Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün təqvim planı üzrə işlərin yerinə yetirilməsi ilə bağlı iclas keçirib.
TQDK-dan Teleqraf.com-a verilən xəbərə görə, tədbirdə Ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektoru və TQDK-nın regional bölmələrinin əməkdaşları iştirak ediblər. Təqvim planında nəzərdə tutulan işlərin şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən vaxtında və dəqiq yerinə yetirilməsinin vacibliyi vurğulanıb, qarşıda duran məsələlər geniş müzakirə edilib, 2014/2015-ci tədris ili üçün təqvim planı üzrə işlərin regionlarda yerinə yetirilməsi müzakirə olunub. “Şagird-məzun” sistemində yaradılmış yeni imkanlar və onlardan istifadə qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
Seminarda regional bölmələrin əməkdaşlarının görüləcək işlərlə bağlı təklifləri dinlənilmiş və onların verdiyi suallar ətraflı cavablandırılıb.
NİGAR