12 İyul 2022 08:04
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

D vitamini çatışmazlığının ürək-damar xəstəlikləri üçün risk faktoru olduğuna aid bir çox elmi tədqiqatlar mövcuddur.

Teleqraf.com xəbər verir ki, insan orqanizmində D vitaminin əmələ gəlməsi ən çox günəşin şüalarından asılı olsa da, ancaq son illərdə havanın kirliliyi, qapalı məkanlarda çox vaxt olmağımız, günəş şüalarından qoruyucu kremlərin istifadəsi günəşin bu təsirini azaldır.

Günəşdən bu təsiri almaq üçün havada ikən qoruyucu kremlər və günəşdən sonra belə dərimizə kimyəvi heç bir şey sürtməməliyik.

D vitaminin əmələ gəlməsi üçün ideal nayihələr qarın, əl və ayaqlarımızın altıdır.

D vitamini çatışmazlığı ürək-damar xəstəlikləri üçün riskli olsa da , ancaq əlavə kimi D vitamini qəbul edərək infarkt riskini azaltması barədə hələ kifayət qədər məlumat yoxdur.

D vitamini əlavə olaraq qəbul edilməsi əsasən sümüklərin sağlamlığı və qırıqlar riskinin azalması üçün tövsiyə edilir. D vitaminin qanda səviyyəsi normadan yüksək olanda damarlarda ərplənmə artır və sümüklər farfor kimi incə və qırılqan olur.

Buna görə D vitamini səviyəsini nəzarət altında saxlamaq lazımdır. Tibbi səbəbi olmadan bir dəfəyə meqa dozada D vitamini qəbul etmək zərər verə bilər.

Vitamin D içməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.


Müəllif: Aysel Azad