5 May 11:52
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-nin rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçusu ABŞ-nin Virciniya ştatında altı gün keçiriləcək Kiber Bayraq onlayn təlimində iştirak edəcək.

Təlimin məqsədi kibertəhlükələrə qarşı mübarizədə və düşmənin kiberhücumları haqqında kəşfiyyat məlumatlarının mübadiləsində çoxmillətli əməkdaşlıq bacarıqlarını təkmilləşdirməkdir.

ABŞ Kiber Komandanlığı 2011-ci ildən bəri hər il oxşar təlimlər keçirir və Cənubi Koreya 2023-cü ildə ilk dəfə olaraq onlara qoşularaq üçüncü dəfədir iştirak edir.


Müəllif: Teleqraf.com