15:08
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vyetnam inkişaf etmiş ölkələri xüsusilə də ehtiyacı olan ölkələr üçün ədalətli və əlçatan maliyyələşdirmə məsələsində iqlim öhdəliklərini yerinə yetirməyə çağırır".

Teleqraf.com xəbər verir ki, bunu Vyetnamın təbii sərvətlər və ətraf mühit nazirinin müavini Le Konq Than COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib:

"Vyetnam COP29-un "Yaşıl dünya naminə həmrəylik" mövzusunu dəstəkləyir ki, burada ambisiyaların artırılması və fəaliyyətin təmin edilməsi kimi iki əsas sütun ön plana çəkilir".

Nazir müavini Azərbaycanı COP29-un yüksək səviyyədə təşkili üçün təbrik edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər