12:28
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa liderləri Hindistana səfərlərinin sayını artırıblar. Almaniya Kansleri Olaf Şolzdan bir neçə gün sonra İspaniya Baş naziri Pedro Sançes də Dehliyə gedib. Bu, İspaniya baş nazirinin son 18 ildə Hindistana ilk səfəridir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Almaniya və İspaniya Hindistanla hərbi sahədə əməkdaşlığa da maraq göstərir:

“Şolz Almaniya şirkətlərinin Hindistan üçün sualtı gəmilərin tikintisini həyata keçirmək istəyir. Dehli sualtı gəmilərin Hindistan limanlarında tikintisini tələb edib. Məqsəd Almaniyanın bu sahədəki texnologiyalarını öyrənməkdir.

İspaniya Hindistanla birgə hərbi təyyarələr istehsal etmək istəyir. 2023-cü ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 10 milyard dollar təşkil edib. İspaniyanın Hindistanda 200, Hindistanın İspaniyada isə 80 şirkəti fəaliyyət göstərir.

Sançes hindli həmkarı Narendra Modi ilə ortaq hərbi təyyarə istehsal edən zavodun açılışında iştirak edib. “Tata Aircraft Complex” zavodunda “Airbus C-295” hərbi yük təyyarələri istehsal olunacaq. Dehli ümidlidir ki, İspaniya ilə birgə istehsal Avropanın digər şirkətlərinin də Hindistan bazarına marağını artıracaq. Hindistandakı zavodda ilkin mərhələdə 40 yük təyyarəsinin istehsalı planlaşdırılıb. İlk təyyarə 2026-ci ildə hazır olacaq.

Bu hərbi yük təyyarələri 71 hərbçini uzaq məsafəyə daşımaq imkanına malikdir. İspaniya şirkəti ilə birgə istehsal olunacaq təyyarələrdən fövqəladə hallarda, o cümlədən dəniz patrul xədimətinə dəstək məqsədilə də istifadə etmək mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər