5 May 21:13
315
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail rəsmiləri Yəhudi dövlətində yayımın dayandırılması qərarından sonra polisin köməyi ilə Əl-Cəzirə televiziya şəbəkəsinin ofislərindəki avadanlıqları müsadirə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin rabitə naziri Şlomo Karya məlumat verib.

"Əl-Cəzirəni bağlanır. Rabitə Nazirliyinin müfəttişləri İsrail polisinin dəstəyi ilə hazırda Əl-Cəzirənin Qüdsdəki ofislərində reyd keçirir və kanalın avadanlıqlarını müsadirə edir", - o, X-də (keçmiş Twitter) yazıb.

Bundan əvvəl İsrail hökuməti ölkədəki “Əl-Cəzirə” telekanalını bağlamaq qərarına gəlib. İsrailin baş naziri Benyamin Netanyahu bu qərarın hökumət tərəfindən yekdilliklə verildiyini bildirib və kanalın fəaliyyətini təxribat adlandırıb.


Müəllif: Teleqraf.com