30 İyul 2023 14:41
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Bred Pitt Hollivudda aktyorların tətilini dəstəkləmək üçün "Formula 1"ə həsr olunan "Apogee" filminin çəkilişlərini dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Aktyor prodüserləri planlaşdırılan çəkilişləri iki ay təxirə salmağa çağırıb.

"Bred, Hollivudun ən gözəl oğlanlarından biridir və yəqin ki, bu hərəkət yalnız onun reputasiyasını gücləndirir", - deyə mənbə etiraf edib.

"Apogee" uydurma yarış avtomobili sürücüsü Sonni Hayesin hekayəsindən bəhs edir. Hekayədə veteran yarış sürücüsü 30 ildən sonra Apex komandasından olan gənc istedadın mentoru kimi idmana qayıdır.


Müəllif: Pərvin Cəfərova