21 Oktyabr 2014 21:36
2 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatını keçirib.

Teleqraf.com-un məlumatına görə, “Bənövşə” Uşaq Xorunun ifasında Dövlət Himni səsləndirilib.

Sonra “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova çıxış edərək bildirib ki, 2011-ci ilin fevral ayında ELS-in “bəstəkar və şairlər, xüsusən də gənc bəstəkarlar arasında uşaq mahnılarının bəstələnməsinə marağın artması məqsədilə uşaq mahnısı müsabiqələri təşkil edilməli, qalib mahnılar isə disklərdə buraxılmalıdır” təklifindən irəli gələn təşəbbüs 2 ildən sonra real işlə nəticələndi. Onun sözlərinə görə, təşkilat 2013-cü il iyunun 1-dən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsi elan edib: “Bundan dərhal sonra layihənin davamı kimi biz «Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək» layihəsi çərçivəsində «Yeni uşaq mahnıları-2013» Ümumrespublika Müsabiqəsinin qalib mahnılarından ibarət disklərin buraxılışı və notların dərcini reallaşdırmaq üçün Şuraya müraciət etdik və layihəmiz 217 qalib QHT-lər arasında yer aldı. Bu gün uşaq yaradıcılıq mərkəzləri və Bakı şəhəri orta təhsil məktəblərinə payladığımız not albomuna müsabiqədə ilk 15 yeri tutan mahnıların notlarını daxil etmişik”.

İ.Yaqubova uşaqlarımızın zövqunü oxşayacaq yeni mahnıların ərsiyə gəldiyini və gələcəkdə də bu istiqamətdə mərkəzin fəaliyyətinin davam edəcəyini vurğulayıb.

Tədbirdə Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov, Azərbaycan Dövlət Konservatoriyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə, Bakı Musiqi Kollecinin rektoru Nazim Kazımov, əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyov və digər tanınmış incəsənət xadimləri təbrik və tövsiyələri ilə çıxış ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər