4 Sentyabr 2014 09:52
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) paytaxtın ictimai əhəmiyyətli ərazilərində simsiz Wi-Fi xidmətlərinin göstərilməsinə başlayır.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, pulsuz Wi-Fi şəbəkəsinə çıxış nöqtələrinin ümumi sayı təqribən 80 olacaq: "Onlar parklar, stadionlar, ticarət-əyləncə mərkəzləri və s. ərazilərə instalyasiya ediləcək".

İB-nin şəbəkəsində tikilmiş bazada bilavasitə internet xidmətlərinin göstərilməsi ilə provayderlər məşğul olacaq. Nöqtələrin çoxuna "Delta Telecom" provayderi tərəfindən xidmət göstəriləcəyi istisna edilmir.

Qeyd edək ki, məlumatların ötürülmə sürəti 10 giqabit/saniyəyədək təşkil edəcək.


Müəllif:

Oxşar xəbərlər