Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 24 oktyabr 2014-cü il tarixində saat 10:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti – 102) Göyçay, Kürdəmir və Ucar rayonlarının vətəndaşlarını qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Göyçay şəhəri, Rauf İsayev küçəsi - 42, əlaqə telefonları:
050 556 86 09; 050 525 66 62; 020 27 4 53 69 ) xahiş olunur.
İlhamə