“2025-ci ilin büdcəsində idman sahəsinə kifayət qədər vəsait ayrılıb”
Teleqraf.com xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə müzakirəsi zamanı deyib.
O bildirib ki, ölkə iqtisadiyyatının maliyyəsi müəyyən prioritetlər istiqamətində qurulmalıdır:
“Gəlirlərin və xərclərin artımı arasında mütənasibliyi qorumalıyıq. Son illər təxminən ildə 13 faizədək xərc artımına getmişik. İdmana vəsait ayrılır. Dövlət bütün sahələri maliyyələşdirə bilməz. Şübhəsiz ki, bütün istiqamətlərə vəsaitin ayrılması imkanımız olsa, dövlət bunu edərdi. Bu, dünyanın ən varlı dövlətlərində belə mümkün deyil".