4 Sentyabr 2018 15:28
1 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin nadir fotoşəkli Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edilib.

Teleqraf.com-un məlumatına görə, şəkil muzeyə Azərbaycan Cümhuriyyətinin 100 illiyi çərçivəsində Axundov Tufan İsaq tərəfindən verilib. Bu şəkil Cümhuriyyət Parlamentinin üzvü olmuş Hacı Səlim Axundzadənin arxivindən əldə edilib. İstanbulda çəkilən bu fotoşəkildə Rəsulzadə ilə yanaşı onun ən yaxın silahdaşları olan Mirzəbala Məhəmmədzadə və Abbasqulu Kazımzadə də var.


Müəllif: Dilqəm Əhməd