Xalq artisti Emin Ağalarovun bu gün və sabah Rusiyada keçirilməli olan konsertləri təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, Emin Ağalarov bu haqda rəsmi İnstaqram səhifəsində video paylaşaraq məlumat verib.
Xalq artisti oktyabrın 30-da Tulada, oktyabrın 31-də Voronejdəki konsert proqramlarının ləğv edildiyini açıqlayıb və alınan biletlərin pulunun geri qaytarılacağını bildirib.
O, iş qrafikinin çoxluğundan konsertlərin başqa bir tarixə keçiriləcəyini vurğulayıb.