İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Teleqraf.com-un məlumatına görə, yoxlama zamanı Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, ev 134, mənzil 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Etibar Əli oğluna məxsus mağazada qanun pozuntusu aşkarlanıb.
Belə ki, satışda olan bütün malların qiymətinə 30 faiz endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, satışda olan bütün malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub. Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş fiziki şəxs Etibar Məmmədov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Naibə