5 May 19:25
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə yyeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna yekun vurulub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan millisi yarışı 14 medalla başa vurub.

Komandamız 4 qızıl, 1 gümüş və 9 bürünc mükafata sahib çıxıb.

Bu gün Mehdi Abbasov (81 kq), Sübhan Axundov (+90 kq) qızıl, Cəsur İbadlı (81 kq) və Hüseyn Eyvazlı (90 kq) bürünc medal qazanıblar.

Yekunda Azərbaycan yığması beynəlxalq turnirin qalibi olub. Fransa (2-4-4) 2-ci, Türkiyə (1-3-0) isə 3-cü yeri tutub.

Qeyd edək ki, turnirdə 14 ölkədən 323 cüdoçu mübarizə aparıb.


Müəllif: Teleqraf.com