Çin Xalq Respublikasının Mienyen şəhəri COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərib.
Sumqayıt şəhər İcra Hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, humanitar yardıma xüsusi qoruyucu vasitələr daxilir.
Mienyen şəhərindən göndərilən tibbi ləvazimatlar bu gün Azərbaycan Hava Yollarının Karqo Terminalına çatıb. Tibbi ləvazimatlar dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.
Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında humanitar yardım qəbul olunub. Tibbi ləvazimatlar şəhərdəki tibb müəssisələrinə paylanılacaq və koronavirusla mübarizədə istifadə olunacaq.
Xatırladaq ki, fevralın 8-də Sumqayıtdan Çinin Mienyen və Sian şəhərlərinə humanitar yardım göndərilmişdi.