11:04
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın gürcü xalqı və Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avro-Atlantik istəklərini dəstəkləməsinin uzun tarixi var.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir.

“Ona görə də mən ölkənin son zamanlar demokratik geriləməsindən, o cümlədən əsas azadlıqları məhdudlaşdıran və müstəqil vətəndaş cəmiyyəti təşkilatları üçün məkanı məhdudlaşdıran Rusiya qanunlarına bənzər qanunların qəbulundan dərin narahatam”, - Amerika lideri bildirib.

Bayden oktyabrın 26-da Gürcüstanda keçirilən sonuncu parlament seçkilərində qanun pozuntularına yol verildiyi, seçicilərə hədə-qorxu gəlindiyi və onların istəmədikləri seçimləri etməyə məcbur edildiyini vurğulayıb.

“Gürcüstan vətəndaşlarının müstəqil beynəlxalq və yerli müşahidəçilərin azad və ədalətli adlandırmadığı bu seçkilərin keçirilməsi ilə bağlı öz fikirlərini dinc şəkildə ifadə etmək hüququ var. Biz Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran “Xarici Təsir Qanunu” kimi qanunları ləğv etməyə və seçki ədalətliliyini bərpa etmək üçün dərhal Gürcüstandakı bütün siyasi qüvvələrlə dialoqa başlamağa çağırırıq.

Biz bütün tərəfləri Gürcüstanın Avro-Atlantik gələcəyinin təməli olaraq qalan qanunun aliliyi və fundamental azadlıqlara ciddi şəkildə hörmət etməyə dəvət edirik”, - ABŞ prezidenti söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər