7 Aprel 18:29
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda qadın qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, A.Kazımovanın qətlində şübhəli bilinən onun oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahovdur.

O, polisə könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər