Badamdarda uçqun riski olan qaya parçaları ərazidən götürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verilib.
Bildirilib ki, hazırda nazirliyin qüvvələri tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülərək yaranmış təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
***
10:57
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunur.