Oktyabrın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Teleqraf.com AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında
dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Fasilələrlə yağış yağacağı ehtimalı var.
Şimal küləyi 7-12 m/s, gündüz arabir 15-17 m/s sürətlə əsəcək.
Temperaturun gecə 12-15°, gündüz 15-20°, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Temperaturun gecə 6-11°, gündüz 16-21° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-9° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 9-14° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 4-9°, gündüz 12-17° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 10-15°, gündüz 15-20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir.
Şimal-şərq küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 13-15°, gündüz 15-19°, dağlarda gecə 3-8°, gündüz 8-11° isti olacağı gözlənilir.