5 May 09:28
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonun bu yaxınlarda Kiyevə təsdiq etdiyi yardım Rusiyanın cəbhədə uğur qazanmasına mane olmayacaq.

Teleqraf.com "Financial Times" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Sallivan ABŞ-nin keçən ay təsdiq etdiyi yeni yardım paketinə baxmayaraq, hələ də qarşıdakı dövrdə cəbhədə Rusiyanın irəliləyişlərini gözlədiyini söylədi.

Eyni zamanda Baydenin müşaviri bildirib ki, Ukrayna 2025-ci ildə hücuma keçməyi planlaşdırır.

Qeyd edək ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 60,64 milyard dollar yardımın ayrılması layihəsini təsdiqləyib.


Müəllif: Pərvin Cəfərova