5 May 13:09
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.

Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, Azərbaycan çempionu bir gün əvvəl müdafiəçi Bəhlul Mustafazədə ilə müqavilənin müddətini 3 illik artırıb.


Müəllif: Teleqraf.com