5 May 13:54
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Türkiyə xarici işlər naziri Hakan Fidan arasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qambiyada keçirilən 15-ci zirvə toplantısı çərçivəsində görüş baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Görüş zamanı XİN başçıları son regional hadisələri və Tehran və Ankara arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

Abdullahian Türkiyənin İsraillə ticarət əlaqələrinə son qoymaq üçün atdığı addımları yüksək qiymətləndirib.


Müəllif: Teleqraf.com