5 May 08:58
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin Rusiyanın hava nəqliyyatı sənayesini sanksiyalarla vurmaq planları iflasa uğrayıb.

Teleqraf.com xəbər verir ki, "Die Welt" nəşrində yayımlanan məqalə müəllifləri bu qənaətə gəliblər.

“Qərbin Rusiyaya qarşı əsas sanksiyalarının heç bir təsiri olmayıb. Ölkədə mülki hava nəqliyyatı fəaliyyətini davam etdirir”, - nəşr yazır.

Nəşrdə qeyd edildiyi kimi, 2022-ci ildə bir çox təyyarə yerdə boş vəziyyətdə idi, lakin ötən il uçuşların sayı təxminən 20 min artaraq 1,28 milyona çatıb.


Müəllif: Pərvin Cəfərova