha dəqiqləşdirəndən sonra biz ev sahibləri ilə xudahafizləşib mənzili tərk etdik.

Küçədə adamlar yığışıb yenə bizə tamaşa edirdilər, biz isə buna məhəl qoymayıb sakitcə yolumuza davam etdik.

Aksel gettodakı insanların vəziyyətinin ağır olduğundan şikayətlənir, Markus olanlara bir analiz verməyə çalışır, qızlar isə öz aralarında bayaq gördüklərini müzakirə edirdilər. Mən isə yeni bir təklif verməyi qərara aldım:

- Ich habe noch ein türkisches Getto im Bahnhofsviertel gesehen. Vielleicht besuchen wir dieses auch (Mən Frankfurtda başqa bir türk gettosu da görmüşəm. Bəlkə oraya da bir baş çəkək).

Hamı mənim təklifimi qəbul etdi və biz metro ilə indi də Frankfurtun başqa bir məhəlləsinə gəldik. Burada da iki paralel xiyabanın və onlarla kəsişən bir küçənin xeyli hissəsində türklər cəm halında məskunlaşmışdılar, mərkəzdə isə yenə də bir cami dururdu. Burada ən çox gözə dəyən o tərəf bu tərəfə şütüyən çarşablı qadınlar və azyaşlı uşaqlar idi.

DAVAMI

Bu dəfə hamımız birbaşa camiyə üz tutduq. Qapıdan içəriyə girəndə xəlinin üzərində oturmuş bir kişinin azyaşlı uşaqlara Quran öyrətdiyini gördük: kişi Qurandan oxuduqca, uşaqlar da onun dediklərini kəlməbəkəlmə təkrar edirdilər.

Kişi başını qaldırıb türkcə nə üçün gəldiyimizi soruşdu. Mən həmin adamın dediyini yanımdakılara tərcümə edəndən sonra özüm də ona cavab verib “Sollar” partiyasının təşəbbüsü ilə buraya gəldiyimizi, bu ətrafda yaşayan türkləri ziyarət edib onlara alman dili öyrətmək istədiyimizi dedim. Eşitdikləri kişini heç açmadı, amma o özü bizə cavab verməyə macal tapmamış içəriyə başqa bir adam girdi və bu yeni gələnin caminin imamı olduğu bəlli oldu. İndi də bu adama gəlişimizin məqsədini bildirməli oldum. İmam dedi ki, kənardan gələnlər üçün hər ayın sonuncu bazar günü nəzərdə tutulub, bu gün isə bizi qəbul etmək imkanı yoxdur. Sonra da mane olmamağımızı və camini tərk etməyimizi xahiş etdi. Kor-peşman oradan çıxıb küçənin bir yerində qərar aldıq və ətrafı seyr etməyə başladıq. Yenə də kiməsə yaxınlaşıb söhbət etməyin vacibliyini öz aramızda müzakirə edirdik ki, birdən qarşı tərəfdə çömbəltmə oturub laqqırtı vuran dəstədən yaşı yəqin ki, altmışı haqlamış bir kişi ayrıldı və bizə yaxınlaşıb soruşdu:

- Deutsche ja (Almansınız)?

- Ja, Deutsche (Bəli, almanıq), - deyə Markus ona qısaca cavab verdi.

Sonradan mən ona da türk dilində niyə gəldiyimizi dedim. Bunu eşidəndə kişinin çiçəyi çırtladı və:

- Almanca bedavamı olacak? – deyə sevincək məndən soruşdu.

- Evet, bedava, - deyə cavab verdim.

- İsterseniz bize gedelim, - dedi kişi sonra. – Benim evim de bu sokakda.

Mən bunu alman dilinə tərcümə edəndə birinci cavab verən Aksel oldu.

- Ja gut! Können wir zu ihm gehen (Yaxşı olsun! Biz onun evinə gedə bilərik).

O birilər də razılaşdılar. Həmin türk isə bayaqdan bəri bizim dəstəni marıtlayan o biri kişilərə yaxınlaşıb alçaqdan nəsə dedi, sonra da geriyə gəlib bizi evinə tərəf apardı. Beşmərtəbəli bir binanın qarşısında dayanıb, kişi zəng düymələrindən birini basdı, bir neçə dəqiqədən sonra binanın giriş qapısı açıldı. Mən isə bu qısa müddətdə zəng düymələrinin üstündə yazılmış lövhəciklərə nəzər yetirə bildim; demək olar ki, hamısında türk familiyası yazılmışdı, tək bir-ikisinin ərəblərə məxsus olduğunu zənn etmək olardı. Evin ikinci mərtəbəsinə qalxdıq, mənzilin qapısını bizə bir kişi açdı. Sonra məlum oldu ki, bu bizi gətirən adamın qardaşıdır və hər ikisi ailələri ilə birgə bu mənzildə qalırlar. Elə girdiyimiz birinci otaqda bizə yer göstədilər; evin zahiri görkəmi və pilləkənlərdə gördüyümüz natəmizlik, tör-töküntü burada da dərhal gözə çarpırdı. Köhnə divanda və yan-yörəsindəki kürsülərdə özümüzə yer eləmişdik ki, içəri yaşlı bir qadın girdi.

“Şu bizim annemiz”, dedi bizi gətirən kişi.

Sonra da bir az həyatından danışıb qırx ilə yaxın Almaniyada olduqlarını dedi. Birinci arvadından uşağı olmadığından onu boşayıb ikinci dəfə evləndiyini də bildirdi. Özünün altı, qardaşının isə dörd uşağı vardı.

Mənimlə gələn almanları həm də onların nə ilə məşğul olduqları maraqlandırırdı. Məlum oldu ki, kişi özü neçə ildir ki, işsizdir, özünə bir uyğun iş tapa bilmir. Əvvəllər elə bu məhəllədə dönərxanası olub, amma indi bunların sayı ətrafda çoxaldığından onu bağlamalı olub, neçə vaxtdır ki, hökumətin verdiyi sosial yardımla dolanırlar. Qardaşı isə taksi sürücüsü işləyirdi, o da şikayət edib qazandığı pulun ailəsini saxlamağa çatmadığını, onların da hökumətdən yardım almağa məcbur olduqlarını dedi.

Mən bunları hamısını tərcümə etdikdən sonra Aksel başını bulayıb dedi:

- Es gibt niemanden, der sich mit diesen Menschen beschäftigen würde: sie sind völlig auf sich gelassen. Statt ihnen zu helfen, spricht man hier von der Demokratie und den Menschenrechten (Bir nəfər yoxdur ki, bu adamlarla məşğul olsun: onları tamamilə öz ixtiyarlarına buraxıblar. Onlara kömək etməkdənsə burada demokratiya və insan haqlarından dəm vururlar).

Bir azdan iki qadın – qardaşların arvadları - bizə çay gətirdi, onların arxasınca da otaq uşaqlarla doldu; bunlar daha kiçik idilər, ən böyüyü yəqin on dörd-on beş yaşında olardı, qadınlar kimi qız uşaqlar da yaylıq bağlamışdılar. Uşaqlar bizə maraqla baxır, bəziləri yaxınlaşıb alman dilində nə isə soruşurdular.

“Was ist der Grund davon, dass Sie in Deutschland nur unter den Türken leben wollen?” (Bunun səbəbi nədir ki, siz Almaniyada türklərin içərisində yaşamaq istəyirsiniz)? - bu sualı verən bizimlə gələn qızlardan biri idi.

