Milyarder Ceff Bezosun Amerika mətbuatının vəziyyətinə reaksiyası ona etimadın nə qədər azaldığını bir daha nümayiş etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mən COP29 ərəfəsində Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Washington Post”, eləcə də bəzi Konqres nümayəndələrinin diqqətini Ceff Bezosun oxuyucuların media orqanlarına etibar səviyyəsinin aşağı düşdüyünü əks etdirən bu məqaləsinə cəlb etmək istərdim”, – H.Hacıyev yazıb.