2 Aprel 2016 20:20
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milli Ordumuzun Qəhrəman əsgərlərinin işğalçı orduya sarsıdıcı zərbə endirərək torpaqlarımızın kiçik bir parçasını işğaldan azad etməsi Ermənistanda böyük vahimə yaratmış, onun havadarlarını təşvişə salmışdır".

Teleqraf.com xəbər verir ki, bunu BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

"Hazırda Azərbaycan Ermənistanın havadarlarının təzyiqindən çəkinməməli, düşməni danışıqlar masasında daha konstruktiv mövqe tutmağa məcbur etməlidir. Azərbaycan bir daha bəyan etməlidir ki, torpaqlarının bundan sonra da işğal altında qalması ilə barışmayacaq. Azərbaycan BMT TŞ-nın təcili iclasının çağırılmasını və orada BMT TŞ-nın işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad olunmasına dair qətnamələrinin icrasını tələb etməlidir. Mən torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə baş sağlığı verir, səbr diləyirəm".


Müəllif:

Oxşar xəbərlər