Buna taksi sürücüsü cavab verdi:

“Biz türkleri Almanyada sevmezler zaten. Şudur işte. Bizim kültürümüz de başqa kültür, alman kültürüne hiç uyamaz”.

Mən onun dediklərini tərcümə etdim. Almanlara taksi sürücüsünün dediklərinin o qədər də xoş gəlmədiyi hiss olunurdu, Markus isə bunları bir az başqa tərəfə yozmaq istədi:

- Man sollte den Menschen in Gettos helfen, sich in die deutsche Gesellschaft zu integrieren (Gettolarda yaşayan insanlara alman cəmiyyətinə inteqrasiya etməkdə kömək etmək lazımdır).

- Er erzählt doch etwas anders (O amma başqa şey danışır), - Aksel Markus ilə razılaşmadı. – Was ist aber Getto? Heute nennt man das öfter als eine Parallelgesellschaft. Die Fussbalfans sind auch eine Parallelgesellschaft. Sie haben auch eigene Lebensart, sogar eigene Kultur. Wen stören sie? (Getto nədir axı? Bu gün buna daha çox paralel cəmiyyət deyirlər. Futbol azarkeşləri də paralel cəmiyyətdir. Onların da öz həyat tərzi var, hətta öz mədəniyyəti. Onlar kimə mane olur axı)?

- Nein Axel (Yox Aksel)! – bu dəfə mən qoca anarxistlə razılaşmadım. – Das kann man nicht vergleichen. Es geht um die Menschen, die in schwerer Situation in Gettos leben, die isoliert sind und keine Zukunft haben. Sie sind auch nicht in der Lage, selbst hier was zu ändern (Bunları müqayisə etmək doğru deyil. Burada söhbət gettolarda ağır vəziyyətdə yaşayan insanlardan gedir: onlar təcrid olunublar və onların gələcəyi yoxdur. Bu adamların həm də imkanı yoxdur ki, burada nəyisə özləri dəyişdirsinlər).

- Ich wollte vor allem sagen, dass nicht die Menschen schuldig sind, die in Gettos leben, sondern die Politik, die sie zu diesem Zustand gebracht hat. Ihr habt mich falsch verstanden (Hər şeydən əvvəl mən onu demək istəyirdim ki, günah gettolarda yaşayan adamlarda yox, siyasətdədir ki, onları bu hala gətirib çıxarıb. Siz məni yanlış başa düşdünüz), - Aksel öz mövqeyini müdafiə etmək istədi.

- Auf jeden Fall geht es hier um die Integration in die deutsche Gesellschaft (hər halda söhbət alman cəmiyyətinə inteqrasiyadan gedir), - dedi Markus.

Amma bu dəfə də mən Markusla razılaşmadım və dedim ki, inteqrasiyasını ancaq siyasət həyata keçirə bilər, hökumətin proqramı əsasında. Belə bir proqram olmadan insanlardan inteqrasiya etməyi tələb etmək olmaz.

- Nämlich fehlt dieses Programm, weil die Regierung völlig andere Ziele hat als Integration der Ausländer (məhz bu proqram çapmır, çünki əcnəbilərin inteqrasiyasını hökumət öz qarşısına məqsəd qoymur), - Aksel bəyan etdi.

- Adam ne söylüyor, anlatsana bir? - deyə bizi gətirən kişi məni dümsüklədi.

Amma kişinin qardaşı məni qabaqladı:

- İnteqrasiya-flan diyor, ama bu politik işte. Bu konuya şimdi gerek yok.

Bizimlə gələn tələbə qızlardan biri də sanki qardaşların fikrini başa düşüb, nəhayət bayaqdan bəri davam edən sükutunu pozdu:

- Jetzt können wir diesen Leuten etwas Konkretes anbieten: Deutschunterricht wieder (Biz indi bu insanlara yenə də konkret nə isə təklif edə bilərik: alman dili dərsləri).

Sonra da qız özü uşaqlarla alman dilində söhbətə başladı, onlardan dərslərini hazırlaya bilib -bilmədiklərini, məktəbdə necə qiymətlər aldıqlarını soruşdu. Uşaqlar hamılıqca əvvəl sıxılsalar da, bir-ikisini dili sonradan açıldı: məlum oldu ki, dərslərdə çətinlikləri var, çünki evdə kömək edən yoxdur, çoxu çətinliklə sinifdə-sinfə keçsə də, ikinci ilə qalanları da var.

- Hier ist reales Angebot: Nachhilfe für die Kinder, die wir wieder gerne übernehmen können (Bax bu real təklifdir: uşaqlara dərs hazırlamaqda kömək etmək. Bunu biz yenə də məmnuniyyətlə öz üzərimizə götürə bilərik), - qız bunu deyib rəfiqəsinə işarə etdi.

- Das ist wirklich ein reales Angebot! Mehr kann man hier auch nicht machen (Bu doğrudan da real bir təklifdir. Bundan artıq burada nəsə etmək də mümkün deyil), Markus filosof görkəmi alaraq bildirdi.

Qız uşaqlarından biri dedi ki, anası da alman dilini öyrənmək istəyir. Sonra köhnə dönər ustası da belə bir arzusu olduğunu bildirdi. Alman qızları isə buna cavab olaraq yeni bir təklif irəli sürdülər: onlar həftədə iki dəfə gəlirlər, üç saatlığa. Hər dəfə iki saat uşaqların dərsinə həsr olunur, bir saat isə hamılıqca alman dilinin öyrənilməsinə və təkmilləşdirilməsinə.

Bu təklifi hamı bəyəndi, hətta uşaqların anaları da. Sonra böyük qardaşın arvadı qız uşaqlarından birinə nə isə dedi, o da bizə onun istəyini belə çatdırdı:

- Meine Mutter sagt, dass sie auch gerne mitlernen würde (Anam deyir ki, o da məmnuniyyətlə bizimlə bir yerdə alman dili öyrənmək istəyir).

Bunu eşidəndə hamımız gülüşdük. Tək bizimlə gələn alman qızları bir az qayğılandılar. Onlardan biri dedi ki, bu o qədər də asan deyil, çünki uşaqlar neçə ildir ki, məktəbə gedirlər, dili az-çox bilirlər, anaları ilə gələn əlifbadan başlayasan. Amma bununla belə qadınların bu istəyini çox təqdir etdiyini dedi. O biri alman qızı da bununla razı olduğunu dedi və anaları ilə uşaqlara bir yerdə dərs demək üçün bir yol tapacaqlarına inandığını bildirdi.

Bundan sonra hamımız durduq, çaya görə ev sahiblərinə təşəkkür edib mənzili tərk etdik.

Frankfurtun baş vağzalına kimi hamımız bir yerdə gəldik. Ayrılmazdan əvvəl Aksel belə bir təklif etdi: gəlin bu başladığımızı Sollar partiyasının yeni layihəsi elan edək, Ayaz da layihənin rəhbəri olsun. O keçmiş Sovet İttifaqında böyüyüb, bu kimi işlərdə müəyyən təcrübəsi var. Mən isə imtina edib dedim ki, belə bir layihənin rəhbəri olmağa Markus daha çox yarayır, mən isə ona bu işdə əlimdən gələn köməyi etməyə hazıram. Həm də mən Sollar partiyasının üzvü deyiləm, Markus isə partiyanın üzvüdür. Markus layihəyə rəhbərlik etməyə razılığını bildirəndən sonra solların növbəti yığıncağı üçün məndən bir məruzə hazırlamağı xahiş etdi. Qızlar da bir məruzə hazırlayacaqlarını dedilər.

Solların Frankfurtdakı növbəti yığıncağı on gündən sonra idi. Yenə də Linda yığıncağı açıb Sollar partiyasının getdikcə güclənməsindən, nüfuzunun artmasından və tərəfdarlarının çoxalmasından danışdı. Sonra da aktual məsələlərlə bağlı sözü yenə də Berndə verdi. Bernd isə bizim layihədən bəhs edib bizlərdən kimin məruzə edəcəyini soruşdu.

- Das macht Ajas (Bunu Ayaz edəcək), - deyə Markus məni göstərdi.

- Ja Ajas bitte schön (Hə Ayaz buyur), - Bernd sevincək dedi.

Mən məruzəyə ciddi hazırlaşmışdım. Qısaca giriş verib dedim ki, son günlərdə əyani olaraq neçə yerə gedib neçə-neçə adamlarla görüşüb söhbət aparmış, müzakirələr keçirmişəm. Uzun illərdən bəri apardığım müşahidələr isə mənə bunları ümumiləşdirməyə də imkan verib. Dedim ki, ən əvvəl imtiyazlı mühacir qruplarından danışmaq istəyirəm. Bunlar birinci növbədə yəhudilərdir. Yəhudilərin Almaniyaya dünyanın hər yerindən maneəsiz olaraq gələ bilməsinə imkan verən Almaniyada nasional sosialist rejiminin törətmiş olduğu yəhudi qırğını ilə bağlı qanundur. Bununla belə son onilliklərdə Almaniyaya yəhudi axını əsasən keçmiş Sovet İttifaqındandır. Sovet yəhudilərinin içərisində savadlı adamların sayı çox yüksəkdir: burada keçmiş universitet professorlarına da rast gəlmək olar, hətta görkəmli alimlərə belə. Yerdə qalanların da əksəriyyəti ali təhsil alıb, aralarında iş adamları, sənətkarlar da az deyil. Almaniyanın Yəhudi Şurası yəhudi mühacirlərin gətirilməsi, yerləşdirilməsi işinə və onların alman cəmiyyətinə uyğunlaşmasına nəzarət edir. Bir də Yəhudi Şurasının əsas işi bütün yəhudiləri zəncirvari şəkildə cəmiyyətlər vasitəsiylə bir-birinə bağlamaqdır. Yəhudilər həm Yəhudi Şurası, həm də alman dövləti tərəfindən ciddi şəkildə dəstəklənirlər, o cümlədən maddi olaraq. İkinci imtiyazlı mühacir qrupu “Rusiya almanları” deyilən toplumdur. Bunlar əksərən bu adla Almaniyaya gətirilmiş savadsız və qaba rus kəndliləridir.

- Sie sind doch Deutschen (Onlar ki, almandırlar)! - bunu deyən Linda idi.

Bundan sonra başladı nə başladı: çoxu Almaniyada yaşayan “rus almanlarının” əslində ən geridə qalmış, nadan ruslar olduğu ilə razılaşsalar da, daha az bir qisim, onların alman olduğu qənaətində idi. Bəziləri isə “rus almanlarından” şikayət edir, onları Almaniyaya gətirənləri lənətləyirdilər:

- Sie sind meistens kriminell (Onların çoxu cinayətkardır)!

- Die Knasten sind mit jungen Russen überfüllt (Həbsxanalar rus gəncləri ilə ağzına kimi dolub).

- Sie wollen nicht arbeiten und mögen nur auf unseren Kosten weiter Wodka trinken (Onlar işləmək istəmir, eləcə bizim hesabımıza araq içməyi xoşlayırlar).

- Man bringt diese Leute hier aber als Deutschen – als Wolga Deutschen (Bu adamları buraya amma alman kimi gətirilər – Volqa almanları kimi)! - bunu deyən tədbirdə iştirak edən başqa bir qadın idi.

- “Wodka Deutschen” (Araq almanları)! – bunu da deyən yaşlı bir kişi idi.

- Sie sind ganz normale Russen! Nur wenige von denen hatten eine deutsche Abstammung, und diese sind auch völlig russifiziert. Das war eine Vereinbarung zwischen Gorbatschow und Kohl, einem paar Millionen Menschen aus ehemaliger Sowjetunion hier Arbeitsplätze zu geben, damit Gorbatschow für die Wiedervereinigung Deutschlands hilft. Und man hat diese Leute gewählt, weil wenige von ihnen mit der deutschen Auswanderung vor zweihundert, zweihundert fünfzig Jahre etwas zu tun hatten. Das wären aber nicht mehr als fünf Prozent von allen. Die anderen sind als deren Verwandten gekommen. Das ist der Preis für die Wiedervereinigung Deutschlands, den wir dafür zahlen müssen (Onlar tam normal rusdurlar! Ancaq cüzi bir qismin alman kökü var, amma bunlar da tam ruslaşıblar. Bu Qorbaçov ilə Kohl arasında bir razılaşma idi: Sovet İttifaqından bir neçə milyon adamı burada iş yerləri ilə təmin etmək, Qorbaçovun Almaniyanın birləşməsinə kömək etməsi üçün. Bu adamları ona görə seçdilər ki, onlardan az bir qisminin iki yüz – iki yüz əlli il qabaqkı alman miqrasiyası ilə bağlayan nə isə var. Bunların sayı amma beş faizdən çox olmaz. Yerdə qalanları isə onların qohumları kimi gəliblər), - qoca anarxistin mövqeyi yenə də həmişəki kimi dəqiq və sərt idi.

- Was können wir aber jetzt tun? Das ist heutige Realität Deutschlands. Ich möchte, dass Ajas seinen Vortrag weiter hält: das finde ich sehr interessant (Biz indi nə edə bilərik axı? Bu Almaniyanın bugünkü reallığıdır. Mən istəyirəm ki, Ayaz məruzəsinə davam etsin: məncə çox maraqlı məruzədir), - Bernd araya bir az sakitlik gətirməyə çalışaraq sözü yenidən mənə verdi.

Mən məruzəyə davam edib doğrudan da rus miqrantları içərisində cinayətkarlığın çox yüksək olmasını, alkoqolizm və narkomaniyanın geniş yayılmasını, həm də onların digər miqrantlara qarşı aqressiv davrandığını qeyd etdim. Ümumiyyətlə Almaniyada beş milyona yaxın rus dilli köçkünlərin yaşadığını deyəndən sonra onlardan haradasa dörd milyonunun “rus almanı” kimi ölkəyə gətirildiyini bildirdim. Rus mühacirləri haqqında demək çətindir ki, onlar Almaniyada xoşbəxtdirlər. Kişilər əsasən fəhlə, ya avtobus sürücüsü kimi məşğuldurlar, qadınlar isə təmizlik işləri ilə. Amma onların əksəriyyəti işsizliyə, hökumətdən vəsait alıb dolanmağa üstünlük verir. Demaqoqluq, digər mühacirləri hər şeydə günahkar çıxarmaq isə əsas işləridir.

Şərqi Avropa mühacirləri Almaniyaya ancaq bir neçə aydır ki, ayaq açıblar, onları əvvəlcə NATO-ya, sonra da Avropa İttifaqına qəbul etdikdən sonra. Polyak qadınları və digər Şərqi Avropa ölkələrindən olan qadınlar əvvəllər gizli yolla gətirilib fahişəliyə cəlb olunur, ya da türklərin yanında “qara” işləyirdilər. İndi vəziyyət dəyişib; indi onlar Almaniyada sərbəst iş axtara bilərlər. Bunlar da Avropa İttifaqı ölkələrindən gələnlərdən başqa bütün mühacirlərə nifrət edir, onların Almaniyada yaşamasının yanlış olmasından dəm vururlar. Təəssüf ki, bu adamlar öz yaxın keçmişlərini unudurlar.

- Das ist ein interessanter Moment (Bu maraqlı bir məqamdır), - dedi Bernd. – Warum denn sollten die europäischen Länder die NATO eintreten, bevor sie zur Europäischen Union kamen? (Nəyə görə Şərqi Avropa ölkələri Avropa İttifaqına qəbul olmaq üçün əvvəlcə NATO-ya qəbul olmalı idilər axı)?

Yenə də mübahisə başladı. Biri dedi ki, burada təəccüblü heç nə yoxdur, o biri dedi ki, bu ingilis-amerikan neoimperializminin tələbi ilə bu cür həyata keçirilib, yenə bir başqası iddia etdi ki, kimin harada olmasını Avropa ölkələrinin əvəzinə ingilis-amerikan hakimiyyəti müəyyən edir.

Mən isə müraciətimə davam edib indi də imtiyazsız mühacir qruplarından danışmaq istədiyimi bildirdim. Dedim ki, türklər Almaniyaya 1950-ci illərin sonu, 1960-cı illərin əvvəlində gəliblər. Həmin vaxtlar Almaniya sənayesini qaldırmaq, inkişaf etdirmək, ölkəni abad etmək lazım idi. Bunun üçün böyük işçi qüvvəsi tələb olunurdu. O vaxtlar Şərqi Avropa ölkələri ilə arada “dəmir pərdə” olduğundan Almaniyaya məhz türkləri işçi qüvvəsi kimi gətirməyə başladılar. Əvvəllər onlara Almaniyada münasibət də başqa cür olub.

- Meine Mutter sagt, dass man die ersten Türken in Deutschland mit Blumen traf (Anam deyir ki, ilk gələn türkləri Almaniyada gül-çiçəklə qarşılayırdılar), - bunu deyən gənclərdən biri idi.

- Und die Türken, die in jener Zeit hierher kamen, waren ganz moderne Menschen (Və o vaxt buraya gələn türklər tamamilə müasir adamlar idilər).

Aksel onun dediyinə qüvvət verib Almaniyada türklərin içərisində islamçılığın yetmişinci illərin ortalarına doğru yayıldığını dedi. Bernd də onun dediyini təsdiqlədi:

- Ich habe das auch so erlebt: eines Tages kamen die türkischen Frauen zur Arbeit im Kopftuch, die früher ohne das liefen (Mən də bunu belə görmüşəm: bir gün qadınlar işə başı yaylıqlı gəldilər, halbuki əvvəllər başı açıq gəzirdilər).

Davamı:

Mən bunu yenə də amerikan siyasəti ilə bağladım, dedim ki, yetmişinci illərdə Qərbi Almaniyada sosializm tərəfdarlarının sayı həddən ziyadə artmış və burada güclü bir sosialist hərəkatı yaranmışdı. Mühacir türklərdən də bu hərəkata meyl edənlər az deyildi. Mühacir türklərin vasitəsi ilə isə bu Türkiyənin özündə yenidən sollar hərəkatını gücləndirə bilərdi. Belə bir vəziyyətdə Amerika siyasəti Türkiyənin islamçı qüvvələrindən istifadə etmək qərarına gəldi. Bu gün isə təkcə Almaniyada deyil, həm də bütün Avropa ölkələrində Türkiyə islamçıları şəbəkə qurublar, bu şəbəkə də birinci növbədə burda yaşayan türkləri nəzarət altında saxlamaq üçün qurulub. Bütün bunların arxasında isə yenə də Amerikanın maraqları dayanır: məqsəd isə türklərin sosializmə meyl etməsinə imkan verməmək, onlardan islam ölkələrində aparılan siyasətdə istifadə etməkdir.

- Gut! Was sollen wir aber jetzt tun (Yaxşı, biz indi nə etməliyik axı)? – yığıncaq iştirakçılarından birinin daha hövsələsi çatmadı. – Es gibt die Menschen, die seit Jahrzehnten in Deutschland in Rahmen ihrer eigenen Kulturen leben. Es ist völlig egal, ob man diese als Gettos oder Parallelgesellschaften bezeichnet, ist das die Realität Deutschlands und können wir das nicht ändern (İnsanlar var ki, onilliklər boyu Almaniyada öz mədəniyyətləri çərçivəsində yaşayırlar. Buna getto da desən, paralel cəmiyyət də desən, fərqi yoxdur, bu Almaniyanın reallığıdır və biz bunu dəyişdirə bilmərik).

Mən həmin şəxsə cavab vermək əvəzinə çantamdan “Koblenzer Nachrichten” qəzetinin mənim bir məqaləm dərc olunmuş nüsxəsini çıxarıb oturanlara göstərdim. Dedim ki, burada mən gettolarda yaşayan əcnəbilərin haqqında yazmışam. Qəzeti böyrümdə oturan adama verdim, o da bir az məqalədən oxuyub, onu yanındakına ötürdü. Beləcə qəzet əldən-ələ keçdi, sonra da mübahisə yenidən qızışdı. Biri sual etdi ki, əgər əcnəbilərin həyatı Almaniyada bu qədər ağırdırsa, niyə onda bu qədər adam burada yaşayır, niyə geriyə getmirlər? Biri də dedi ki, geriyə getmək nədir, hələ dünyanın bütün ölkələrindən saysız-hesabsız adamlar gəlib burada yaşamaq istəyirlər.

Bunu eşidəndə yadıma məşhur məsəl düşdü: “Eşşəyə minmək bir ayıbsa, eşşəkdən düşmək iki ayıbdır”.

- Wir haben noch zwei weitere Referenten heute (Bizim bu gün daha iki məruzəçimiz var), - deyə Willi bildirdi, sonra da sözü Markusa verdi.

Markus sözə başlayıb gettoları ziyarət etməyin ona güclü təsir etdiyindən danışdı, dedi ki, heç əvvəllər insanların Almaniyada belə bir vəziyyətdə yaşadığını fikrinə belə gətirmirdi. Sonra da mənim məqaləmə diqqət yönəldib dedi ki, bu gettolar haqqında nəyə görəsə indiyə kimi heç kim qəzetdə yazmayıb, televiziyada da onlardan bəhs edən yoxdur. Amma indi elə bir vaxt gəlib ki, daha bunu gizlətmək olmaz.

Aksel, qoca anarxist, Markusdan indi də gettoları bizimlə ziyarət etmiş tələbə qızlara söz verməsini xahiş etdi.

- Ja bitte schön (Hə buyurun), - Markus bayaqdan bəri öz növbələrini gözləyən qızlara dedi.

Qızlar da sevincək bir-birinin sözünü kəsə-kəsə türk gettolarında gördüklərini nəql etməyə başladılar.

- Kurzum, ihr wollt jetzt für die türkischen Kinder kostenlos Deutschunterricht geben (Qısası, siz indi gettolardakı türk uşaqlarına alman dilindən pulsuz dərs demək istəyirsiniz)? – Berndin bizim uzun-uzadı çıxışlarımızdan görünür hövsələsi daralmışdı.

- Stimmt, zwar zwei Mal in der Woche (Doğrudur, özü də həftədə iki dəfə) – qızlar bir ağızdan cavab verdilər.

- Das ist schon klar (Bu daha aydındır), - dedi Bernd. – Und das ist eine schöne Sache. Wenn ihr schon ein Monat lang unterrichtet habt, wäre es gut, euren nächsten Bericht darüber zu hören (Bu həm də gözəl işdir. Bir ay dərs deyəndən sonra sizin bu haqda yeni bir məruzənizi eşitmək yaxşı olardı).

Yenə də qızların hər ikisi buna hazır olduqlarını bilirəndən sonra Bernd qarşıdan gələn Hessen parlament seçkilərində Ədalət partiyasının nə kimi uğur qazana bilmək imkanları olduğundan danışdı. Seçkilər üç aydan sonra başlamalı idi, buna hazırlaşmağın əsil vaxtı olduğunu deyən Bernd bundan sonra bütün diqqəti məhz seçkilərdə cəmləşdirməyin mühüm olduğunu dedi.

Məm Bernddən söz istədim və dedim:

- Seit über zwei Jahren bildet die Union CDU/CSU bilden die Mehrheit im Bundestag. Seit dem ersten Tag, kann man sagen, haben diese einen Sturm gegen die Ausländer angefangen. Wenn im Hessischen Landtag die CDU schon seit Jahrzenten die Mehrheit hat, konnten sie aber früher nicht so frech, nicht so angstlos Druck auf die Migranten üben. Jetzt ist die Lage hier wieder sehr schlimm. Deswegen ist es sehr wichtig, ob die CDU weiterhin im Hessischen Landtag die Mehrheit bekommt oder nicht. (İki ildən çoxdur ki, Xristian Demokrat Partiyası ilə Xristian Sosialist Partiyası Federal Parlamentdə çoxluq təşkil edirlər. Elə birinci gündən demək olar ki, bunlar əcnəbilər üzərinə hücuma keçiblər. On illərdən bəridir ki, Xristian Demokrat Partiyası Hessen Parlamentində çoxluğa malikdir. Amma əvvəllər onlar bu cür həyasızcasına, bu qədər qorxusuz mühacirlərə təzyiq göstərə bilmirdilər. Amma İndi vəiyyət olduqca pisdir. Buna görə də bu məsələ çox vacibdir: Xristian Demokrat Partiyası yenə də Hessen Parlamentində çoxluq qazana biləcəkmi?)

Bernd cvab verib dedi ki, Sollar partiyası bu dəfə Hessen Paralamenti uğrunda daha güclü mübarizə aparmağı planlaşırıb, hər halda seçkilər gərgin keçəcək.

Bundan sonra da Bernd bugünkü yığıncağın bitdiyini bildirib bizi sabah millətçilərin Frankfurtdakı yürüşünə qarşı keçiriləcək əks nümayişə çağırdı. Sonra da dedi ki, sabah Frankfurtun bir hissəsində yeni tikilmiş məscidin açılışı olacaq. NPD - National-Demokratische Partei Deutschlands, yəni Almaniya Milli Demokrat Partiyası buna qarşı nümayiş hazırlayıb. Həmişəki köhnə oyunun qaydalarına əsasən şəhər bu nümayişin keçirilməsi üçün olunan müraciəti rədd edib. Alman milli demokratları yenə də Frankfurt məhkəməsinə şəhərin bu qəraraından şikayət ediblər, məhkəmə isə ynə də nümayişə icazə verib.

- Morgen müssen wir alle im anti-Demo sein um das Demo der Faschisten zu verhindern (Sabah biz hamımız əks nümayişdə omalıyıq ki, faşistlərin nümayiş keçirməsinə imkan verməyək).

Mən sabahkı tədbir haqqında düzü birinci dəfə idi eşidirdim, NPD-nin tədbirlərini həyəcanla izləsəm də. Nə vaxtsa NPD-nin hakimiyyətə gələ bilməsi ölkədəki əcnəbilərin vəziyyətini olduqca ağırlaşırar və onlra qarşı, kim bilir, bəlkə yenə də düşərgələrin yaradılmasına gətirib çıxarardı. Mən hər halda bundan qorxurdum. Konstitusiya məhkəməsinin uzun illərdən bəri guya ki, qadağan etməyə çalışdığı NPD yenə də heç bir manə olmadan öz tədbirlərini keçirir, əcnəbilərə qarşı açıq şəkildə irqçi şüarlarını yayırdı: bu partiya tərərfindən Almaniyanın bütün şəhərlərində əcnəbiləri ölkədən qovmağa çağıran plakatlar asılır, ictimai yerlərdə irqçiliyi təbliğ edən vərəqlər yapışdırılırdı. Mən belə bir fikrə gəlmişdim ki, NPD-nin arxasında Almaniyanın bir çox varlı adamları dayanır, bir qisim alman cəmiyətində böyük təsirə malik olan ziyalılar və siyasətçilər isə gizicə bu partiyanı müdafiə edirlər. Buna görə də bu partiyanı qadağan etmək olmur, partiy isə getdikcə həyasızlaşır, dünən edə bilmədiyini bu gün həyata keçirmək istəyirdi.

Növbəti gün üçün başqa işləri planaşdırmış olsam da. əks nümayişdə iştirak etmək üçün sabah yenə də Frankfurta gələcəyimi Berndə söz verib vağzala yollandım.

KÜÇƏ DÖYÜŞLƏRİ

Ertəsi gün səhər tezdən mən artıq Frankfurtun milli demokratların nümayişinin və ona qarşı əks nümayişin keçəcəyi küçədəydim. Bu küçənin lap başlanğıcında və onun yaxınlığında olan küçələrdə artıq saysız-hesabsız polis avtomobilləri düzülmüz, əsas küçə isə hər tərəfdən bağlanmışdı. Bundan başqa əsas küçənin özü də bir birinin ardınca düzülmüş metaldan olan üst-üstə qoyulmuş boru maneələrlə iki hissəyə bölünmüşdü. Polis nəfərləri hər tərəfdə cərgə-cərgə düzülüb nümayişin başlanmasını gözləyirdilər. Mən bir az uzaqda Sollar partiyasının şüarlarını tutan adamları görüb onlara tərərəf yol aldım. Birdən polis işçisi qabağımı kəsdi və kobudcaına:

- Wo gehen Sie hin (Hara gedirsiniz)? – deyə soruşdu.

Mən əlimlə solları göstərib onlara tərərf getmək istədiyimi dedim.

- Zeigen Sie mir Ihren Ausweis (Şəxsiyyət sənədinizi göstərin)! – deyə polis işçisi yenə də kobudcasına məndən tələb etdi. əftərçə çıxarıb oarda əzi

- Warum soll ich denn Ihnen meinen Ausweis zeigen (Sizə mən nəyə görə öz şəxsiyyət sənədimi göstərməliyəm axı?) – deyə narazıcasına soruşdum.

- Um zu wissen, wer zum Gegen-Demo geht (Əks-nümayişə kimlərin getdiyini bilmək üçün), - deyə polis nəfəri mənə cavab verdi.

Mən sənədimi çıxarıb ona göstərdim. Polis işçisi çantasından bir dəftərçə çıxarıb orada bəzi qeydlər edənsən sonra sənədimi geri qaytardı və sol nümyişçilərə qoşula biləcəyimi bildirdi.

Mən isə çaş-baş qalmışdım və hələ də nə baş verdiyini başa düşə bilmirdim. Əks-nümayiş iştirakçısı kimi siyahıya düşmək nə demək idi axı görəsən? Belə çıxırdı ki, hökumət hamını nəzarət altına almaq istəyir, onun icazə vermiş olduğu nümayişə etiraz edənləri də.

Mən bir qədər məyus olsam da yolumdan qalmadım və yenə də solların dayanmış olduğu yerə tərəf üz tutdum. Berndlə Aksel də, Markuslar qızlar da burdaydılar və sollardan bir çox tanıdıdğım və tanımadığım başqa adamlar da. Onların necə əzmlə burada dayandığını görəndən sonra məyusluğumu da unutdum.

Solların əllərində antifaşist və bir də Amerika və NATO-nun Yaxın Şərqdə apardığı mühribələrə son qoyulmasını və bu müharibələrin cinayətkar xarakterinin araşdırılmasını tələb edən şüarlar var idi. Mən hamıyla salamlaşandan sonra məni buraya gələndə yoxladıqlarını dedim.

- Das ist neue Machenschaft der Regierung (Bu, hökumətin yeni hoqqasıdır), - dedi Bernd. - Sie wollen uns dadaurch demütigen, schaffen aber das nicht (Onlar bununla bizim gözümüzdən almaq istəyirlər, amma bunu bacarmayacaqlar).

Davamı

Biz indi “dəmir çəpərin” arxasında polis nəfərləri ilə üz-üzə dayanmışdıq və sağ radikal gənclərin nə vaxt peyda olacağını gözləyirdik. Amma vaxt keçirdisə də, hələ heç kim gözə dəymirdi.

Birdən Berndin əl telefonu zəng çaldı; kişi də telefonda nə eşitdisə, tez onu söndürüb ucadan qışqırdı:

- Sie haben uns betrogen! Die Noenazis führen ihr Demo wo anders durch (Onlar bizi aldadıblar! Millətçilər öz nümayişlərini başqa yerdə keçirirlər).

Sonra da Bernd nümayişin harada keçirildiyini dedi: Frankfurtun Zaksenhauzen deyilən hissəsində, bizim indi dayandığımız yerdən haradasa iki kilometr aralı. Hamımız qarşımızda uzanıb gedən, hələ də bir ins-cinsin gözə dəymədiyi küçəyə, polislərə, sonra da bir-birimizə baxıb nə edəcəyimizi götür-qoy etmək istəyirdik ki, birdən böyrümüzdə Markusun səsi gurladı:

- Nach Sachsenhausen (Zaksenhauzenə)!

Çox vaxt çətin vəziyyətə düşmüş kütləyə doğrudan da qətiyyətli hərəkət edə biləcək bir adam çatmır, ona görə də kütlə aciz qalıb nə edəcəyini bilmir. İndi Bernd, Aksel kimi təcrübəli kəslərin belə çaş-baş qaldığı bir vəziyyətdə Markusun bu inamlı çağırışı bir əmr kimi səsləndi və daha heç nə haqqında düşünməyərək hamı onun arxasınca düşdü.

Frankfurtda böyümüş Markus bizi dolanbac, kəsə yollarla aparıb tez bir vaxtda Zaksenhauzenə çatdırdı. Sağ radikal gənclərin keçəcəyi küçə yenə də “dəmir çəpərlə” əhatə olunmuşdu, polis nəfərlərinin və maşınlarının əlindən isə tərpənmək olmurdu. Burada həm də artıq kiçik bir mitinq təşkil olunmuş, kiçik bur podium da qurulmuşdu. Bir alman qadını danışıb “din və vicdan azadlığının” alman konstitusiyasının mühüm bir maddəsi və ümumiyyətlə “demokratiyanın” mühüm bir şərti olduğundan dəm vurur, insanları bunu unutmamağa çağırırdı. Mənim isə məəttəl qaldığım bir şey idi: niyə başqaları mitinqin keçiriləcəyi yeri bilirdilər, amma biz yox? Amma bir azdan əl telefonları öz işini gördü: solların cərgəsi ən çox tələbə gənclərdən ibarət olan parıb tez bir vaxtda qında düşünməyəərk ğırışı ən Markusun səsi nclərin yeni əks-nümayişçilərlə doldu.

Həmin qadından sonra Frankfurt yəhudi icmasının bir nümayəndəsi mikrofona yaxınlaşdı.

- Şabat şolom (Şənbə gününüzə salam olsun)! – deyə kişi sözə başladı. – Wir als jüdische Gemeinde der Stadt Frankfurt unterstützen den neuen Moschebau hier und protestieren gegen Demo der Neonazis und rufen dazu, diese zu stoppen (Biz Frankfurt şəhərinin yəhudi icması olaraq burada yeni məscid tikintisini dəstəkləyir, radikal millətçilərin nümayişinə isə etiraz edirik və bunu dayandırmağa çağırırıq)!

“Canlarına birə daraşıb, deyəsən, - deyə öz-özümə düşündüm. - Yoxsa harada görünmüşdü ki, yəhudilər müsəlmanları müdafiə etsinlər?”

Həmişə əllərindəki qəzet, jurnal, televiziya kanalları, internet dərgilərində car çəkib islamı dünya üçün bir “təhlükə”, bütün müsəlmanları isə “terrorçu” kimi qələmə verən yəhudi icmalarının bugünkü fərqli yanaşması doğrudan da ancaq bununla izah edilə bilərdi: radikal alman millətçilərin fəallaşması ilə onlar gecə-gündüz dəm vurduqları “islam təhlükəsini” unudur, indi də Almaniyada yəhudi qırğınının yenidən baş verə bilməsindən qorxduqlarını bəyan edirdilər. Şübhəsiz, insanları yəhudi olduqlarına görə tənqid etmək qətiyyən doğru olmazdı. Amma Almaniyanın hər yerini şəbəkə kimi bürümüş, fəaliyyətlərinə İsraildən nəzarət edilən yəhudi icmaları həmişə anti - islam şüarlarını təbliğ etməsi də heç kim üçün sirr deyildi. Sadə yəhudi mənşəli insanlar isə özlərini bu icmalardan asılı hiss edir, heç vaxt icmaların dediklərinin əleyhinə getmirdilər, bu icmalar nəyi təbliğ edib, nə şüarlar irəli sürsələr də.

Bayaqdan podiumda çıxış edənlərin yanında səssizcə dayanmış, amma baxışlarından təəccüb, pərişanlıq və qəzəb yağan bir saqqallı kişi də dayanmışdı. Çox güman ki, bu yeni açılacaq məscidin imamı idi. Frankfurt şəhərinin ona məscid tikməyə icazə verməsi ilə bu məscidin əleyhinə təşkil olunmuş radikal millətçi nümayişinin keçirilməsini kişi yəqin heç vəchlə bir araya sığışdıra bilmirdi.

Birdən əks-nümayişçilərdən kimsə ucadan qışqırdı:

- Sie kommen, die Nazis (Budur gəlirlər millətçilər)!

Hamımız deyilən tərəfə baxdıq: başları daz qırxılmış, əllərində şüarlar tutmuş olduqca qəzəbli görkəmləri olan, aqressiv gənclər küçə ilə bizə doğru irəliləyirdilər. Onları görən kimi solların içərisindən qışqırıq qopdu:

- Nazis stoppen! Nazis stoppen (Millətçiləri (“natsiləri”) dayandıraq! Millətçiləri (“natsiləri”) dayandıraq)!

Sağ radikalların nümayişi getdikcə biz durduğumuz yerə yaxınlaşır, solların içərisində həyəcan isə getdikcə artırdı. Biz artıq radikal sağların qışqırdığı şüarları eşidirdik: onlar yeni məscid tikintisinə icazə verilməməsini, olan məscidlərin sökülməsini, müsəlmanların Almaniyadan qovulmasını tələb edirdilər. Ətrafa diqqət etdim: bayaqkı çıxış edənlər və onların əhatəsindəkilər bir göz qırpımında yoxa çıxmışdılar, radikal gənclər, polis işçiləri və sollardan başqa daha heç kim gözə dəymirdi.

Sağ radikal gənclər durduğumuz yerə çatanda dayandılar, bizə hədələyici işarələr göstərəndən sonra da əsgəri qaydada cərgələnib xorla şüarlarını daha ucadan qışqırmağa başladılar. Bir-birinin ardınca kimlərsə qabağa çıxıb nitq söyləyir, o birilər onun dediklərinə yenə də radikal millətçi şüarları ucadan qışqırmaqla dəstək verirdilər.

Buna cavab olaraq solların sırasında sağ radikallara qarşı şüarlar səsləndi və sonra da hamı bir ağızdan aravermədən qışqırmağa başladı:

- Haut ab! Haut ab! Haut ab (Rədd olun! Rədd olun! Rədd olun)!

Bütün “dəmir çəpər” boyu düzülmüş polislər hələ ki, olanları sakitcə müşahidə etməkdə idilər. Mən Bernd və Akselin yanında dayanmışdım və onlarla yeri gəldikcə bəzi məsələləri müzakirə edirdim. Bernd polis işçilərini xeyli müşahidə edəndən sonra dedi ki, bunlar Hessen polisi deyillər, çünki geyimlərində yazılmış nömrələr bu torpaqdakı polis bölmələrinə aid deyil, yəqin ki, başqa torpaqdan gətiriliblər.

Bütün ətrafı səs-küy bürümüşdü: amma sağ radikalların şüarları nə qədər ucadan səslənsə də, sollar qışqırdıqları “Rədd olun” cavab şüarları və fitə basmaları ilə onların səslərini batırırdılar. Bəzi sol gənclər isə “dəmir çəpərə” söykənib polislərin başı üzərindən sağ radikallara hədə yağdırır, onları hər cür təhqiredici sözlərlə yamanlayırdılar. Birdən sol düşərgənin içərisindən bir neçə gənc bir ağızdan:

- Deutsche Polizisten schützen die Faschisten (Alman polisləri faşistləri qoruyurlar)! - deyə qışqırmağa başladılar.

Polis nəfərləri arasında da bundan sonra canlanma başlandı: haradasa iyirmi polis işçisi “dəmir çəpərin” arxasında bir yerə yığışıb əlcəklərini çıxardılar və onları yerə atıb sol düşərgənin üzərinə hücuma keçdilər. Mən əvvəlcə nə baş verdiyini heç cür başa düşə bilmir, sadəcə “dəmir çəpəri” bu tərəfə adlamış, sürətlə solların içərisinə doğru yeriyən polis işçilərini müşahidə etməkdə davam edirdim. Polislər bir canavar sürüsü kimi sol düşərgənin ortasına şığıdılar; qabaqlarına çıxanların hamısını ayaqlaya-ayaqlaya. Aksel bədbəxtlikdən onların yolu üzərində dayandığından polislərin hücum fırtınası onu da vurub yıxdı, sonra da onlar yerə yıxılmış qocanı ayaqlayıb keçdilər. Mən özümü tez Akselə tərəf atıb onu yerdən qaldırdım, çəliyini də götürüb ona verdim. Qoca anarxist bir az sarsılsa da, sanki bu baş verənlərə o qədər də təəccüblənmirdi və bir iki dəfə dərindən nəfəs alandan sonra yenə də çəliyini yerə dirəyib diqqətini başa verənlərə yönəltdi. Polislər isə sol düşərgəni yara-yara onun ortasına çatanda dayandılar və birdən-birə oradakı gənclərin üzərinə hücuma keçdilər. Yeddi-səkkiz gənci dövrəyə alandan sonra isə polis nəfərləri onlara yumruq zərbələri endirməyə başladılar; gənclərdən isə bu zərbələrdən yıxılan kim, duran kim, cavab zərbəsi endirən kim.

Mən isə bu səhnəni görəndə o qədər sarsıldım ki, daha ayaq üstündə dayana bilməyib çöməldim və

- Sizin ananızı... – deyə Azərbaycan dilində bərkdən söydüm. – Budurmu sizin demokratiyanız?!

Bu söyüşlə dolu sualı mən kimə yönəltmişdim: polislərəmi, alman hökumətinəmi, yoxsa ki, gəncliyimin uzun müddət inanıb bel bağladığı Qərb dəyərlərini təbliğ edən “beynəlxalq təşkilatlaramı?” Bunu heç özüm də bilmirdim. Amma mən dəhşət və pərişanlıq içində idim: gözlərim önündə elə şeylər baş verirdi ki, mənim Avropanın, Qərbin elan etdiyi azadlıqlar, insan hüquqları haqqında təsəvvürlərimi alt-üst edirdi.

Birdən arxadan Berndin səsini eşitdim:

- Alles dokumentieren: macht ihr Fotos, Videos, verbreitet das in Sozialmedien (Hamısını sənədləşdirin: foto, video çəkin, bunları sosial şəbəkələrdə yayın)!

Elə bu vaxt dörd polis nəfəri yenidən solların düşərgəsinə hücuma keçdi; bu dəfə onların qurbanı əlində hökumətə qarşı plakat tutmuş gənc bir qadın oldu. Qadın müqavimət göstərir, ucadan etiraz şüarları qışqırırdı, amma ona heç nə kömək eləmədi – sollar da eləcə susub baxırdılar - və qadını plakatı ilə bir yerdə sürükləyib polis maşınına oturtdular. Mən də bundan bir neçə şəkil, hətta bir neçə dəqiqəlik video da çəkdim. Amma fikirləşdim ki, bunları neynəyim görəsən? Ən çox istədiyim o idi ki, bu şəkil və videoları Azərbaycanda görsünlər. Amma bunlara kim diqqət edəcək, kim bunlara maraq göstərəcək? Yenə də hamı Qərbin “demokratiyasından”, “insan hüquqlarından” dəm vurmaqda davam edəcək. Bunlar məni məyus edirdi. Amma mən özüm əvvəllər belə düşünmürdümmü? İndi oradakı insanları bu baş verənlərə necə inandırasan?

Məni bu dəfə fikrimdən ayıran yenicə həbs edilən qadının vay-şivəni oldu; o elə hey nə isə qışqırır, sol düşərgəni köməyə çağırırdı. Sollar isə yenə də susub dururdular. Bu vaxt qarşı tərəfdə çıxış edən sağ radikallardan biri bu baş verənlərə ucadan öz münasibətini bildirdi:

- Guck mal! Sie haben das bekommen, was sie verdient haben (Bir baxın! Onlar layiq olduqları paylarını aldılar)!

Sağ radikallar bunu eşidəndən sonra bərkdən çəpik çalıb sol düşərgəni ələ salmağa başladılar. Bu da yenə sol gəncləri qıcıqlandırdı; sollardan on beş-iyirmi nəfər gənc yenə də sağ radikalların ünvanına ən təhqiramiz şüarlar səsləndirərək “dəmir çəpərə” həmlə etdi, amma polis onları yenə də saxlaya bildi. Bunu görən sağ radikallar o biri tərəfdən özləri maneəyə yaxınlaşdılar; gənclər qarşı-qarşıya dayanıb bir-birini təhqir edib, hədələməyə başladılar. İndi sollar nisbətən sakitləşsə də, sağlar getdikcə qızışmaqda və daha həyasız, daha aqressiv davranmaqda idilər.

Və birdən sağlar güclü bir həmlə ilə “dəmir çəpəri” yardılar, polis onlara o qədər də mane ola bilmədiyindən qarşılarında dayanmış gəncləri geriyə sıxışdırıb sol düşərgənin içərilərinə irəliləyə bildilər. Sağ radikallar qəzəb püskürür, qarşılarına çıxanı qəddarcasına yerlə yeksan edirdilər. Markus qarşıda şir kimi döyüşürdü: o əzələli qollarını geniş açaraq qarşısına gələn sağ radikallara dalbadal güclü zərbələr endirirdi. Berndin əlində haradan isə indi bir səs gücləndiricisi peyda olmuşdu, o üstünə gələn radikal gənclərə bununla arabir ilişdirirdi və dayanmadan sol düşərgəni özünü müdafiə etməyə çağırırdı. Yanımda dayanmış Aksel çəliyi ilə qorunur, mən isə hələ ki, daha çox geriyə çəkilməklə özümü müdafiə edirdim. Birdən “neonatsi”lərdən biri mənə güclü həmlə etdi. Mən yumruğumu düyüb qolumu çəkic kimi qaldırdım və gəncin daz başına yuxarıdan aşağı güclü bir zərbə endirdim. Gənc bu zərbədən səndələdi və daha mənim üzərimə gəlməyərək yanımdakılara hücum etdi. İndi polislər də arada idilər, amma onların bizi aralamaq üçünmü çalışdığını, yoxsa ki, sağ radikallaramı kömək etdiyini başa düşmək çətin idi. Hər halda “natsi”lərin həmləsi güclənirdi, onlar sayca da bizdən çox olduğundan sol düşərgənin vəziyyəti getdikcə daha da çətinləşirdi. Birdən polis işçiləri dəyənəkləri işə saldılar, amma yenə də elə görünürdü ki, onlar əsasən solları kötəkləyirlər, həmlə edən sağlar olsa da. Bernd yenə də baş verənləri sənədləşdirməyə çağırdı, sonra da bizim geriyə çəkilməyimizi təşkil etməyə başladı. Biz əllərimizi qabağa verib sağlarla polislərin həmləsini dayandırmağa çalışır, addım-addım Mayn çayına doğru çəkilirdik. Sonra isə başqa bir küçəyə çıxıb körpülərdən birinə yaxınlaşdıq və çayın o biri sahilinə keçdik. Amma orada da bizi polis dəstəsi qarşıladı, düzdür onlar bu dəfə bizə hücum etmədilər, amma hərəkət etmək istədiyimiz istiqamətdə qarşımızı kəsdilər. Onu da deyim ki, bizimlə Frankfurt kilsələrindən birinin keşişi də var idi. İndi səsgücləndiricisi keşişin əlinə keçmişdi. Bir az əvvəl Bernd mənə bu adamı təqdim edəndə gülməyimi zorla saxladım: yəni daha çox marksist orientasiyalı solların arasında bir keşişin də bugünkü nümayişdə iştirakı hər halda mənə qəribə görünürdü. İndi etiraz düşərgəmizi tərk edib çayın sahilində yığışandan sonra imkan tapıb keşişdən Marks və onun “Din xalq üçün bir tiryəkdir” ifadəsi haqqında nə düşündüyünü soruşdum. Keşişə bu dediklərimin o qədər də xoş gəlmədiyini hiss etmək çətin deyildi. Amma bununla belə kişi mənim sualıma cavab verib dedi ki, söhbət bu gün marksizmdən yox, sağ radikal qüvvələrin dayandırılmasından gedir. Və onların da müsəlmanlaramı, ya kiməsə başqasınamı qarşı çıxış etməsi yox, ümumiyyətlə cəmiyyət üçün yenidən təhlükəyə çevrilə bilməsi əsas mövzudur. O da buna görə gəlib ki, bugünkü etiraz aksiyasını dəstəkləsin.

Bunları deyəndən sonra keşiş məndən aralanıb dəstəmizin mərkəzində yer tutdu və indicə bizə qarşı baş vermiş zorakılığı ucadan tənqid etdi. Buna cavab olaraq indi də çayın kənarında qarşımızı kəsən polis dəstəsinin rəhbəri üzünü dəstəmizə tutub polislərin də sağ radikalların əleyhdarı kimi bizimlə həmrəy olduğunu dedi. Polis zabitinin bu sözləri solların və onlara qoşulanların sıralarında gülüş doğurdu. Keşiş isə yenə də səsgücləndiricisi ilə ucadan:

- Wir sind von euch bedroht (Bizim üçün təhlükə sizsiniz)!

Solların içərisindən yenə gülüş qopdu, polis zabiti isə özünü elə yerə qoydu ki, guya, hələ də söhbətin nədən getdiyini başa düşmür. Bundan sonra yenə də Bernd səsgücləndirici ilə bugünkü tədbirin başa çatdığını və dağılışmaq vaxtı çatdığını bildirdi. Mən Berndlə bərabər buradan uzaqlaşmaqda idim ki, birdən o mənə yanındakı haradasa otuz beş yaşlı bir adamı göstərib soruşdu:

- Ayaz, kennst du Muzaffar? Er kommt auch aus Aserbaidcshan, aber aus dem Iranischen Aserbaidschan (Ayaz, sən Müzəffəri tanıyırsanmı? O da Azərbaycandandır, amma İran Azərbaycanından).

Müzəffərlə azərbaycanca salamlaşdım, kef-əhvalını xəbər aldım, Bernd bizdən ayrılıb gedəndən sonra isə həmvətənimə bir yerdə qəhvə içməyi təklif etdim.

Müzəffər və marksizmin ifşasi

Müzəffərlə bahəm Frankfurtun bir qəhvəxanasına gəldik, qəhvə və yüngülvarı qəlyanaltı sifariş eləyəndən sonra isə söhbətə başladıq. Mən öyrəndim ki, Müzəffər indi İranın bir ostanı sayılan Qərbi Azərbaycandan, bizim azərilərin indi Urmu dediyi Urmiyədəndir. Urmu, Urmiyə - Azərbaycanın, Azərbaycan sivilizasiyasının, mədəniyyətinin, dünyagörüşünün dörd min il əvvəl başlandığı məkan!

- Müzəffər, - dedim. – Gecə-gündüz Birləşmiş Azərbaycan həsrəti ilə yanıram. Yeniyetmə vaxtlarımdan bu mənim ən böyük arzumdur: Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun! Azərbaycanın başı da, ürəyi də Təbrizdir. Təbrizsiz Azərbaycan ola bilməz! Urmiyə isə Azərbaycan sivilizasiyasının beşiyidir. Bilirsənmi, Müzəffər, - deyə davam etdim, - nəyə görə bütün Avropa yoqaya, meditasiyaya bu qədər meyl edir? Çünki onlar özlərində olmayanı bu təlimlərdə tapırlar. Bunlar qədim hind mənəviyyatı ilə bağlıdırlar ki, bu mənəviyyata da bu gün bütün bəşəriyyətin ehtiyacı var. Bax, Çinin də belə bir mənəviyyatı var, bir neçə başqa ölkənin də. Amma bizim Azərbaycanın da mənəviyyatı var ki, o bütün dünyaya lazımdır. Bax elə muğamdan başlayaq...

Ardı var


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər