13:20
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı iddiasına görə Baş Prokurorluğa çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.

“Gürcüstan Prezidenti Salome Zurabişvilinin əlində parlament seçkilərinin mümkün saxtalaşdırılmasına dair sübutlar olmalıdır. Bununla bağlı qanunla müəyyən edilmiş qaydada istintaq orqanlarında dindirilməyə çağırılıb”, - açıqlamada deyilir.

Gürcüstan lideri oktyabrın 31-də ifadə verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər