5 May 18:44
289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli Müdafiə Nazirliyi Pəncə Kilit bölgəsində 3, Fərat Qalxanı bölgəsində isə 1 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, terrorla mübarizənin effektiv və qətiyyətlə davam etdiyi bildirilib.

Açıqlamada aşağıdakı məlumatlar yer alıb:

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Pəncə Kilit bölgəsində 3 PKK terrorçusunu, Suriyanın şimalında isə Fərat Qalxanı bölgəsində aşkar etdikləri 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.


Müəllif: Teleqraf.com