13:24
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nəqliyyat sektoru Paris Sazişi üzrə öhdəliklərə uyğun olaraq dekarbonizasiya yolunda irəliləmir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Çilinin nəqliyyat naziri Xuan Karlos Munyoz COP29 çərçivəsində İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı zamanı “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib: "İqlim dəyişikliyi ilə mübarizədə nəqliyyat mühüm sektordur. Qlobal karbon emissiyalarının 23 %-i onun payına düşür. Təəssüf ki, bu sektor Paris Sazişi üzrə öhdəliklərə uyğun olaraq dekarbonizasiya yolunda irəliləmir. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) 84 %-də nəqliyyatla bağlı tədbirlər qeyd edilsə də, onun əhatə dairəsi və təfərrüatlar çox fərqlənir. Bu uyğunsuzluq ciddi boşluqlar yaradır. Bunu həll etmək üçün İTF Katibliyi tərəfindən hazırlanmış nəqliyyatın milli səviyyədə müəyyən edilmiş töhfələrə inteqrasiyası üzrə yeni bələdçini elan etməkdən məmnunam".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər