14 Oktyabr 2014 18:31
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Davudoğlu: “TANAP enerji layihəsi olmaqla yanaşı, sülh proyektidir”

Oktyabrın 14-də Turkiyədə “Şah Dəniz-2” sahəsındən çıxarılacaq təbii qazın Türkiyə ərazisi ilə Avropaya nəqlini nəzərdə tutan Trans Anadolu Təbii Qaz Boru Xəttinin Ana Xətt Borular və Modul Dirsəklərinin Alınması Müqavilələri imzalanıb. Teleqraf.com-un məlumatına görə, imzalanma mərasimində Türkiyənin Baş naziri Əhməd Davudoğlu, energetika və təbii ehtiyatlar naziri Taner Yıldız, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Boruların tədarükü üzrə tenderin qalibi “Mannesmann-Noksel-Erciyas” şirkətlər konsorsiumu, “Ümran-Emek” şirkətlər konsorsiumu, “Tosçelik Profil və Sac Endüstrisi” şirkəti, habelə Çinin “Baosteel Europe” podratçı şirkəti olub. İmzalanma mərasimində qeyd olunub ki, layihədə təxminən 1800 kilometrlik ana xətt borusu üçün açılan tenderin 80 faizin 6 türk şirkət qazanıb.

TANAP-da istifadə edilməsi üçün təxminən 1,2 milyon ton polad borunun üçdə birinin təmin edilməsi tenderini “Borusan Mannesmann”, “Noksel Çelik” və “Erciyas Çelik” konsorsiumu qazanıb. Polad boruların daşınmasının 24 ayda tamamlanması gözlənilir. İmzalanma mərasimində Türkiyə baş naziri Əhməd Davudoğlu çıxış edərək bildirib ki, TANAP enerji layihəsi olmaqla yanaşı, sülh proyektidir, eyni zamanda bir sülh xəttidir. Bu gün 90-cı illərdə böhran bölgələri olaraq xatırlanan Balkan və Qafqaz arasında bir sülh körpüsü qurulur. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev isə TANAP layihəsi sayəsində Türkiyənin “Şərq-Qərb enerji dəhlizi” olacağını deyib. O, qeyd edib ki, layihə 15-20 min vətəndaşa yeni iş imkanları yaradacaq və Türkiyədə boru istehsalı və boru inşaatı sektoru inkişaf edəcək.

Qeyd edək ki, TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər