Tehran tezliklə İsrailin İrana hücumuna cavab verəcək.
Teleqraf.com xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini, general-mayor Məhəmməd Rza Nəqdi deyib.
“Yaxın günlərdə sionist rejimə (İsrail) daha da sarsıdıcı zərbələr görəcəksiniz. Biz öz təşəbbüsümüz və qabiliyyətimizlə onları təəccübləndirəcəyik”, - general bildirib.