Bütün cəbhə xətti boyunca irəliləyən Rusiya qoşunları Ukraynanın Donbas bölgəsində yeni ərazilər ələ keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə döyüş meydanında vəziyyəti izləyən “DeepState” monitorinq qrupu məlumat yayıb.
Mənbə Rusiya ordusunun Donetsk vilayətində daha iki yaşayış məntəqəsini işğal etdiyini açıqlayıb.
“Düşmən Boqoyavlenka və Novokrainkanı işğal edib, həmçinin Selidovo və Yasnaya Polyanada irəliləyib”, - məlumatda deyilir.