5 May 21:26
299
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ münaqişə başlayandan bəri ilk dəfədir ki, İsrailə sursat tədarükünü dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “Axios” nəşri iki İsrail rəsmisinə istinadən məlumat yayıb.

“İsrail rəsmiləri bildiriblər ki, ötən həftə İsrailə sursat tədarükü dayandırılıb”, - materialda deyilir.

Bu, İsrail hökuməti daxilində ciddi narahatlığa səbəb olub. Nəşr bildirir ki, Ağ Ev vəziyyəti şərh etməkdən imtina edib.

Vurğulanıb ki, ABŞ ötən ilin oktyabrından Qəzza zolağında münaqişə başlayandan bəri ilk dəfə olaraq İsrailə silah tədarükünü dayandırıb.


Müəllif: Teleqraf.com