“Sülh qovşağı” layihəsi (nəqliyyat dəhlizləri ilə bağlı) ilə əlaqədar müzakirələr çərçivəsində türkiyəli jurnalistlərin Ermənistana səfəri planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş naziri aparatının rəhbəri Araik Arutyunyan deyib.
“Biz "Sülh qovşağı" ideyasının təbliğini dəstəkləyirik. Bununla bağlıq artıq bir neçə konfrans keçirilib. Bu il və ya gələn ilin əvvəlində bütün regiondan müxtəlif ekspert dairələrinin nümayəndələrinin Ermənistanda toplanmasını planlaşdırırıq.
Nəzərinizə çatdırım ki, aktual mövzu “Sülh qovşağı” olmasa da, o da müzakirə olunacaq.
Yaxın vaxtlarda İrandan Ermənistana 4 günlük ekspert səfərləri olacaq, burada da “Sülh qovşağı” müzakirə ediləcək. Biz həmçinin Türkiyənin bir sıra KİV nümayəndələrinin səfərini planlaşdırırıq, bu çərçivədə də “Sülh qovşağı” təqdim olunacaq”, - ölkə rəsmisi bildirb.