Müğənni Xuraman Şuşalı "Xəbərin var?" verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Xuraman Şuşalı həyat yoldaşı, prodüser Elçin Məmmədovun ona heç vaxt şiddət göstərmədiyini deyib:
"14 ildir evliyəm, həyat yoldaşım indiyəcən mənə çırtma da vurmayıb. Dava etmişik, amma bilib ki, mənə əl qaldırsa, ailəmiz məhv olacaq. Mənim prinsiplərimə görə, münasibətimizdə xəyanət və şiddət olmamalıdır. Mən heç vaxt şiddətə dözə bilmərəm. Bizim ailədə şiddət yoxdur. Diqqət və qayğını sevən xanımam. Tək qayğı vermirəm, özümə qayğı da tələb edirəm. Ailə budur.
Ailə o demək deyil ki, qadınamsa qulam, löləyəm. Təki həyat yoldaşım yanımda olsun. Xəyanətə dözən qadınlar ən güclü qadınlardırlar. O yükü daşıya-daşıya ailəsini qorumağa davam edirlər".
"Sizə xəyanət edilsə, ailənizi qorumağa davam edərsiniz" sualına müğənni cavabda deyib: "Allah etməsin, bilmirəm. Bu vəziyyəti yaşasam, fikir bildirə bilərəm. Allah etməsin, əgər başıma gəlsə, dörd övlad, atasız... Bu kimi halları düşünərəm. Həyatda hər şey sevgidən ibarət deyil. Mən həm sevmişəm, həm də məntiqlə ailə qurmuşam. Həyat yoldaşımın əxlaqını, davranışını, imanını, dürüstlüyünü sevmişəm. Anormal insanı sevib, heç vaxt onunla ailə qurmazdım".