Gəncədə intihara cəhdin qarşısı alınıb. Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər intihar etmək məqsədi ilə dəmir qülləyə çıxıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və qüllədən endirilib. Əməliyyat saat 21:08-də başa çatıb.