10:55
204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Teleqraf.com xəbər verir ki, cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmənin hazırlıq iclası oktyabrın 31-nə təyin olunub.

Prosesə hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu ilin iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.

Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinən şəxs iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər